Geri

azərbaycanca

أذري

Vacib dərslər

1 videolar
PDF

Abudəst

3 videolar
Description of Wudu
0:00 / 0:00
How to Perform Wudu
0:00 / 0:00
Wudu Affairs
0:00 / 0:00

Namaz

3 videolar
Description of Prayer
0:00 / 0:00
Salah with Duaa
0:00 / 0:00
How to Perform Prayer
0:00 / 0:00

Vacib suallar

272 sual
Əqidə qismi42

Sual 1: Rəbbin kimdir?

Cavab: Mənim Rəbbim - mənim və bütün məxluqatın, Öz neməti ilə, qayğısına qalan Allahdır.
Dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha﴿. (əl-Fatihə surəsi, ayə: 2).

Sual 2: Dinin nədir?

Cavab: Dinim - İslamdır. İslam: Tək Allaha ibadət etməklə Ona təslim olmaq, itaətlə Ona boyun əymək, Uca Allaha şərik qoşmaqdan və Ona şərik qoşan insanlardan uzaq olmaqdır.
Uca Allah buyurur:
﴾Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!﴿. (Ali-İmran surəsi, ayə: 19).

Sual 3: Peyğəmbərin kimdir?

Cavab: Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun).
Uca Allah buyurur:
﴾Muhəmməd Allahın Elçisidir﴿. (əl-Fəth surəsi, ayə: 29).

Sual 4: Tövhid kəlməsini zikr et! Bu kəlmənin mənası nədir?

Cavab: Tövhid kəlməsi: "Lə İləhə illə Allah" - dır. Mənası isə: "Allah­dan başqa ibadətə layiq haqq məbud yoxdur".
Uca Allah buyurur:
﴾Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur﴿. (Muhəmməd surəsi, ayə: 19).

Sual 5: İzzət və Cəlal sahibi Olan Allah haradadır?

Cavab: Allah səmada, bütün məxluqatın fovqündə, ərşin üzərindədir. Bu haqqda Uca Allah belə buyurur: ﴾Ər-Rəhman Ərşə ucaldı﴿. (Ta ha surəsi, ayə: 5). Həmçinin Uca Allah buyurur: ﴾O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır﴿. (əl-Ənam surəsi, ayə: 18).

Sual 6: "Muhəmməd Allahın elçisidir" şəhadətinin mənası nədir?

Cavab: Mənası odur ki: Allah onu bütün insanlara müjdələyən və xəbərdarlıq edən elçi kimi göndərmişdir.
Üzərimizə vacib olan:

1- Əmrlərinə itaət etmək.
2- Xəbər verdiyi şeyləri təsdiqləmək.
3- Ona asi olmamaq.
4- Uca Allaha yalnız Onun qoyduğu şəriətlə ibadət olunur. Bu isə, sünnədən sarılıb, bidətdən uzaq durmaq deməkdir.
Uca Allah buyurur:
﴾Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar﴿. (ən-Nisa surəsi, ayə: 80), həmçinin, Uca Allah buyurur: ﴾O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir﴿. (ən-Nəcm surəsi, ayə: 3 - 4). İzzət və Cəlal sahibi Olan Allah digər ayədə belə buyurur: ﴾Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir﴿. (əl-Əhzab surəsi, ayə: 21).

Sual 7: Uca Allah bizi nə üçün yaratmışdır?

Cavab: Uca Allah bizi, Ona heç bir şeyi şərik qoşmadan, yalnız Ona ibadət etmək üçün yaratmışdır.
Əyləncə və faydasız şeylərə vaxt keçirmək üçün yaratmamışdır.
Uca Allah buyurur:
﴾Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım﴿. (əz-Zəriyət surəsi, ayə: 56).

Sual 8: İbadət nədir?

Cavab: İbadət - Uca Allahın sevib razı qaldığı, zahirdə və batində olan hər bir söz və əməllərin ümumi adıdır.
Zahirdə olan ibadət növlərinə misal:
Sübhənallah, Əlhəmdulləh, Allahu Əkbər demək kimi, Allahı dil ilə zikr etmək, namaz qılmaq, Həcc etmək və s.
Batində olan ibadət növlərinə misal:
təvvəkül, qorxu, ümid etmək və s.

Sual 9: Bizə ən vacib olan nədir?

Cavab: Bizə ən vacib olan, Uca Allahın tövhididir (yəni: tək Ona ibadət etməkdir).

Sual 10: Tövhidin növləri hansılardır?

Cavab: 1- Rububiyyət tövhidi. Bu, Uca Allahın, tək, heç bir şəriki olmayan, yaradan, ruzi verən, yerin göyün mülkünə sahib olan və işləri idarə edən olmasına iman etməkdir.
2- Uluhiyyət tövhidi. Bu, Uca Allahdan başqasına ibadət etməməklə, ibadətdə Onu təkliyini qəbul etməkdir
3- Adlar və sifətlər tövhidi: Bu, Uca Allahın Kitab və sünnədə varid olan ad və sifətlərinə heç bir (təhrif) yozum vermədən, (təatil) inkar etmədən, (təşbih) oxşatmadan və (təmsil) bənzətmədən Allaha layiq olan bir şəkildə iman etməkdir.
Üç növ tövhidin dəlilinə gəldikdə isə, Uca Allah belə buyurur: ﴾O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!﴿. (Məryəm surəsi, ayə: 65).

Sual 11: Ən böyük günah hansıdır?

Cavab: Uca Allaha şərik qoşmaq.
Uca Allah buyurur:
﴾Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur﴿. (ən-Nisa surəsi, ayə: 48).

Sual 12: Allaha şərik qoşmağın (şirkin) nə olduğunu və onun növlərini zikr et!

Cavab: Allaha şərik qoşmaq - ibadətin hər hansı bir növünü Uca Allahdan qeyrisinə sərf etməkdir.
Növləri isə bunlardır:

1- Böyük şirk. Misal olaraq: Uca və Pak Olan Allahdan qeyrisinə dua və ya səcdə etmək, yaxud İzzət və Qüdrət sahibi Olan Allahdan başqasına qurban kəsmək.
2- Kiçik şirk. Misal olaraq: Uca Allahdan qeyrisinə and içmək, ovsun taxmaq - Ovsun: insanın, hər hansı bir xeyri cəlb etmək və ya hər hansı bir zərərdən qorunmaq üçün üzərindən asdığı bir şeydir. Həmçinin kiçik şirkə misal riyadır, məsələn: namaz qılarkən insanların ona baxdığını bildikdə, namazını gözəlləşdirməsi.

Sual 13: Qeybi Uca Allahdan başqa kimsə bilirmi?

Cavab: Tək Uca Allahdan başqa heç kimsə qeybi bilmir
Uca Allah buyurur: ﴾De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər﴿. (ən-Nəml surəsi, ayə: 65).

Sual 14: İmanın rükunlarını sadala

Cavab: 1- Uca Allaha iman etmək.
2- Mələklərinə iman etmək.
3- Kitablarına iman etmək.
4- Elçilərinə iman etmək.
5- Axirət gününə iman etmək.
6- Qədərin xeyrinə və şərinə iman etmək.
Buna dəlil, İmam Müslimin Səhih əsərində rəvayət etdiyi Cəbrailin (Allahın ona salamı olsun) məşhur hədisidir. Belə ki, Cəbrail (Allahın ona salamı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iman barədə soruşaraq belə demişdir: "Mənə iman haqqında xəbər ver". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə cavab verdi: "İman sənin, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə və qədərin xeyrinə və şərinə iman gətirməyindir".

Sual 15: İmanın rükunlarını şərh et.

Cavab: 1- Uca Allaha iman:
Səni yaradanın, sənə ruzi verənin Allahın olduğuna və həmçinin Onun, yerin, göyün sahibi və bütün məxluqatı tək idarə edəni olduğuna iman etməndir.
O, ibadət olunan İlahdır, Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur.
O ən əzəmətli, ən böyük və hər bir işində kamil olan Uca Allahdır. Bütün həmd-sənalar, ən gözəl ad və sifətlər yalnız Ona məxsusdur. Onun heç bir şəriki, oxşarı və bənzəri yoxdur. O, bütün bunlardan Pak və Ucadır.
2- Mələkərə iman:
Mələkər - Allahın nurdan, Ona ibadət etmək və Onun əmrlərinə boyun əyərək, tam şəkildə yerinə yetirmək üçün yaratdığı məxluqlardır.
Bu mələklərdən biri də Peyğəmbərlərə vəhy gətirən Cəbraildir (Allahın ona salamı olsun).
3- Kitablara iman:
Onlar - Uca Allahın elçilərə nazil etdiyi kitablardır.
- Quran: Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil edilmişdir.
- İncil: İsaya (Allahın ona salamı olsun) nazil edilmişdir.
- Tövrat: Musaya (Allahın ona salamı olsun) nazil edilmişdir.
- Zəbur: Davuda (Allahın ona salamı olsun) nazil edilmişdir.
- İbrahim və Musanın səhifələri: İbrahim və Musaya nazil edilmişdir.
4- Elçilərə iman:
Onlar, Uca Allahın, qullarını öyrətmək, onları xeyir və Cənnətlə müjdələmək, həmçinin şər və Cəhənnəm əzabı ilə qorxutmaq üçün göndərdiyi elçilərdir.
Elçilərin ən fəzilətliləri:
"Ulul azm" adlanan, möhkəm iradə sahibləri olanlardır. Onlar:
1- Nuh (Allahın ona salamı olsun).
2- İbrahim (Allahın ona salamı olsun).
3- Musa (Allahın ona salamı olsun).
4- İsa (Allahın ona salamı olsun).
5- Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun).
5- Axirət gününə iman:
Axirət günü, insanın öldükdən sonra qəbirdə qaldığı, qiyamət saatının qopduğu, məxluqatın yenidən diriləcəyi, onların haqq-hesab olunacağı, Cənnət əhlinin Cənnətdə öz mənzillərində, Cəhənnəm əhlinin də, Cəhənnəmdə öz mənzillərində yerləşdikləri gündür.
6- Qədərin xeyrinə və şərinə iman:
Qədər: Uca Allahın kainatda baş verən hər bir şeyi bilməsinə, baş vermiş şeyin əvvəlcədən lövhi-məhfuzda yazılmasına və onun Allahın istəyi və xəlq etməsi ilə baş verdiyinə iman etməkdir.
Uca Allah belə buyurur:
﴾Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq﴿. (əl-Qəmər surəsi, ayə: 49).
- Qədərə imanın dörd mərtəbəsi vardır:
Birinci: Uca Allahın elminə iman etmək. Bu, Allahın hər hansı bir işin həm baş verməzdən əvvəl, həm də baş verdikdən sonra daxil olmaqla əzəldən hər bir şeyi bilməsinə iman etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.﴿. (Loğman surəsi, ayə: 34).
İkinci:
Allahın yazısına iman etmək. Bu, Uca Allahın, insanın qədərini onun dünyaya göz açmazdan öncə lövhi-məhfuzda yazıldığına və baş verən və baş verəcək hər bir şeyin Allah yanındakı kitabda əvvəlcədən yazılmış olduğuna iman etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın﴿. (əl-Ənam surəsi, ayə: 59).
Üçüncü:
Allahın istəyinə iman etmək. Bu, baş verən hər bir şeyin Allahın istəyi ilə baş verdiyinə, istər Allahın etdiyi işlər, istərsə də məxluqatın etdiyi əməllər Uca Allahın istəyi ilə baş verdiyinə iman etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!﴿. (ət-Təkvir surəsi, ayə: 28, 29).
Dördüncü:
Allahın yaratdığına iman etmək. Bu, bütün varlıqları Allahın yaratdığına və eyni ilə Allahın, onların kimliklərini, sifətlərini, hərəkətlərini və onlarda olan hər bir şeyi yaratmasına iman etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözləridir: ﴾“Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”﴿. (əs-Saffat surəsi, ayə: 96).

Sual 16: Quranın tərifi nədir?

Cavab: Quran - Uca Allahın kəlamıdır, məxluq deyildir.
Uca Allah buyurur:
﴾Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin﴿. (ət-Tovbə surəsi, ayə: 6).

Sual 17: Sünnət nədir?

Cavab: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dediyi, etdiyi yaxud görüb (inkar etməyərək) susduğu hər bir şey və həmçinin Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yaradılış və əxlaqi sifətlərinə sünnət deyilir.

Sual 18: Bidət nədir və onu qəbul etməliyikmi?

Cavab: Bidət - Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) və səhabələrin zamanında dindən olmayan və insanların sonradan dinə gətirdikləri hər bir yenilikdir.
Biz bidəti qəbul etmirik, əksinə onu rədd edirik.
Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə buyurmuşdur: "Hər bir bidət zəlalətdir". Hədisi Əbu Davud rəvayət etmişdir.
Buna misal:
İbadətdə artıq əməllərə yol vermək. Məsələn: Dəstəmaz alarkən əzaları üç dəfədən artıq yumaq və ya Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) doğum gününü qeyd etmək. Çünki bu barədə nə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun), nə də səhabələrdən bir şey varid olmamışdır.

Sual 19: Əl-Vələ vəl-bəra (dostluq və düşmənçilik) əqidəsini zikr et!

Cavab: Əl-Vələ - möminləri sevmək və onlara yardım etməkdir.
Uca Allah buyurur:
﴾Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır﴿. (ət-Tovbə surəsi, ayə: 71).
Əl-Bəra əqidəsi isə, kafirlərə nifrət bəsləmək və onlarla düşmən olmaqdır.
Uca Allah buyurur:
﴾İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!”﴿. (əl-Mumtəhinə surəsi, ayə: 4).

Sual 20: Uca Allah İslamdan başqa bir din qəbul edirmi?

Cavab: Xeyr, Uca Allah İslamdan başqa heç bir din qəbul etmir.
Uca Allah buyurur:
﴾İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar﴿. (Ali-İmran surəsi, ayə: 85).

Sual 21: Küfr, həm söz, həm əməl, həm də ki, etiqad ilə olur. Buna misal gətir!

Cavab: Sözdə küfrə misal: Pak Olan Allahı və ya Elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) söymək.
Əməldə misal:
Qurana qarşı hörmətsizlik etmək, yaxud da, Uca Allahdan qeyrisinə səcdə etmək.
Etiqada misal:
Uca Allahdan başqa hər hansı bir məxluqun ibadətə layiq olduğunu, yaxud da Uca Allahdan başqa hər hansı bir yaradanın olduğunu etiqad etmək.

Sual 22: Nifaq nədir və onun neçə növü vardır?

Cavab:
1- Böyük nifaq: küfrü gizlədib, imanı göstərməkdir.
Nifaqın bu növü insanı İslamdan xaric edir və bu növ nifaq, böyük küfrdür.
Uca Allah buyurur:
﴾Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən﴿. (ən-Nisa surəsi, ayə: 145).
2- Kiçik nifaq:
Buna misal: Yalan danışmaq, verilən vədə xilaf çıxmaq və əmanətə xəyanət etmək.
Nifaqın bu növü insanı İslamdan xaric etmir, lakin bunu edən insan günah qazanır və o, əzab olunmağa layiqdir.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Vəd verdiyi zaman vədinə xilaf çıxar. Ona əmanət edildiyi zaman əmanətə xəyanət edər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 23: Peyğəmbərlərin və elçilərin sonuncusu kimdir?

Cavab: O, Muhəmməddir (Allahın salavatı və salamı onun üzərinə olsun).
Uca Allah buyurur:
﴾Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur﴿. (əl-Əhzab surəsi, ayə: 40). Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurur: "Mən peyğəmbərlərin sonuncusuyam. Məndən sonra peyğəmbər yoxdur". Hədisi Əbu Davud, ət-Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 24: Möcüzə nədir?

Cavab: Möcüzə - Uca Allahın, peyğəmbərlərinə özlərinin doğruluğunu isbat etmək üçün onlara bəxş etdiyi fövqəltəbii hallardır. Məsələn:
- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün ayın iki yerə bölünməsi.
- Musa (Allahın ona salamı olsun) üçün dənizin iki yerə ayrılması, (Musanın ardınca gələn) Firon və onun qoşununun dənizdə qərq olmaları.

Sual 25: Səhabələr kimlərdir və mən onları sevməliyəmmi?

Cavab: Səhabə - Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) görüb, ona iman gətirən və İslamda olaraq vəfat edən kimsəyə deyilir.
- Biz onları sevir və onları özümüzə nümunə götürürük. Onlar, peyğəmbərlərdən sonra insanların ən fəzilətliləridir.
Səhabələrin ən fəzilətli olanları:
dörd xəlifədir:
Əbu Bəkr (Allah ondan razı olsun).
Ömər (Allah ondan razı olsun).
Osman (Allah ondan razı olsun).
Əli (Allah ondan razı olsun).

Sual 26: Möminlərin anaları kimlərdir?

Cavab: Onlar - Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) xanımlarıdır.
Uca Allah buyurur:
﴾Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır﴿. (əl-Əhzab surəsi, ayə: 6).

Sual 27: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əhli beytinin üzərimizdə olan haqqı nədir?

Cavab: Onları sevməyimiz, onları özümüzə dost bilməyimiz, onlara nifrət edənlərə nifrət etməyimiz və onlara olan sevgi, məhəbbət, qayğı və ehtiramımızda ifrata varmamağımızdır. Onlar peyğəmbərimizin xanımları, onun zürriyyəti, Bəni-Haşim və Bəni əl-Muttalibdən olan möminlərdir.

Sual 28: Müsəlman əmrlərinin üzərimizdə olan haqları nədir?

Cavab: Müsəlman əmrlərinin üzərimizdə olan haqları, onlara ehtiram etməyimiz, Allaha asi olmayan işlərdə onlara itaət edib, əmrlərinə tabe olmağımız, onlara qarşı üsyana qalxmamağımız, onlar üçün Allaha dua etməyimiz və gizlində onlara nəsihət etməyimizdir.

Sual 29: Möminlərin yurdu haradır?

Cavab: Cənnət. Uca Allah buyurur: ﴾Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan Cənnət bağlarında yerləşdirər﴿. (Muhəmməd surəsi, ayə: 12).

Sual 30: Kafirlərin yurdu haradır?

Cavab: Cəhənnəm. Uca Allah buyurur: ﴾Yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) çəkinin!﴿. (əl-Bəqərə surəsi, ayə: 24).

Sual 31: Qorxu nədir? Ümid nədir? Bunun dəlili nədir?

Cavab: Qorxu - Uca Allahdan və Onun əzabından qorxmaqdır.
Ümid isə, Uca Allahın savabına, Onun bağışlamasına və rəhmətinə ümid bəsləməkdir.
Dəlil isə, Uca Allahın bu sözləridir: ﴾Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir﴿. (əl-İsra surəsi, ayə: 57). Uca Allah buyurur: ﴾Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm.Əzabım isə üzücü əzabdır﴿. (əl-Hicr surəsi, ayə: 49 - 50).

Sual 32: Uca Allahın bəzi ad və sifətlərini zikr et!

Cavab: Allah, ər-Rəbb, ər-Rahmən, əs-Səmi', əl-Bəsir, əl-Alim, ər-Razzəq, əl-Həyy, əl-Azim və s. bu kimi Uca Allahın gözəl ad və uca sifətlərini zikr etmək olar.

Sual 33: Bu adları şərh et.

Cavab: Allah. Bu adın mənası: Onun heç bir şəriki olmayan, haqq olaraq ibadət olunan İlah deməkdir.
ər-Rəbb. Yəni: Yaradan, sahib olan, ruzi verən və idarə edən tək Pak olan Allah.
əs-Səmi: Eşitməyi hər bir şeyti əhatə edəndir.O, müxtəlifliyindən və növündən aslı olmayaraq bütün səsləri eşidəndir.
əl-Bəsir: O, hər bir şeyi görəndir. O, böyük və kiçikliyindən aslı olmayaraq hər bir şeyi görür.
əl-Alim: Uca Allahın elmi, hər bir şeyi keçmişi, indisi və gələcəyi ilə birlikdə əhatə etmişdir.
ər-Rahmən: Onun rəhməti hər bir məxluqu və canlını əhatə etmişdir. Bütün qullar və məxluqat Onun rəhməti altındadır.
ər-Razzəq: İnsan, cin və hə bir canlı daxil olmaqla bütün məxluqatın ruzisini Öz üzərinə götürən Uca Allahdır.
əl-Həyy: O, heç vaxt ölməz, diri olan Uca Allahdır. Yaratdığı hər bir məxluq isə öləcəkdir.
əl-Azim: O, adlarında, sifətlərində və fellərində bütün kamilliyi və əzəməti Özündə cəm edən Uca Allahdır.

Sual 34: Müsəlman alimlərinin üzərimizdə olan haqqlar nələrdir?

Cavab: Biz onlara sevgi bəsləyirik. Şəri və müasir məsələrdə şəriətin hökmünü bilmək üçün onlara müraciət edirik və daima onları xeyirlə anırıq. Onlara dil uzadanlar isə, haqq yoldan azan kəslərdir.
Uca Allah buyurur:
﴾Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaldır. Allah nə etdiklərinizdən xəbərdardır.﴿. (əl-Mucadilə surəsi, ayə: 11).

Sual 35: Uca Allahın övliyaları (dostları) kimlərdir?

Cavab: Onlar - Allahdan qorxan, təqva sahibi olan möminlərdir.
Uca Allah buyurur:
﴾Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar﴿. (Yunus surəsi, ayə: 62 - 63).

Sual 36: İman söz və əməldir?

Cavab: İman - söz, əməl və etiqaddır.

Sual: İman artır və azalır?

Cavab: İman itaətlə artır və asiliklə azalır.
Uca Allah buyurur:
﴾Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər﴿. (əl-Ənfal surəsi, ayə: 2).

Sual 38: Ehsan nədir?

Cavab: Ehsan - sənin Allaha sanki Onu görürmüşsən kimi ibadət etməndir. Lakin sən Onu görməsən də, (şübhəsiz) ki, O səni görür!

Sual 39: Əməllər Pak Olan Allah qatında nə vaxt qəbul olunur?

Cavab: İki şərt əsasında:
1- Əgər əməl, xalis olaraq Uca Allahın rizası üçün edilərsə.
2- Əgər əməl, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətinə müvafiq olarsa.

Sual 40: Uca Allaha təvəkkül etmək nə deməkdir?

Cavab: Bu, səbəblərdən yapışmaqla, xeyirlərə çatmaq və zərərlərdən qorunmaqda işləri Uca Allaha həvalə etməkdir.
Uca Allah buyurur:
﴾Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər﴿. (ət-Talaq surəsi, ayə: 3).
﴾Allah ona kifayət edər﴿, yəni: Allah ona bəs edər.

Sual 41: Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək vacibliyi nə deməkdir?

Cavab: Yaxşılığı əmr etmək - İzzət və Qüdrət sahibi Olan Allaha itaət olan hər bir şeyi əmr etmək anlamıdır. Pislikdən çəkindirmək isə, İzzət və Qüdrət sahibi Olan Allaha asilik hesab olunan hər bir şeyi qadağan etmək anlamıdır.
Uca Allah buyurur:
﴾Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz﴿. (Ali-İmran surəsi, ayə: 110).

Sual 42: Əhli Sünnət val-Cəmaat kimlərdir?

Cavab: Onlar, söz, əməl və etidaqda Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun səhabələrinin yoluna tabe olan kimsələrdir.
Onların "Əhli Sünnət" adlanmalarının səbəbi:
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətinə tabe olub, bidətdən uzaq olduqlarına görədir.
"Val-Cəmaat" adlanmalarının səbəbi isə: haqq üzərində cəm olub, onda ixtilafa düşmədiklərinə görədir.

Fiqh bölümü47

Sual 1: Təharətin (təmizliyin) tərifi nədir?

Cavab: Təharət - hədəsin (təharətin şərt olduğu ibadətləri yerinə yetirməyə mane olan vəsf) aradan qaldırılması və natəmiz bir şeyin yox olmasıdır.
Natəmiz bir şeyin təmizlənməsi, yəni: müsəlmanın onun bədənindən, paltarından, bir məkandan və ya namaz qıldığı yerdən nəcasəti aradan qaldırması deməkdir.
Hədəsi(təharətin şərt olan ibadətləri yerinə yetirməyə mane olan vəsf) aradan qaldırmaq, yəni: təmiz su ilə dəstəmaz, yaxud qüsl almaqla, su olmadıqda və ya üzürlü səbəbə görə sudan istifadə etmək mümkün olmadıqda təyəmmüm etməklə olur.

Sual 2: Nəcasət dəyən yer necə təmizlənməlidir?

Cavab: Həmin yer nəcasətdən təmizlənənə qədər su ilə yuyulmalıdır.
Amma itin su içdiyi qabın təmizlənməsinə gəldikdə isə, həmin qab, yeddi dəfə yuyulmalı, bunların birincisi isə torpaqla olmalıdır.

Sual 3: Dəstəmazın fəziləti nədir?

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Müsəlman (yaxud mömin) bir bəndə dəstəmaz aldığı zaman üzünü yu­duq­da, gözləri ilə gördüyü hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bəra­bər üzün­dən çıxar. Əllərini yuduqda, əlləri ilə etdiyi hər bir günah su ilə, (ya­xud suyun son damlasıyla) bərabər əllərindən çıxar. Ayaq­larını yuduqda, ayaq­ları ilə getdiyi hər bir günah su ilə, (ya­xud suyun son dam­lasıyla) bərabər ayaq­larından çıxar. Nəhayət, o bəndə günahlardan tə­miz­lənmiş halda çıxar". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 4: Sən necə dəstəmaz alırsan?

Cavab: Əllər üç dəfə yuyulur.
Üç dəfə madmada, istinşaq və istinsar etmək.
Madmada, yəni: suyu ağızda dövr etdirdikdən sonra ifraz etmək.
İstinşaq, yəni: sağ əli ilə suyu, hava ilə birgə buruna çəkmək.
İstinsar, yəni: suyu burnuna çəkdikdən sonra, sol əli ilə suyu burnundan ifraz etmək.
Sonra üzü üç dəfə yumaq.
Sonra əlləri üç də­fə dirsəklərə qədər yumaq.
Sonra əllərini irəli-geri aparıb gətirməklə başa (bir dəfə) məsh çəkmək. Sonra qularlara (bir dəfə) məsh çəkmək.
Bundan sonra isə ayaqları topuqlara qədər üç dəfə yumaq.
Dəstəmazın belə alınması daha kamildir. Çünki əl-Buxari və Müslimdə, Osman ibn Əffanın və Abdullah bin Zeydin və həmçinin başqalarından rəvayət etdikləri hədisdə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dəstəmaz aldığı rəvayət edilmişdir. Buxarının və başqalarının rəvayət etdikləri hədisdə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəmazı bir dəfə, başqa rəvayətdə isə iki dəfə aldığı rəvayət edilmişdir.Yəni: Bir rəvayətdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəmaz əzalarını bir dəfə yumuşdur, başqa rəvayətdə isə iki dəfə yumuşdur.

Sual 5: Dəstəmazın fərzləri hansılardır? Onları sadala.

Cavab: Dəstəmazın fərzləri o əməllərdir ki, müsəlman onlardan hər hansı biri tərk edilərsə, onun dəstəmazı səhih sayılmaz.
1- Ağız və burun daxil olmaqla üzü yumaq.
2- Əlləri dirsəklərə qədər(dirsəklər daxil olmaqla) yumaq.
3- Qulaqlar daxil olmaqla başa məsh çəkmək.
4- Ayaqları topuqlara qədər yumaq.
5- Bu əzaları tərtiblə yumaq. Yəni: Dəstəmaz alarkən birinci üz, sonra əllər, sonra başa məsh çəkmək, daha sonra isə ayaqlar yuyulmalıdır.
6- Ardıcıllıq. Yəni: Dəstəmaz alarkən fasilə vermədən, əzalardan dəstəmazın suyu qurumazdan öncə dəstəmaz əzalarını yuyub qurtarmaq.
Məsələn:
Əgər dəstəmazı yarıya qədər alıb, qalan yarısını isə başqa vaxt alarsa, bu zaman dəstəmaz səhih sayılmaz.

Sual 6: Dəstəmazın sünnətləri hansılardır? Onları sadala.

Cavab: Əgər insan dəstəmaz alarkən, dəstəmazın sünnətlərini edərsə, əlavə savab qazanar, əgər bu sünnətləri tərk edərsə, günah qazanmaz və dəstəmazı da doğru sayılar. Dəstəmazın sünnətlərinin sayı səkkizdir. Bunlar aşağıdakılardır:
1- Dəstəmaza başlamazdan öncə bəsmələ - "Bismilləh" demək.
2- Misvakdan istifadə etmək.
3- Əlləri biləklərə qədər yumaq.
4- Barmaqların arasını yumaq.
5- Dəstəmaz əzalarını iki və ya üç dəfə yumaq.
6- Dəstəmaz alarkən sağdan başlamaq.
7- Dəstəmazdan sonra zikr etmək: [Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu] «Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yox­dur. O təkdir. Onun şəri­ki yoxdur. Həmçinin şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisi­dir!».
8- Bundan sonra iki rükət namaz qılmaq.

Sual 7: Dəstəmazı pozan amilləri bir-bir say.

Cavab: Öndən və arxadan çıxan hər bir şey dəstəmazı pozur. Yəni: yel də daxil olmaqla, kiçik və ya böyük təharətə çıxmaq insanın dəstəmazını batil edir.
Yuxu, insanın dəli olması, yaxud özündən getməsi.
Dəvə əti yemək.
Heç bir maneə olmadan ön və ya arxa övrətə toxunmaq.

Sual 8: Təyəmmüm nədir?

Təyəmmüm: Su tapmadıqda və ya sudan istifadə etməyə qadir olmadıqda, təmizlənmək üçün pak torpaq və ya yer üzünün pak əşyalarından istifadə etmək.

Sual 9: Təyəmmüm necə edilir?

Cavab: Təyəmmüm, iki əlin ovuc nahiyəsi ilə bir dəfə torağa vurduqdan sonra, onları üzə və əlin üst nahiyəsinə (əvvəlcə sol əlin ovcunu sağ əlin üstünə, sonra sağ əlin ovucunu sol əlin üstünə) bir dəfə sürtməklə edilir.

Sual 10: Təyəmmümü pozan amillər hansılardır?

Cavab: 1- Dəstəmazı pozan hər bir amil.
2- Suyun mövcud olması.

Sual 11: Xüf və corab nədir və onların üzərinə məsh edilirmi?

Cavab: Xüf - dəridən hazırlanır və ayağa geyinilir.
Corab isə, dəridən olmayan ayağa geyinilən geyimdir.
Ayaqları yumaq əvəzinə xüf və corablar üzərinə məsh etmək caizdir.

Sual 12: Xüflara məsh etməyin hikmətini zikr et!

Cavab: Soyuq və qış aylarında və həmçinin səfərdə olarkən ayaqları çıxarıb yumaq çətin və məşəqqətli olduğuna görə insanlar üçün bir asanlıq və rahatlıqdır.

Sual 13: Xüflərə məsh etməyin doğru olma şərtləri hansılardır?

Cavab: 1- Xüflərin təharətdən sonra geyinilməsi. Yəni: Xüflərin dəstəmaz aldıqdan sonra geyinilməsi.
2- Xüflərin təmiz olması. Nəcasətə bulaşmış xüfə isə məsh etmək caiz deyildir.
3- Xüflərin, dəstəmazda yuyulması fərz olan ayaq nahiyəsini tam şəkildə örtməsi.
4- Xüf və corablara edilən məshin, şəriətin icazə verdiyi müddət ərzində edilməsi. Şəriət bu müddətin, səfərdə olmuyan şəxs üçün bir gün və bir gecə, müsafir kimsə üçün isə üç gün və üç gecə olduğunu təyin etmişdir.

Sual 14: Xüflərə necə məsh edilir?

Cavab: Xüflərə məsh etmə qaydası belədir: Dəstəmaz alarkən iki yaş əlin barmaqlarını, iki ayaq barmaqlarının üzərinə qoyaraq baldır nahiyəsinə qədər yuxarı çəkilir. Sağ ayağa, sağ əl ilə, sol ayağa isə sol əli ilə məsh edilir. Məsh edərkən əl barmaqlar bir-birindən aralı tutulmalı və məsh bir dəfədən artıq edilməməlidir.

Sual 15: Xüflərə məshi pozan amillər hansılardır?

Cavab: 1- Məsh müddətinin bitməsi. Şəriətin icazə verdiyi məsh müddəti bitdikdən sonra xüflərə məsh etmək caiz deyildir. Bu müddət, muqim (səfərdə olmuyan) kimsə üçün bir gün və bir gecə, müsafir olan şəxs üçün isə üç gün və üç gecədir.
2- Xüflərin ayaqdan çıxarılması. Əgər insan xüflərin və ya corabların üzərinə məsh etdikdən sonra xüf və ya corabları ayağından çıxararsa, yenidən dəstəmaz almaq istədikdə xüf və ya corabların üzərinə məsh edə bilməz.

Sual 16: Namaz sözünün mənası nədir?

Cavab: Namaz - Xususi söz və əməllərdən ibarət, təkbir (Allahu əkbər sözü) ilə başlayıb, salam (əs-Sələmu aleykum va rahmatullah sözü) ilə qurtaran, Allaha edilən bir ibadətin adıdır.

Sual 17: Namazın hökmü nədir?

Cavab: Namaz qılmaq hər bir müsəlmana vacibdir.
Uca Allah buyurur:
﴾Həqiqətən namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir﴿. (ən-Nisa surəsi, ayə: 103).

Sual 18: Namazı tərk etməyin hökmü nədir?

Cavab: Namazı tərk etməyin hökmü küfürdür. Çünki bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
"Bizimlə onlar arasındakı əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".
Hədisi İmam Əhməd, ət-Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 19: Bir gecə və gündüz ərzində müsəlmana necə vaxt namaz qılmaq fərzdir və hər bir namaz necə rükətdən ibarətdir?

Cavab: Müsəlmana bir gecə və gündüz ərzində beş vaxt namaz qılmaq fərz edilmişdir. Bu namazlar isə bunlardır: Fəcr namazı, iki rükətdir. Zöhr namazı, dörd rükətdir. Əsr namazı, dörd rükətdir. Məğrib namazı, üç rükətdir. İşa namazı, dörd rükətdir.

Sual 20: Namazın şərtlərini sadala!

Cavab: 1- İslam(müsəlman olmaq). Kafirdən namaz qəbul olunmaz.
2- Ağıllı olmaq. Dəlidən namaz qəbul edilməz.
3- Halalı haramdan, yaxşını pisdən ayırmağa qadir olmaq. Bu seçimi edə bilməyən azyaşlıdan namaz qəbul edilməz.
4- Niyyət etmək.
5- Namaz vaxtının daxil olması.
6- Dəstəmazlı olmaq.
7- Bədən və ya paltarın nəcasətdən təmiz olması.
8- Övrətin örtülməsi.
9- Qibləyə yönəlmək.

Sual 21: Namazın rükunlarını say!

Cavab: Namazın on dörd rükunu vardır. Bunlar aşağıdakılardır:
1- Ayaq üstə dayanmağa qadir olan insanın namazda ayaq üstə durması.
2- Təkbiratu-l-ehram. Yəni, namazın əvvəlində: «الله أكبر» "Allahu Əkbər" demək.
3- əl-Fatihə surəsini oxumaq.
4- Rüku etmək. Rüku edərkən bel düz tutulmalı və baş isə bel ilə bərabər səviyyədə edilməlidir.
5- Rükudan qalxmaq.
6- Rükudan qalxdıqdan sonra beli düz tutmaq.
7- Səcdə etmək. Səcdə edərkən alnı, burnu, iki ovucu, iki dizləri və iki ayağın barmaqlarını yerə birləşdirmək.
8- Səcdədən qalxmaq.
9- İki səcdə arasında oturmaq.
Bu halda sünnət, sol ayağı yerə qoyaraq onun üzərində oturmaq, sağ ayağı isə dik tutub, qibləyə tərəf yönəltməkdir.
10- Arxayınlıqla etmək. Bu, hər bir feli rüknu icra edərkən tələsmədən sakit halda yerinə yetirməkdir.
11- Axırıncı təşəhhüd duasını oxumaq.
12- Axırıncı təşəhhüd duası üçün oturmaq.
13- Sağ və sol tərəfə "əs-Sələmu aleykum va rahmatullah" deyərək salam vermək.
14- Bu rüknların hamısı tərtiblə, yəni, bir-birinin ardınca-yuxarıda qeyd etdiyimiz kimi etmək. Əgər qəsdən rüku etməzdən öncə səcdə edərsə, həmən rükət batil olar. Əgər səhvən edərsə, bu zaman qalxıb rükü etməli, sonra isə səcdə etməlidir.

Sual 22: Namazın vaciblərini zikr et!

Cavab: Namazın səkkiz vacibi vardır. Bunlar aşağıdakılardır:
1- Təkbiratu-l-ehramdan başqa olan təkbirlər.
2- İmam və tək namaz qılan insanın başını rükudan qaldırdıqda: «سمع الله لمن حمده» [Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - zikrini demək.
3- «ربنا ولك الحمد» [Rabbənə va ləkə-l-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini demək.
4- Rükuda bir dəfə: «سبحان ربي العظيم» [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.
5- Səcdədə bir dəfə: «سبحان ربي الأعلى» [Subhənə Rabbiyə-l-Əla], "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.
6- İki səcdə arasında: «رب اغفر لي» [Rabbi-ğ-fir li] "Rəbbim, məni bağışla! Rəbbim, məni bağışla!" - zikrini demək.
7- Birinci təşəhhüd duasını oxumaq.
8- Birinci təşəhhüd duası üçün oturmaq.

Sual 23: Namazın sünnətləri hansılardır?

Cavab: Namazın on bir sünnəti var. Bunlar aşağıdakılardır:
1- Təkbiratu-l-ehram etdikdən sonra «سبحانك اللهم وبحمدك، وتبارك اسمك، وتَعَالَىٰ جدك، ولا إله غيرك» [Subhənəkə Allahummə va bihəmdi­kə va təbarəkə-s-mukə və təalə cəddukə va lə iləhə ğayrukə] "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmə­tin ucadır. Səndən başqa məbud yoxdur!" - zikrini demək. Bu duaya "İstiftah" (açılış) duası deyilir.
2- əl-Fatihə surəsini oxumazdan əvvəl «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-ra­cim] "Lənətlənmiş şeytandan Allaha sığını­ram!" - zikrini demək.
3- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə" ayəsini oxumaq.
4- əl-Fatihə surəsini oxuduqdan sonra "Amin" demək.
5- əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra hər hansı bir surəni oxumaq.
6- İmamın qiraəti səslə oxuması.
7- Rükudan qaxıb «ربنا ولك الحمد» [Rabbənə va ləkə-l-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini dedikdən sonra «ملء السَّمٰوات وملء الأرض، وملء ما شئت من شيء بعد» [Milə-s-səməvati va milə-l-ardi va milə mə şi'tə min şeyin bədu] "Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd ol­sun)".
8- Rükuda bir dəfədən artıq zikr etmək. Yəni: Rükuda iki, üç və yaxud daha çox sayda zikr etmək.
9- Səcdədə bir dəfədən artıq zikr etmək.
10- İki səcdə arasında bir dəfədən artıq: «رب اغفر لي» [Rabbi-ğ-fir li] "Rəbbim, məni bağışla!" - zikrini demək.
11- Axırıncı təşəhhüddə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) və Onun ailəsinə salavat və xeyir dua etmək və ondan sonra dua etmək.
Hərəkətlə olan sünnətlər. Buna namazın zahiri görnüşüdə deyilir. Bunlar aşağıdakılardır:
1- Əlləri təkbiratu-l-ehramda qaldırmaq.
2- Əlləri rüku etdikdə qaldırmaq.
3- Əlləri rükudan qalxdıqda qaldırmaq.
4- Rükudan qalxdıqdan sonra əlləri aşağı salmaq.
5- Sağ əli sol əlin üzərinə qoymaq.
6- Səcdə yerinə baxmaq.
7- Qiyamda olan zaman iki ayaqların arasını ayırmaq.
8- Rükuda olduqda iki əlin barmaqlarını aralayıb dizləri əllər ilə tutmaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq.
9- Səcdə əzalarını yerə birləşdirmək.
10- Qollarını yanından, qarnını budlardan, budları baldırlardan, baldırlar dizlərindən aralı tutmaq. Səcdədə olarkən ayaqları dik tutmaq, ayaq barmaqlarını yerə birləşdirərək, barmaqların arasını açıq saxlamaq və əl­lə­ri­ni çiyinləri bərabərinə qoyub, barmaqların arasını aralı və qibləyə tərəf düz tutaraq saxlamaq.
11- İki səcdə arasında və birinci təşəhhüddə, sol ayağı yerə sərərək onun üzərində oturmaq, sağ ayağı isə dik tutub, qibləyə tərəf yönəldilmiş halda sol ayağı üstündə oturmaq. Axırıncı təşəhhüddə isə sağ ayağını dik tutub, barmaqlarını isə qibləyə yönəldilmiş halda saxlayaraq, sol ayağını sağ tərəfindən çıxarıb, sol ombasının üzərində oturmaq.
12- İki səcdə arasında və həmçinin təşəhhüd duasını oxuduqda əlləri, barmaqların arasını aralı və qibləyə tərəf düz tutaraq saxlamaq, təşəhhüd duasını oxuduqda isə adsız və çeçələ barmağını qatlayıb baş barmaqla orta barmağını dairəvi halqa halında saxlayıb, Allahı zikr etdikdə şəhadət barmağı ilə işarə etmək.
13- Salam verdikdə üzü sağ və sol tərəfə çevirmək.

Sual 24: Namazı batil edən amilləri sadala!

Cavab: (1) Namazın hər hansı bir rüknunu və yə şərtlərindən hər hansı bir şərtini tərk etmək.
(2) Namazda qəsdən danışmaq.
(3) Namazda yemək və içmək.
(4) Namazda ardıcıl çoxlu hərəkət etmək.
(5) Namazın vaciblərindən hər hansı birini qəsdən tərk etmək.

Sual 25: Müsəlman necə namaz qılmalıdır?

Cavab: Namazın qılınma qaydası.
1- Sağa, sola və ya arxaya çevrilmədən, bütün bədəni ilə qibləyə tərəf yönəlmək.
2- Sonra qılmaq istədiyi namaz üçün dil ilə deyil, qəlbi ilə niyyət etməlidir.
3- Sonra təkbiratu-l-ehram edərək (الله أكبر) "Allahu Əkbər" deyib, əl­lə­ri­ni çiyinləri bərabərində qaldırmalıdır.
4- Sonra sağ əlini sol əlinin üstünə qoyaraq, sinəsinin üzərində tutmalıdır.
5- Sonra İstiftəh duasını oxuyaraq deyir: «اللهم باعد بيني وبين خطاياي كما باعدت بين المشرق والمغرب، اللهم نقني من خطاياي كما يُنقى الثوب الأبيض من الدنس، اللهم اغسلني من خطاياي بالماء والثلج والبرد» [Allahummə bəid beyni va beynə xata­yəyə kəmə bəadtə beynə-l-məşriqi va-l-məğribi, Allahummə nəqqini min xata­yəyə kəmə yunəqqa-s-saubul-əbyədu min­ə-d-dənəsi. Allahummə-ğ-silni min xatayəyə bi-s-səlci va-l-məi va-l-bəradi] "Allahım! Məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar kirdən təmiz­ləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu!".
Yaxud da:
«سبحانك اللهم وبحمدك، وتبارك اسمك، وتَعَالَىٰ جدك، ولا إله غيرك» [Subhənəkə Allahummə va bihəmdi­kə va təbarəkə-s-mukə və təalə cəddukə va lə iləhə ğayrukə] "Pak və müqəddəs(nöqsansız) və Həmd sahibi olan Allahım! Adın mübarək, və əzəmətin ucadır, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur!".
6- Sonra Şeytanın şərindən Allaha sığınaraq belə deyir: «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-ra­cim] "Lənətlənmiş şeytandan Allaha sığını­ram!". 7- Sonra «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə" deyərək əl-Fatihə surəsini oxuyur: 1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha,﴿. 3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə,﴿. 4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəumid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. 5- «يَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nə'budu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.﴿. 6- «اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt –﴿. 7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. (əl-Fatihə surəsi, ayə: 1-7).
əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمين» [Amin]. Yəni: Allahım cavab ver!- deyir.
8- Sonra Qurandan müyəssər olanı oxuyur. Fəcr namazının qiraətini isə uzun edir.
9- Sonra rüku edir. Yəni: Uca Allaha təzim əlaməti olaraq belini Allah üçün əyir. Rüku edərkən təkbir edib, (الله أكبر) "Allahu Əkbər" deyib, əl­lə­ri­ni çiyinləri bərabərində qaldırmalıdır. Bu vəziyyətdə oldarkən, iki əlin barmaqlarını aralayıb dizləri üzərinə qoymaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq sünnədir.
10- Rükuda üç dəfə: «سبحان ربي العظيم» [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini deməlidir. Bu zikri dedikdən sonra «سبحانك اللهم ربنا وبحمدك، اللهم اغفر لي» [Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Alla­humməğ-firli], "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sə­nə həmd olsun. Allahım, məni bağışla!"- zikrini deməsi yaxşıdır.
11- Sonra «سمع الله لمن حمده» [Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - zikrini deyərək başını rükudan qaldırır. Bu zaman əl­lə­ri­ni çiyinləri bərabərində qaldırmalıdır. İmamın arxasında namaz qılan kimsə isə [Səmi Allahu limən həmidəh] zikrini demir, o, bu zikrin əvəzinə «ربنا ولك الحمد» [Rabbənə və ləkəl-həmd] "Ey Rəb­bi­miz! Sənə həmd olsun!"- zikrini deməlidir.
12- Rükudan qalxıb belini düz tutduqdan sonra «ربنا ولك الحمد، ملء السماوات والأرض، وملء ما شئت من شيء بعد» [Rabbənə va ləkəl-həmd. Miləs-səməvati va miləl-ardi va milə mə şitə min şeyin bə'du] "Ey Rəbbimiz! Sənə həmd olsun. Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd ol­sun)"- zikrini deməlidir.
13- Sonra (الله أكبر) "Allahu Əkbər" deyərək birinci səcdəni etməlidir. Səcdə yeddi əza üzərində edilməlidir. Bu əzalar aşağıdakılardır: Alın, burun, iki əl, iki diz, ayaq barmaqlarının ucları. Səcdə edərkən qollarını yanından ayırmalı, dirsəklərini yerə sərməməli və barmaqlarının ön hissələrini qibləyə tərəf yönəltməlidir.
14- Səcdədə üç dəfə: «سبحان ربي الأعلى» [Subhənə Rabbiyəl-Əla] "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini deməlidir. Bu zikri dedikdən sonra «سبحانك اللهم ربنا وبحمدك، اللهم اغفر لي» [Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Alla­humməğ-firli], "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sə­nə həmd olsun. Allahım, məni bağışla!"- zikrini deməsi yaxşıdır.
15- Sonra (الله أكبر) "Allahu Əkbər" deyərək başını səcdədən qaldırır.
16- Sonra iki səcdə arasında sol ayağı üzərində oturur, sağ ayağını düz tutur, sağ əlini sağ budunun dizinə yaxın məsafədə qoyur, adsız və çeçələ barmağını qatlayıb, şəhadət barmağını dua etdikdə qaldırır və hərəkət etdirir, baş barmaqla orta barmağını dairəvi halda saxlayıb və sol əlinin barmaqlarının arasını aralı qoyaraq sol budunun dizinə yaxın məsafədə tutmalıdır.
17- Və iki səcdə arasında oturaraq belə deyir: «رب اغفر لي، وارحمني، واهدني، وارزقني، واجبرني، وعافني» [Rabbiğ-fir li, var-həmni, vahdini, var-zuqni, vac-burni, va afini] "Rəbbim, məni bağışla, mənə rəhm et, məni doğru yo­la yönəlt, mənə ruzi yetir, mənə lütf et və mənə salamatlıq ver!".
18- Sonra birinci səcdəni etdiyi kimi ikinci səcdəni də edir, birinci səcdədə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci səcdədə də təkrar edir və səcdə etdikdə təkbir yəni "Allahu Əkbər"- deyir.
19- Sonra "Allahu Əkbər" deyərək, ikinci rükətdən ayağa qalxır. İkinci rükəti də birinci rükəti qıldığı kimi qılır. İstiftah (açılış) duası müstəsna olmaqla, birinci rükətdə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci rükətdə də təkrar edir.
20- İkinci rükəti qurtardıqdan sonra "Allahu Əkbər" deyərək, iki səcdə arasında oturduğu kimi təşəhhüd duasını oxumaq üçün oturur.
21- Bu oturuşda təşəhhüd duasını oxuyaraq belə deyir: «التحيات لله والصلوات والطيبات، السلام عليك أيها النبي ورحمة الله وبركاته، السلام علينا وعلى عباد الله الصالحين، أشهد أن لا إله إلا الله، وأشهد أن محمداً عبده ورسوله، اللهم صلِّ على محمد وعلى آل محمد، كما صليت على إبراهيم وعلى آل إبراهيم، إنك حميد مجيد، وبارك على محمد وعلى آل محمد، كما باركت على إبراهيم وعلى آل إبراهيم، إنك حميد مجيد» [ət Təhiyyətu lilləhi, va-s-saləvatu, va-t-tayyibətu, əs Sələmu aleykə əyyuhə-n-nəbiyyu va rahmətullahi va bərakətuhu, əsSələmu aleynə va alə ibədi-l-ləhi-s-Sali­hin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu. Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbra­himə va alə əəli İbrahimə, innəkə həmi­dun məcid. Allahummə bərik alə Muhəm­mədin va alə əəli Muhəmməd, kəmə bərak­tə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid] "Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qul­larına salam ol­sun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir. Allahım! İbrahimə və İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!". «أعوذ بالله من عذاب جهنم، ومن عذاب القبر، ومن فتنة المحيا والممات، ومن فتنة المسيح الدجال» [Əuzu biLləhi min əzabi Cəhənnəmə va min əzabil-qabri va min fitnətil-məhyə val-məmati va min şərri fitnətil-məsihid-dəccal] "Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, məsih dəccalın fitnəsinin şərindən Allaha pənah aparıram!". Sonra Rəbbindən dilədiyi dünya və axirət xeyirlərini istəyərək dua edir.
22- Sonra sağ və sol tərəfə «السَّلام عليكم ورحمة الله» [əs-Sələmu aleykum va rahmatullah] "Allahın salamı və rəhməti sizin üzərinizə olsun" deyərək salam verib namazı sona çatdırır.
23- Əgər namaz üç və ya dörd rükətli namazdırsa, birinci təşəhhüdü «أشهد أن لا إله إلا الله، وأشهد أن محمداً عبده ورسوله» [Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu] "Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir"- hissəsinə qədər oxumalıdır.
24- Sonra "Allahu Əkbər" deyərək qiyama qalxır. Bu zaman əl­lə­ri­ni çiyinləri bərabərində qaldırmalıdır.
25- Sonra namazının qalan hissəsini isə ikinci rükəti qıldığı kimi qılmalıdır. Lakin üçüncü və dördüncü rükətlərdə əl-Fatihə surəsindən sonra heç bir surə oxumur.
26- Sonra Təvərrük oturuşu oturaraq, sağ ayağını düz tutur, sol ayağını isə sağ baldırının altından kənara çıxararaq, sol ombası üstündə oturur, birinci təşəhhüddə oturduğu kimi iki əlini, iki budunun üstünə qoyur.
27- Bu oturuşda isə təşəhhüd duasını axıra qədər oxuyur.
28- Sonra sağ və sol tərəfə «السَّلام عليكم ورحمة الله» [əs-Sələmu aleykum va rahmatullah] "Allahın salamı və rəhməti sizin üzərinizə olsun" deyərək salam verib namazı sona çatdırır.

Sual 26: Salam verib namazı bitirdikdən sonra hansı zikrlər deyirsən?

Cavab: Üç dəfə «أَسْـتَغْفِرُ الله» [Əstəğfirul-lah] "Allahdan bağışlanma diləyirəm!".
- «اللّهُـمَّ أَنْـتَ السَّلامُ، وَمِـنْكَ السَّلام، تَبارَكْتَ يا ذا الجَـلالِ وَالإِكْـرام» [Allahummə ən­tə-s-sələmu va minkə-s-sələmu, təbəraktə yə zə-l-cələli va-l-ikram] "Allahım! Salam Sənsən və əmin-aman­lıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan".
- «لا إلهَ إلاّ اللّهُ وحدَهُ لا شريكَ لهُ، لهُ المُـلْكُ ولهُ الحَمْد، وهوَ على كلّ شَيءٍ قَدير، اللّهُـمَّ لا مانِعَ لِما أَعْطَـيْت، وَلا مُعْطِـيَ لِما مَنَـعْت، وَلا يَنْفَـعُ ذا الجَـدِّ مِنْـكَ الجَـد» [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləh. Ləhu-l-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə mənia limə ə'taytə va lə mu'tiyə limə məna'tə va lə yənfəu zə-l-cəddi minkə-l-cəddu] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hör­məti fayda ver­məz".
- «لا إلهَ إلاّ الله، وحدَهُ لا شريكَ لهُ، لهُ الملكُ ولهُ الحَمد، وهوَ على كلّ شيءٍ قدير، لا حَـوْلَ وَلا قـوَّةَ إِلاّ بِاللهِ، لا إلهَ إلاّ الله، وَلا نَعْـبُـدُ إِلاّ إيّـاه، لَهُ النِّعْـمَةُ وَلَهُ الفَضْل وَلَهُ الثَّـناءُ الحَـسَن، لا إلهَ إلاّ الله مخْلِصـينَ لَـهُ الدِّينَ وَلَوْ كَـرِهَ الكـافِرون».
[Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir. Lə havlə va lə quvvatə illə billəhi. Lə iləhə illə-l-lahu, va lə nə'budu illə iyyəh. Ləhu-n-ni'mətu va lə­hu-l-fədlu va ləhu-s-sənəu-l-həsənu. Lə iləhə illə-l-lahu muxlisınə ləhu-d-dinə va lov kəri­hə-l-kəfirun] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadir! Allahdan başqa mə­bud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onun­dur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edi­rik!".
Otuz üç dəfə «سُـبْحانَ اللهِ» [Subhənə-l-lah] "Allah pak və müqəddəsdir".
Otuz üç dəfə «الحَمْـدُ لله» [Əl-həmdu lilləh] "Həmd Allahadır".
Otuz üç dəfə «اللهُ أكْـبَر» [Allahu Əkbər] "Allah Böyükdür".
Yüzün tamamında isə belə deyir:
- «لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد، وهو على كل شيء قدير» [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləh. Ləhu-l-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir] "Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!".
Fəcr və məğrib namazdan sonra üç dəfə, zöhr, əsr və işa namazlarından sonra isə bir dəfə əl-İxlas, əl-Fələq və ən-Nas surələrini oxuyur.
Sonra isə bir dəfə "Ayətul-kursi" ayəsi­ni oxuyur.

Sual 27: Ratibə sünnət hesab edilən namazlar hansılardır və bu namazları qılanlar üçün hansı fəzilət vardır?

Cavab: Fəcr namazından öncə iki rükət.
Zöhr namazından öncə dörd rükət.
Zöhr namazından sonra iki rükət.
Məğrib namazından sonra iki rükət.
İşa namazından sonra iki rükət.
Bu namazların fəzilətinə gəldikdə isə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət olunur: "Kim bir gecə və gün ərzində, könüllü olaraq on iki rükət sünnət namaz qılarsa, Allah onun üçün Cənnətdə ev tikər". Hədisi Müslim, İmam Əhməd və başqaları rəvayət etmişdir.

Sual 28: Həftə günləri içərisində ən əfzəl gün hansdır?

Cavab: Cümə günü. Bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Şübhəsiz ki, cümə günü sizin ən fəzilətli günlərinizdəndir. Adəm o gündə yaradılmış və ruhu o gündə alınmışdır. Sura üfürülmə və insanların (dəhşətli səsin qorxusundan) bayılması o gündə olacaqdır. Cümə günü mənə çox-çox salavat gətirin, çünki sizin salavatınız mənə arz olunur". Səhabələr: Ey Allahın Elçisi, cəsədin çürüdüyü halda salavatımız sənə necə ərz oluna bilər? - deyə sual verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də onlara belə cavab verdi: "İzzət və Cəlal sahibi Olan Allah Peyğəmbərlərin cəsədlərini torpağa haram etdi (torpaq onların cəsədini yeməz)". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.

Sual 29: Cümə namazının hökmü nədir?

Cavab: Cümə namazı hər bir həddi-büluğa çatmış kişi, ağıl sahibi və səfərdə olmuyan müsəlmana fərzu-ayındır.
Uca Allah buyurur:
﴾Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!﴿. (əl-Cumuə surəsi, ayə: 9).

Sual 30: Cümə namazı necə rükətdən ibarətdir?

Cavab: Cümə namazı iki rükətdən ibarətdir. İmam bu iki rükətin hər ikisində də qiraəti səslə oxumalı və bu iki rükət namazdan öncə iki hissədən ibarət xütbə verməlidir.

Sual 31: Cümə namazını buraxmaq caizdirmi?

Cavab: Şəri üzr olmadan cümə namazını buraxmaq caiz deyildir. Bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim tənbəllik səbəbilə cümə namazını üç dəfə tərk edərsə, Allah onun qəlbini möhürləyər". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.

Sual 32: Cümə gününün sünnətlərini zikr et!

Cavab:
1- Cümə qüsulu almaq.
2- Ətirlənmək.
3- Gözəl libas geyinmək.
4- Məscidə erkən getmək.
5- Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) çoxlu salavat gətirmək.
6- Kəhf surəsini oxumaq.
7- Məscidə piyada getmək.
8- Duaların qəbul olunan saatını axtarmaq.

Sual 33: Camaat namazının fəzilətini zikr et!

Cavab: Abdullah ibn Ömər (Allah ondan razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Camaat namazı fərdi şəkildə qılınan namazdan iyirmi yeddi dərəcə üstündür". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 34: Namazda "xüşu" nə deməkdir?

Cavab: Namazda xüşu - namaz qılarkən insanın qəlbinin Allaha bağlaması və bədən əzalarının sükunət halında olması deməkdir.
Uca Allah buyurur:
﴾Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər﴿. (əl-Muminun surəsi, ayə: 1 - 2).

Sual 35: Zəkatın tərifi nədir?

Cavab: Zəkat: cəmiyyətdə xüsusi insanlara, xüsusi maldan və xüsusi vaxtda verilməsi vacib sayılan bir haqdır.
Zəkat İslamın rükunlarından biridir və zənginlərdən alınıb, yoxsullara verilən vacib bir sədəqədir.
Uca Allah buyurur:
﴾... zəkat verin ...﴿. (əl-Bəqərə surəsi, ayə: 43)

Sual 36: Müstəhəb sədəqə nədir?

Cavab: İnsanın öz malından zəkatdan başqa Allah yolunda xərclədiyi hər bir şey müstəhəb sədəqədir. Məsələn: İnsanın hər hansı bir vaxtda, hər hansı bir xeyir iş üçün malından Allah yolunda xərcləməsi.
Uca Allah buyurur:
﴾(Malınızdan) Allah yolunda xərcləyin﴿. (əl-Bəqərə surəsi, ayə: 195).

Sual 37: Orucun tərifi nədir?

Cavab: Oruc - Allaha ibadət niyyətilə sübh namazının girən vaxtından, günəş batana qədər yeməkdən, içməkdən və s. orucu batil edən amillərdən imtina etməkdir. Oruc iki növdən ibrətdir:
Vacib olan oruc. Məsələn: Ramazan ayının orucu. Bu oruc, İslamın ərkanlarından biridir.
Uca Allah buyurur:
﴾Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz﴿. (əl-Bəqərə surəsi, ayə: 183).
Vacib olmayan oruc. Məsələn: Hər həftənin birinci və dördüncü günü oruc tutmaq. Hər ayda üç gün oruc tutmaq. Ən əfzəli isə hər qəməri ayının (13, 14, 15) oruc tutmaqdır.

Sual 38: Ramazan ayının orucunun fəzilətini qeyd et.

Cavab: Əbu Hureyra (Allah ondan razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Kim imanla və savabını AlIahdan umaraq Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 39: Ramazan orucundan savayı nafilə oruc tutmağın fəzilətini zikr et!

Cavab: Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, o günün orucu ilə cəhhənəm atəşini onun vücudundan yetmiş payız uzaqlaşdırar". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
"Yetmiş payız", yəni: "Yetmiş il"

Sual 40: Orucu pozan bəzi amilləri zikr et!

Cavab: 1- Qəsdən yemək və içmək.
2- Qəsdən qaytarmaq.
3- İslam dinindən çıxmaq.

Sual 41: Orucun sünnətləri hansılardır?

Cavab: 1- İftarı tezləşdirmək.
2- Səhur etmək və səhuru gecləşdirmək.
3- Saleh əməlləri və ibadəti çoxaltmaq.
4- Oruc tutanı təhqir edən kimsəyə: "Mən orucam"- demək.
5- İftar vaxtı dua etmək.
6- Yaş, yaxud quru xurma ilə. Əgər bunları tapmasa, o zaman su ilə iftar etmək.

Sual 42: Həccin tərifi nədir?

Cavab: Həcc - məlum ayinləri yerinə yetirmək üçün və həcc üçün təyin olunan vaxtda Allaha ibadət məqsədi ilə Məkkeyi-Mükərrəmədə yerləşən Allahın evi Kəbəni ziyarət etməkdir.
Uca Allah buyurur:
﴾Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.﴿. (Ali-İmran surəsi, ayə: 97).

Sual 43: Həccin ərkanlarını say.

1- İhram (niyyət etmək).
2- Ərəfədə dayanmaq.
3- İfadə təvafı.
4- Səfa və Mərva arasında səy etmək.

Sual 44: Həccin fəziləti nədir?

Cavab: Əbu Hureyra (Allah ondan razı olsun) deyir ki, Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Kim qadınla yaxınlıq etmədən və söyüş söyüb pis sözlər danışmadan həcc edərsə, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar". Hədisi əl-Buxari və başqaları rəvayət etmişdir.
"Anadan doğulduğu kimi (günahsız) qayıdar", yəni: həccdən günahları bağışlanmış halda qayıdar.

Sual 45: Ümrənin tərifi nədir?

Cavab: Ümrə - ilin hər bir vaxtında məlum ayinləri yerinə yetirmək üçün Allaha ibadət məqsədi ilə Məkkeyi-Mükərrəmədə yerləşən Allahın evi Kəbəni ziyarət etməkdir.

Sual 46: Ümrənin ərkanlarını say.

1- İhram (niyyət etmək).
2- Kəbəni tavaf etmək.
3- Səfa və Mərva arasında səy etmək.

Sual 47: Allah yolunda cihad nədir?

Cavab: Cihad - İslamı yaymaqda, İslamı və müsəlmanları müdafiə etməkdə, həmçinin İslama və müsəlmanlara düşmənçilik edənlərlə qarşı döyüşdə, səy və güc sərf etmək.
Uca Allah buyurur:
﴾... malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir﴿. (ət-Tovbə surəsi, ayə: 41).

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatı.32

Sual 1: Peyğəmbərimiz Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) nəsəbi nədir?

Cavab: O, Muhəmməd bin Abdullah bin Abdulmüttəlib bin Haşimdir. Haşim, Qureyş qəbiləsindəndir. Qureyş qəbiləsi isə Ərəb millətindəndir. Ərəb milləti isə İsmail zürriyyətindəndir. İsmail isə İbrahim peyğəmbərin - Ona və Peyğəmbərimizə Allahın salavatı və salamı onun üzərinə olsun - oğludur.

Sual 2: Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) anasının adı nədir?

Cavab: Əminə bint Vəhb.

Sual 3: Atası nə zaman vəfat etmişdir?

Cavab: Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) atası, Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) doğulmazdan öncə, anasının bətnində olarkən, Mədinədə vəfat etmişdir.

Sual 4: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) nə zaman dünyaya gəlmişdir?

Cavab: Fil ilinin Rabi əl-Əvval ayında, həftənin birinci günündə dünyaya göz açmışdır.

Sual 5: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) hansı şəhərdə dünyaya gəlmişdir?

Cavab: Məkkə şəhərində.

Sual 6: Anasından savayı süd anaları və ona dayəlik edən qadınlar kimlərdir?

Cavab: Atasının kənizlikdən azad etdiyi Ummu Əymən.
- Əmisi Əbu Ləhəbin kənizlikdən azad etdiyi Suveybə.
- Həlimə əs-Sə'diyyə.

Sual 7: Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) anası nə zaman vəfat etmişdir?

Cavab: Onun altı yaşı olarkən anası vəfat etmişdir. Bundan sonra onu babası Abdulmuttalib himayə etmişdir.

Sual 8: Babası Abdul-Muttalib vəfat etdikdəkən sonra ona kim himayədarlıq etmişdir?

Cavab: Babası Abdul-Muttalib onun səkkiz yaşında olarkən vəfat etmişdir. Bunda sonra ona əmisi Abu Talib himayədarlıq etmişdir.

Sual 9: Əmisi ilə birgə Şama nə zaman səfər etmişdir?

Cavab: Əmisi ilə birgə Şama on iki yaşında ikən səfər etmişdir.

Sual 10: İkinci səfəri nə zaman olmuşdur?

Cavab: İkinci səfəri isə Xədicənin (Allah ondan razı olsun) malı ilə ticarə edərkən olmuşdur. Bu səfərindən geri döndükdən sonra Xədicə (Allah ondan razı olsun) ilə ailə həyatı qurmuşdur. Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) o zaman iyirmi beş yaşı var idi.

Sual 11: Qureyş qəbiləsi Kəbəni nə zaman yenidən inşa etmişdir?

Cavab: Qureyş qəbiləsi Kəbəni Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) otuz beş yaşı olarkən yenidən inşa etmişdir.
Qureyş qəbiləsi Kəbəni yenidən inşa etdikdən sonra öz aralarında hansı qəbilənin "əl-Həcərul-Əsvəd" daşını Kəbədəki yerinə qoyacağı barədə ixtilaf etdilər və nəhayət aralarında Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu iş barəsində hökm vermələrinə razı oldular. Peyğəmbərimiz də (Allahın salavatı və salamı onun üzərinə olsun) "əl-Həcərul-Əsvəd" daşını bir paltar içərisinə qoyub, hər bir qəbiləyə o paltarın bir tərəfindən qaldırıb, Kəbədəki yerinə yaxınlaşdırmağı əmr etdi. Onlar o zaman dörd qəbilədən idarət idilər. Onlar "əl-Həcərul-Əsvəd" daşını qaldırıb Kəbədəki yerinə yaxınlaşdırdıqları zaman Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) öz şərəfli əlləri ilə "əl-Həcərul-Əsvəd" daşını paltardan götürüb Kəbədəki yerinə qoydu.

Sual 12: Neçə yaşında olarkən ona peyğəmbərlik verilmişdir və o kimlərə peyğəmbər göndərilmişdir?

Cavab: Ona qırx yaşında peyğəmbərlik verilmişdir və o, bütün insanlara müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər olaraq göndərilmişdir.

Sual 13: İlk vəhy necə nazil olmuşdur?

Cavab: İlk vəhy doğru yuxular görmək vasitəsi ilə nazil olmuşdur.

Sual 14: Ona vəhy nazil edilməzdən öncə halı necə idi və ilk dəfə ona vəhy nə zaman nazil edilmişdir?

Cavab: Ona vəhy nazil edilməzdən öncə özü ilə azüqə götürərək Hira mağarasına gedər və orada Allaha ibadət edərdi.
İlk dəfə vəhy, o, Hira mağarasında ibadət edərkən nazil edilmişdir.

Sual 15: Qurandan ən birinci hansı ayələr nazil edilmişdir?

Cavab: Uca Allahın bu sözləri: 1. ﴾ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ﴿ [İqra bi-ismi Rabbikəl-ləzi xaləq] "Yaradan Rəbbinin adı ilə oxu!". 2 ﴾خَلَقَ ٱلۡإِنسَـنَ مِنۡ عَلَقٍ﴿ [Xaləqa-l-insənə min aləq] "O, insanı qan laxtasından yaratdı". 3 ﴾ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ﴿ [İqra va Rabbukə-l-Əkram] "Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir." 4 ﴾ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ﴿ [Əlləzi alləmə bil-qaləm] "O, qələmlə (yazmağı) öy­rət­di". 5 ﴾عَلَّمَ ٱلۡإِنسَـنَ مَا لَمۡ يَعۡلَمۡ﴿ [Alləmə-l-insənə mə ləm ya'ləm] "İnsana bilmədiklərini öy­rətdi". (əl-Aləq surəsi: ayə: 1-5).

Sual 16: Onun risaləsinə ilk öncə kim iman gətirmişdir?

Cavab: Kişilərdən: Əbu Bəkir əs-Siddiq, qadınlardan: Xədicə bint Xuveylid, uşadlardan: Əli bin Əbi Talib, azad etdiyi kölələrdən: Zeyd bin Hərisə və qullardan isə Bilal əl-Həbəşi (Allah onlardan və bütün səhabələrdən razı olsun) iman gətirmişdir.

Sual 17: İslama dəvət necə aparılırdı?

Cavab: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) İslama üç il gizli dəvət etmiş, bu müddətdən sonra isə Uca Allah ona, dəvəti açıq-aşkar etməyi əmr etmişdir.

Sual 18: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) və Ona iman gətirənlər İslama açıq-aşkar dəvət etdikdən sonra hansı müsibətlərlə məruz qalmışdılar?

Cavab: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) və Ona iman gətirənlər İslama açıq-aşkar dəvət etdikdən sonra Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) və müsəlmanlar müşriklər tərəfindən şiddətli əzab-əziyyətə məruz qaldılar. Müşriklərin müsəlmanlara etdikləri əzab-əziyyətin şiddətini görən Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlara Həbəşistana, Nəcaşinin yanına hicrət etməyə icazə verdi.
Müşriklər Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) o qədər əziyyət verdilər ki, hətta öz aralarında onu öldürmək qərarına gəldilər. Lakin Allah onu müşriklərin şərindən qorudu və Onu əmisi Əbu Talib vasitəsi ilə onların qurduqları hiylədən himayə etdi.

Sual 19: Peyğəmbərliyin onuncu ilində kim vəfat etmişdir?

Cavab: Onun əmisi Əbu Talib və zövcəsi Xədicə (Allah ondan razı olsun) vəfat etmişdirlər.

Sual 20: İsra və Merac nə vaxt olmuşdur?

Cavab: İsra və Merac Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) əlli yaşında olmuşdur. O gecə Uca Allah, Peyğəmbərimizə (Allahın salavatı və salamı onun üzərinə olsun) beş vaxt namaz qılmağı fərz etmişdir.
İsra:
Məscidül-Haramdan Məscidül-Aqsaya olmuşdur.
Merac:
Məscidül-Aqsadan səmaya, Sidrətül-Müntəhaya olmuşdur.

Sual 21: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkə xaricindən olan insanları İslama necə dəvət edərdi?

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun), Mədinə əhlindən olan Ənsarlar gəlib Peyğəmbərimizə (Allahın salavatı və salamı onun üzərinə olsun) iman gətirib Ona, Mədinəyə gələcəyi təqdirdə dəvətinə yardım edəcəkllərinə dair beyət edənə qədər, Taif əhlini və həmçinin Həcc mövsümündə və insanların toplaşdığı yerlərdə insanları İslama dəvət edərdi.

Sual 22: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkədə necə il İsalama dəvət etdi?

Cavab: On üç il.

Sual 23: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hara hicrət etmişdir?

Cavab: Məkkədən Mədinəyə.

Sual 24: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinədə necə il qalmışdır?

Cavab: On il.

Sual 25: Mədinədə olduğu müddət ərzində ona İslam şəriətindən hansı hökmlər fərz edildi?

Cavab: Ona İslam şəriətindən: zəkat, oruc, həcc, cihad, azan və s. hökmlər fərz edildi.

Sual 26: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən mühüm döyüşləri hansılardır?

Cavab: Böyük Bədir döyüşü.
Uhud döyüşü.
Əhzab döyüşü.
Məkkənin fəthi döyüşü.

Sual 27: Qurandan ən axırıncı hansı ayə nazil edilmişdir?

Cavab: Uca Allahın bu sözləri: ﴾Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır﴿. (əl-Bəqərə surəsi, ayə: 281).

Sual 28: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) nə vaxt vəfat etmişdir və o zaman necə yaşı var idi?

Cavab: Hicrətin on birinci ilinin, Rabi əl-Əvval ayında, altımış üç yaşında vəfat etmişdir.

Sual 29: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcələrinin adlarını zikir et.

Cavab: 1- Xədicə bint Xuveylid (Allah ondan razı olsun).
2- Söudə bint Zəm'ah (Allah ondan razı olsun).
3- Aişə bint Əbu Bəkr əs-Sıddiq (Allah ondan razı olsun).
4- Hafsa bint Ömər (Allah ondan razı olsun).
5- Zeynəb bint Xuzeymə (Allah ondan razı olsun).
6- Ummu Sələmə Hind bint Əbi Umeyyə (Allah ondan razı olsun).
7- Ummu Həbiybə Ramlə bint Əbi Sufyan (Allah ondan razı olsun).
8- Cuveyriyyə bint əl-Həris (Allah ondan razı olsun).
9- Meymunə bint əl-Həris (Allah ondan razı olsun).
10- Safiyyə bint Huyyey (Allah ondan razı olsun).
11- Zeynəb bint Cahş (Allah ondan razı olsun).

Sual 30: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) övladlarının adlarını sadala.

Cavab: Oğlanlardan üç övladı olub
əl-Qasim. Bu ad, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) künyəsı idi.
Abdullah.
İbrahim.
Qızlardan isə:

Fatimə.
Ruqiyyə.
Ummu Kulsum.
Zeynəb.
İbrahimdən başqa bütün övladları Xədicədən (Allah ondan razı olsun) dünyaya gəlmişdir. Fatimədən başqa bütün övladları onun sağlığında ikən vəfat etmişdirlər. Fatimə isə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dünyasını dəyişdikdən altı ay sonra vəfat etmişdir.

Sual 31: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi yaradılış vəsflərini qeyd et.

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) nə hündür boy, nə də qısa boy idi, əksinə bunların arasında orta boyu olan biri idi. Vücudu qırmızıya çalan açıq bəyaz rəngdə idi. Saqqalı sıx, gözləri iri, iri ağızlı, saçları zil qara, çiyinləri geniş, gözəl qoxulu və s. bu kimi gözəl yaradılış xüsusiyətlərini özündə cəm etmiş bir insan idi.

Sual 31: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətini nəyin üzərində tərk edib getmişdir?

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz ümmətini, gecəsi gündüzü kimi nurlu bir yol üzərində tərk edib getdi. Onun qoyduğu yol elə bir yoldur ki, bu yoldan yalnız həlak olan kimsələr azar. O ümmətini bütün xeyirlərə yönəldib və bütün şərlərdən çəkindirərək axirətə köçüb.

Təfsir bölümü17

Sual 1: əl-Fatihə surəsini oxu və onu təfsir et.

Cavab: əl-Fatihə surəsi və onun təfsiri:
1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə!". 2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha﴿. 3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə﴿. 4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəumid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. 5- «إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nə'budu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik﴿. 6- «اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt﴿. 7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. (əl-Fatihə surəsi, ayə: 1-7).
Təfsir:

əl-Fatihə surəsi, Qurani Kərimi açan ilk surə olduğu üçün, bu surəyə əl-Fatihə surəsi adı verilmişdir.
🎧 1- «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə". Yəni: Uca Allahın adını çəkərək, Ondan yardım diləyərək, Allahın adını zikr edərək və Ondan xeyir-bərəkət umaraq Qurani Kərimi oxumağa başlayıram.
﴾الله﴿ "Allah". Yəni: İbadət olunmağa haqlı olan. Bu ad, Pak Olan Allahından başqası bu ad ilə adlandırılmaz.
﴾
الرَّحْمَن﴿ "ər-Rahmən". Yəni: Rəhməti hər bir şeyi əhatə edən, geniş rəhmət və mərhəmət sahibi.
﴾
الرَّحِيم﴿ "ər-Rahim". Yəni: Möminlərə qarşı rəhimli və mərhəmətli olan.
🎧 2- «الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ» [Əlhəmdu lilləhi Rabbil-aləmin] ﴾Həmd olsun aləmlərin Rəbbi Allaha﴿. Yəni: Bütün təriflər, həmd-sənalar və bütün kamillik sifətləri yalnız Uca Allaha məxsusdur.
🎧 3- «الرَّحْمـنِ الرَّحِيمِ» [ər-Rahmənir-Rahim] ﴾Mərhəmətli və Rəhmliyə﴿. Yəni: Rəhməti hər bir şeyi əhatə edən geniş rəhmət və mərhəmət sahibidir. Mömin qullarına isə rəhimli və mərhəmətli olandır.
🎧 4- «مَالِكِ يَوْمِ الدِّينِ» [Məliki yəvmid-din] ﴾Haqq-hesab gününün Hökmdarına!﴿. Yəni: O gün, Qiyamət günüdür.
🎧 5- «إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ» [İyyəkə nəabudu va iyyəkə nəstəin] ﴾Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik!﴿. Yəni: İbadətin bütün növlərini yalnız tək Sənə edirik, hər bir işimizdə də, tək Səndən yardım diləyirik.
🎧 6- «اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ» [İhdinəs-siratəl-mustəqim] ﴾Bizi doğru yola yönəlt﴿. Yəni: Bu yol - İslama və Sünnətə yönəldən yoldur.
🎧 7- «صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ» [Siratal-ləzinə ən-amtə aleyhim ğayril-mağdubi aleyhim vala-ddallin] ﴾nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!﴿. Yəni: Bizi, yəhudi və nəsranilərin yoluna deyil, əksinə, Peyğəmbərlərin və onların ardınca gedən Allahın saleh qullarının yoluna yönəlt.
əl-Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمين» [Amin]. Yəni: Allahım, dualarımıza cavab ver! - demək sünnətdir.

Sual 2: əz-Zəlzələ surəsini oxu və onu təfsir et.

Cavab: əz-Zəlzələ surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا» [İzə zulzilətil-ardu zilzələhə] ﴾Yer titrəyib lərzəyə gələ­cəyi zaman﴿. 2- «وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا» [Va əxracəti-l-ardu əsqaləhə] ﴾Yer öz yükünü bayıra atacağı﴿. 3- «وَقَالَ الْإِنْسَانُ مَا لَهَا» [Va qalə-l-insənu mə ləhə] ﴾və insan: “Ona nə olub?”–deyəcəyi zaman﴿. 4- «يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا» [youmə-izin tuhəddisu axbərahə] ﴾həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır﴿. 5- «بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا» [Bi-ənnə Rabbəkə əuhə ləhə] ﴾Çünki Rəbbin ona vəhy edəcəkdir﴿. 6- «يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ» [Youmə-izin yasduru-nnəsu əştətən liyurau ə'mələhum] ﴾O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər﴿. 7- «فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ» [Fəmən yə'məl misqalə zərratin xayran yarah] ﴾Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır﴿. 8- «وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ» [Vamən yə'məl misqalə zərratin şərran yarah] ﴾Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır﴿. (əz-Zəlzələ surəsi, ayə: 1-8).
Təfsir:

🎧 1- «إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا» [İzə zulziləti-l-ardu zilzələhə] ﴾Yer titrəyib lərzəyə gələ­cəyi zaman﴿. Yəni: Qiyamət günü yer üzünün şiddətli bir halda lərzəyə gələ­cəyi zaman.
🎧 2- «وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا» [Va əzracəti-l-ardu əzqaləhə] ﴾Yer öz yükünü bayıra atacağı﴿. Yəni: Yer bətnindəki ölüləri və onlardan başqa olan hər bir şeyi çıxardıb bayıra atacağı zaman.
🎧 3- «وَقَالَ الْإِنْسَانُ مَا لَهَا» [Va qaləl-insənu mə ləhə] ﴾və insan: “Ona nə olub?”–deyəcəyi zaman﴿. Yəni: İnsan təəccüblə: "Bu yerə nə olub ki, lərzəyə gəlib, sakit dayanmır?"- deyəcəkdir.
🎧 4- «يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا» [Yəumə-izin tuhəddisu axbərahə] ﴾həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır﴿. Yəni: O əzəmətli gündə, yer öz üzərində baş vermiş bütün xeyir və şər əməllər barədə xəbər verəcəkdir.
🎧 5- «بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا» [Bi-ənnə Rabbəkə əvhə ləhə] ﴾Çünki Rəbbin ona vəhy edəcəkdir!﴿. Yəni: Çünki Allah bunu ona bildirmiş və əmr etmişdir.
🎧 6- «يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ» [Yəumə-izin yasduru-nnəsu eştətən liyurav əamələhum] ﴾O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər!﴿. Yəni: Yer lərzəyə gələcəyi o əzəmətli gün insanlar dünyada etdikləri əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə haqq-hesaba çəkiləcəkləri yerə gələcəklər.
🎧 7- «فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ» [Fəmən yəaməl misqalə zərratin xayran yarah] ﴾Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır﴿. Yəni: Kim bu dünyada ən kiçik qarışqa boyda xeyir və yaxşı iş etmişdirsə, Qiyamət günü onun mükafatını öz qarşısında görəcəkdir.
🎧 8- «وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ» [Vamən yəaməl misqalə zərratin şərran yarah] ﴾Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır﴿. Yəni: Kim bu dünyada ən kiçik qarışqa boyda şər və pis iş etmişdirsə, Qiyamət günü onun cəzasını öz qarşısında görəcəkdir.

Sual 3: əl-Adiyat surəsini oxu və onu təfsir et.

Cavab: əl-Adiyat surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «وَالْعَادِيَاتِ ضَبْحًا» [Val-adiyəti dabhə] ﴾And olsun tövşüyə-tövşüyə çapanlara!﴿. 2- «فَالْمُورِيَاتِ قَدْحًا» [Fəl-muriyəti qadhə] ﴾And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara!﴿. 3- «فَالْمُغِيرَاتِ صُبْحًا» [Fəl-muğirati subhə] ﴾And olsun sübh çağı həmlə edənlərə ki,﴿. 4- «فَأَثَرْنَ بِهِ نَقْعًا» [Fə-əsərnə bihi nəqaə] ﴾hücuma keçib tozanaq qaldıraraq﴿. 5- «فَوَسَطْنَ بِهِ جَمْعًا» [Fə-vasatnə bihi cəmaə] ﴾qoşunun içərisinə soxulurlar﴿. 6- «إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ» [İnnə-l-insənə lirabbihi ləkənud] ﴾Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur﴿. 7- «وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ» [Va-innəhu alə zəlikə ləşəhid] ﴾Özü də bunun şahididir﴿. 8- «وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ» [Va-innəhu lihubbi-lxayri ləşədid] ﴾Həqiqətən, o, var-dövlətə çox hərisdir﴿. 9- «أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ» [Əfələ yə'ləmu izə bu'sira mə fi-lqubur] ﴾Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı﴿. 10- «وَحُصِّلَ مَا فِي الصُّدُورِ» [Va hussilə mə fi-ssudur] ﴾və kökslərdə olanlar aşkar ediləcəyi zaman﴿. 11- «إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ» [İnnə Rabbəhum bihim youmə-izin ləxabir] ﴾məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?﴿. (əl-Adiyat surəsi, ayə: 1-11).
Təfsir:

🎧 1- «وَالْعَادِيَاتِ ضَبْحًا» [Val-adiyəti dabhə] ﴾And olsun tövşüyə-tövşüyə çapanlara!﴿. Yəni: Uca Allah, bərk qaçdıqlarına görə nəfəslərinin səsi eşidilən atlara and içir.
🎧 2- «فَالْمُورِيَاتِ قَدْحًا» [Fəl-muriyəti qadhə] ﴾And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara!﴿. Yəni: Uca Allah, həmçinin, dırnaqlarını şiddətlə daşlara vurub qığılcım çıxaran atlara and içir.
🎧 3- «فَالْمُغِيرَاتِ صُبْحًا» [Fəl-muğirati subhə] ﴾And olsun sübh çağı həmlə edənlərə ki,﴿. Yəni: Uca Allah, sübh vaxtı düşmənlərə həmlə edən atlara and içir.
🎧 4- «فَأَثَرْنَ بِهِ نَقْعًا» [Fə-əsərnə bihi nəqaə] ﴾hücuma keçib tozanaq qaldıraraq﴿. Yəni: Qaçışları ilə tozanaq qaldıran atlara.
🎧 5- «فَوَسَطْنَ بِهِ جَمْعًا» [Fə-vasatnə bihi cəma] ﴾qoşunun içərisinə soxulurlar﴿. Yəni: Süvarilərlə birğə düşmən dəstəsinin içərisinə soxulan atlara.
🎧 6- «إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ» [İnnə-l-insənə lirabbihi ləkənud] ﴾Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur﴿. Yəni: İnsan, Rəbbi ondan istədiyi xeyrə qarşı çox nankordur.
🎧 7- «وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ» [Va-innəhu alə zəlikə ləşəhid] ﴾Özü də bunun şahididir﴿. Yəni: O, özünün xeyirə xəsis olmasına şahiddir. Bunun açıq-aydın bir şey olduğuna görə, bunu heç özüdə inkar edə bilməz.
🎧 8- «وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ» [Va-innəhu lihubbi-lxayri ləşədid] ﴾Həqiqətən, o, var-dövlətə çox hərisdir﴿. Yəni: İnsan mal-dövlətə həddən artıq həris olduğu üçün, onu xərcləməyə xəsislik edir.
🎧 9- «أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ» [Əfələ yəaləmu izə busira mə fi-lqubur] ﴾Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı﴿. Yəni: Məgər dünya həyatına aldanmış o insan bilmir ki, Allah qəbirlərdəki ölüləri dirildəcəyi və onları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün qəbirlərindən çıxaracağı zaman, iş heç də onun düşündüyü kimi olmayacaqdır?!
🎧 10- «وَحُصِّلَ مَا فِي الصُّدُورِ» [Va hussilə mə fi-ssudur] ﴾və kökslərdə olanlar aşkar ediləcəyi zaman﴿. Yəni: Qəlblərdə olan niyyətlərin, etiqadların və s. bu kimi başqa şeylərin üzə çıxarılıb, bəyan ediləcəyi zaman.
🎧 11- «إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ» [İnnə Rabbəhum bihim yəumə-izin ləxabir] ﴾məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?﴿. Yəni: Həmin gün Rəbbi onlara dünyada ikən etdikləri bütün əməllər barədə xəbər verəcək. Qullarının əməllərindən heç bir şey Ona gizli qalmaz. O, hər bir kəsin etdiyi əməlin əvəzini verəcəkdir.

Sual 4: əl-Qariə surəsini oxu və onu təfsir et.

Cavab: əl-Qariə surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «الْقَارِعَةُ» [əl-Qariəh] ﴾(Qəlbləri) Qorxuya salan!﴿. 2- «مَا الْقَارِعَةُ» [Mə-lqariəh] ﴾(Qəlbləri) Qorxuya salan nədir?﴿. 3- «وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ» [Vamə ədrakə mə-lqariəh] ﴾Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?﴿. 4- «يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ» [Youmə yəkunu-nnəsu kəlfəraşi-lməbsus] ﴾O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar﴿. 5- «وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ» [Va təkunu-lcibəlu kəlihni-lmənfuş] ﴾Dağlar isə didilmiş yun görkəmi alacaqdır﴿. 6- «فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ» [Fə-əmmə mən səqulət məvazinuh] ﴾(O gün) kimin tərəziləri ağır gələrsə﴿. 7- «فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ» [Fəhuva fi iyşətin radiyəh] ﴾xoşbəxt güzəran sürəcək﴿. 8- «وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ» [Və əmmə mən xaffət məvazinuh] ﴾Kimin tərəziləri yüngül gələrsə,﴿. 9- «فَأُمُّهُ هَاوِيَةٌ» [Fə-ummuhu haviyəh] ﴾anası (sığınacağı yer) Haviyə olacaqdır﴿. 10- «وَمَا أَدْرَاكَ مَا هِيَهْ» [Və mə ədrakə mə hiyəh] ﴾Sən haradan biləsən ki, o nədir?﴿. 11- «نَارٌ حَامِيَةٌ» [Nərun həmiyəh] ﴾O, çox qızmar bir oddur!﴿. (əl-Qariə surəsi, ayə: 1-11).
Təfsir:

🎧 1- «الْقَارِعَةُ» [əl-Qariəh] ﴾(Qəlbləri) Qorxuya salan!﴿. Yəni: Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan qiyamət saatı.
🎧 2- «مَا الْقَارِعَةُ» [Mə-lqariəh] ﴾(Qəlbləri) Qorxuya salan nədir?﴿. Yəni: Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan bu qiyamət saatı nədir?!
🎧 3- «وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ» [Vamə ədrakə mə-lqariəh] ﴾Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?﴿. Yəni: Ey Peyğəmbər! Dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan o saatın nə olduğunu sən nə bilirsən?! Şübhəsiz ki, o, Qiyamət günüdür.
🎧 4- «يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ» [Youmə yəkunu-nnəsu kəlfəraşi-lməbsus] ﴾O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar﴿. Yəni: O gün insanların qəlbinə dəhşətli qorxu düşəcək və insanlar bu dəhşətin və vahimənin qorxusundan sanki hər tərəfə səpələnəcək kəpənək kimi olacaqlar.
🎧 5- «وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ» [Va təkunul-cibəlu kəlihnil-mənfuş] ﴾Dağlar isə didilmiş yun görkəmi alacaqdır﴿. Yəni: Dağlar sürətli hərəkət etməsi ilə sanki əyrilmiş yun kimi olacaqdır!
🎧 6- «فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ» [Fə-əmmə mən səqulət məvazinuh] ﴾(O gün) kimin tərəziləri ağır gələrsə﴿. Yəni: O gün yaxşı əmələri pis əməllərdən ağır gələn olan kimsə.
🎧 7- «فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ» [Fəhuva fi işətin radiyəh] ﴾xoşbəxt güzəran sürəcək﴿. Yəni: Cənnətdə razı qalacağı xoş güzəran içində olacaqdır.
🎧 8- «وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ» [Və əmmə mən xaffət məvazinuh] ﴾Kimin tərəziləri yüngül gələrsə,﴿. Yəni: O gün pis əmələri yaxşı əməllərdən ağır gələn kimsə isə.
🎧 9- «فَأُمُّهُ هَاوِيَةٌ» [Fə-ummuhu haviyəh] ﴾anası (sığınacağı yer) Haviyə olacaqdır﴿. Yəni: Qiyamət günü qərar tutacağı yer - Cəhənnəm olacaqdır.
🎧 10- «وَمَا أَدْرَاكَ مَا هِيَهْ» [Və mə ədrakə mə hiyəh] ﴾Sən haradan biləsən ki, o nədir?﴿. Yəni: Ey Peyğəmbər! Sən nə bilirsən ki, nədir o?
🎧 11- «نَارٌ حَامِيَةٌ» [Nərun həmiyəh] ﴾O, çox qızmar bir oddur!﴿. Yəni: O, hərarəti olduqca şiddətli olan atəşdir.

Sual 5: ət-Təkasur surəsini oxu və onu təfsir et.

Cavab: ət-Təkasur surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «أَلْهَاكُمُ التَّكَاثُرُ» [Əl-həkumu-ttəkəsur] ﴾Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,﴿. 2- «حَتَّى زُرْتُمُ الْمَقَابِرَ» [Həttə zurtumu-lməkabir] ﴾(gömülməklə) qəbirləri ziyarət etdiniz﴿. 3- «كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Kəllə soufə tə'ləmun] ﴾Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!﴿. 4- «ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Summə kəllə soufə tə'ləmun] ﴾Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!﴿. 5- «كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ» [Kəllə lou tə'ləmunə ilmə-lyəqin] ﴾Xeyr! Kaş ki, yəqin biləydiniz﴿. 6- «لَتَرَوُنَّ الْجَحِيمَ» [Lətəravunnə-lcəhim] ﴾Siz Cəhənnəmi mütləq görəcəksiniz!﴿. 7- «ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ» [Summə lətəravunnəhə aynə-lyəqin] ﴾Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!﴿. 8- «ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ» [Summə lətus-əlunnə youmə-izin ani-nnəaim] ﴾Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız﴿. (ət-Təkasur surəsi, ayə: 1-8).
Təfsir:

🎧 1- «أَلْهَاكُمُ التَّكَاثُرُ» [Əl-həkumu-ttəkəsur] ﴾Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,﴿ Yəni: Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırdı.
🎧 2- «حَتَّى زُرْتُمُ الْمَقَابِرَ» [Həttə zurtumu-lməkabir] ﴾(gömülməklə) qəbirləri ziyarət etdiniz﴿. Yəni: Hətta ölüb qəbirlərinizə girənədək, bu hal üzərində davam etdiniz.
🎧 3- «كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Kəllə səufə tə'ləmun] ﴾Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!﴿. Yəni: Siz dünya malı ilə fəxr edib Allahın itaətindən yayınmamalıydınız. Siz bu bihudə məşğuliyyətin pis aqibətini mütləq biləcəksiniz.
🎧 4- «ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ» [Summə kəllə soufə tə'ləmun] ﴾Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!﴿. Yəni: Siz bunun aqibətini mütləq biləcəksiniz.
🎧 5- «كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ» [Kəllə ləu tə'ləmunə ilməl-yəqin] ﴾Xeyr! Kaş ki, yəqin biləydiniz﴿. Yəni: Doğrusu, əgər siz dirilib Allahın hüzuruna qayıdacağınızı və Onun sizə əməllərinizin əvəzini verəcəyini yəqin bilsəydiniz, mal-dövlət və oğul-uşaqla fəxr etməklə məşğul olmazdınız.
🎧 6- «لَتَرَوُنَّ الْجَحِيمَ» [Lətəravunnəl-cəhim] ﴾Siz Cəhənnəmi mütləq görəcəksiniz!﴿. Yəni: Allaha and olsun ki, Qiyamət günü Cəhənnəmi görəcəksiniz.
🎧 7- «ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ» [Summə lətəravunnəhə aynəl-yəqin] ﴾Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!﴿. Yəni: Qiyamət günü Cəhənnəmi yəqinliklə və buna heç bir şübhə olmadan görəcəksiniz.
🎧 8- «ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ» [Summə lətus-əlunnə youmə-izin ani-nnəaim] ﴾Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız﴿. Yəni: Sonra, o gün Allah, sizə bəxş etdiyi sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlər barədə sizdən soruşacaqdır.

Sual 6: əl-Asr surəsini oxu və onu təfsir et.

Cavab: əl-Asr surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «وَالْعَصْرِ» [Vəl-asr] ﴾And olsun axşam çağına!﴿. 2- «إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ» [İnnə-l-insənə ləfi xusr] ﴾Həqiqətən, insan ziyan içərisindədir﴿. 3- «إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ» [İllə-lləzinə əmənu va amilu-ssalihəti va təvasau bilhaqqi va təvasau bi-ssabr] ﴾Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa!﴿. (əl-Asr surəsi, ayə: 1-3).
Təfsir:

🎧 1- «وَالْعَصْرِ» [Val-asr] ﴾And olsun axşam çağına!﴿. Yəni: Uca Allah zamana and içir.
🎧 2- «إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ» [İnnə-l-insənə lefi xusr] ﴾Həqiqətən, insan ziyan içərisindədir﴿. Yəni: Bütün insanlar xüsran və həlak içindədir.
🎧 3- «إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ» [İllə-lləzine əmənu va amilu-ssalihəti va təvasau bilhaqqi va təvasau bi-ssabr] ﴾Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa!﴿. Yəni: Yalnız iman gətirib saleh əməl edən, bununla yanaşı, digərlərini haqqa və səbrə dəvət edən kimsələrdən başqa. Məhz belə kimsələr xüsrandan və həlakdan nicat tapan kimsələrdir.

Sual 7: əl-Huməzə surəsini oxu və onu təfsir et.

Cavab: əl-Huməzə surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ» [Vaylul-likulli huməzətin luməzəh] ﴾Hər bir qeybət edənin, tə­nə vura­nın vay halına!﴿. 2- «الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ» [Əlləzi cəməa məələn va addədəh] ﴾O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır﴿. 3- «يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ» [Yəhsəbu ənnə mələhu axlədəh] ﴾və elə güman edir ki, var-dövləti onu əbədi yaşadacaqdır﴿. 4- «كَلَّا لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ» [Kəllə ləyunbəzənnəh fi-lhutaməh] ﴾Xeyr! O, mütləq Hütəməyə atılacaqdır﴿. 5- «وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ» [Vamə ədrakə mə-lhutaməh] ﴾Sən haradan biləsən ki, Hütəmə nədir?﴿. 6- «نَارُ اللَّهِ الْمُوقَدَةُ» [Nəru Allahi-lmuqadəh] ﴾(Bu,) Allahın qaladığı Oddur﴿. 7- «الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ» [Əlləti tattaliu alə-l-əf-ideh] ﴾(O Od) ki, (qalxıb) ürəklərə çatacaq﴿. 8- «إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ» [İnnəhə aleyhim musadəh] ﴾Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır﴿. 9- «فِي عَمَدٍ مُمَدَّدَةٍ» [Fi amədin muməddədəh] ﴾(Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar)﴿. (əl-Huməzə surəsi, ayə: 1-9).
Təfsir:

🎧 1- «وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ» [Vaylul-likulli huməzətin luməzəh] ﴾Hər bir qeybət edənin, tə­nə vura­nın vay halına!﴿. Yəni: İnsanların qeybətini edənlərin və onlara tənə vuranların halına vay və şiddətli əzab olsun.
🎧 2- «الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ» [Əlləzi cəməa məələn va addədəh] ﴾O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır﴿. Yəni: Onun dərdi-səri yalnız var-dövlət yığıb və onu dönə-dönə saymaqdır. Bundan başqa onun heç bir dərdi-səri yoxdur.
🎧 3- «يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ» [Yəhsəbu ənnə mələhu axlədəh] ﴾və elə güman edir ki, var-dövləti onu əbədi yaşadacaqdır﴿. Yəni: O elə güman edir ki, yığdığı var-dövləti onu ölümdən xilas edəcək və o dünya həyatında əbədi yaşayacaqdır.
🎧 4- «كَلَّا لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ» [Kəllə ləyunbəzənnəh fi-lhutaməh] ﴾Xeyr! O, mütləq Hütəməyə atılacaqdır﴿. Yəni: Bu iş heç də o cahilin təsəvvür etdiyi kimi deyil. Əlbəttə o, əzabın şiddətindən dolayı içərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm oduna atılacaqdır.
🎧 5- «وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ» [Vamə ədrakə mə-lhutaməh] ﴾Sən haradan biləsən ki, Hütəmə nədir?﴿. Yəni: Ey Peyğəmbər! İçərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm odunun nə olduğunu sən nə bilirsən?!
🎧 6- «نَارُ اللَّهِ الْمُوقَدَةُ» [Nəru Allahi-lmuqadəh] ﴾(Bu,) Allahın qaladığı Oddur﴿. Yəni: O, Allahın, hərarəti şiddətli olan yanar odudur.
🎧 7- «الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ» [Əlləti tattaliu aləl-əfidəh] ﴾(O Od) ki, (qalxıb) ürəklərə çatacaq﴿. Yəni: O Od ki, hərarəti insanların cisimlərini yandırıb, sonra onların ürəklərə çatacaqdır.
🎧 8- «إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ» [İnnəhə aleyhim musadəh] ﴾Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır﴿. Yəni: Cəhənnəmin qapıları içərisində əzab olunanların üzünə bağlı olacaqdır.
🎧 9- «فِي عَمَدٍ مُمَدَّدَةٍ» [Fi amədin muməddədəh] ﴾(Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar)﴿. Yəni: Onlar Cəhənnəmdən çıxa bilməsinlər deyə, hündür dirəklərə bağlanmış halda olacaqlar.

Sual 8: əl-Fil surəsini oxu və onu təfsir et.

Cavab: əl-Fil surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ» [Ələm təra keyfə fəalə Rabbukə bi-ashəbi-lfil] ﴾Rəbbinin fil sahiblərinə nələr etdi­yini görmədinmi?﴿. 2- «أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ» [Ələm yəcəal keydəhum fi tadlil] ﴾Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?﴿. 3- «وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ» [Va ərsələ aleyhim tayran əbəbil] ﴾Onların üzərinə qatar-qatar quşlar göndərdi﴿. 4- «تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ» [Tərmihim bihicəratin min siccil] ﴾(O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı﴿. 5- «فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ» [Fəcəaləhum kəasfin mə'kul] ﴾(Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi﴿. (əl-Fil surəsi, ayə: 1-5).
Təfsir:

🎧 1- «أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ» [Ələm təra keyfə fəalə Rabbukə bi-ashəbi-lfil] ﴾Rəbbinin fil sahiblərinə nələr etdi­yini görmədinmi?﴿. Yəni: Ey Peyğəmbər! Məğər Rəbbinin Əbrəhəyə və onun qoşunu olan fil sahiblərinə, Kəbəni dağıtmaq üçün gəldikləri zaman nələr etdiyini görmədinmi?!
🎧 2- «أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ» [Ələm yəcəal keydəhum fi tadli] ﴾Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?﴿. Yəni: Allah onların pis tədbirini puça çıxartdı və beləliklə də, onlar nə insanları Kəbədən uzaqlaşdırmaq istəklərinə, nə də ona aid başqa bir şeyə nail oldular.
🎧 3- «وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ» [Va ərsələ aleyhim tayran əbəbil] ﴾Onların üzərinə qatar-qatar quşlar göndərdi﴿. Yəni: Onların üstünə dəstə-dəstə quşlar göndərdi.
🎧 4- «تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ» [Tərmihim bihicəratin min siccil] ﴾(O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı﴿. Yəni: O quşlar onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
🎧 5- «فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ» [Fəcəaləhum kəasfin mekul] ﴾(Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi﴿. Yəni: Allah onları heyvanların yeyib, ayaqları altında tapdaladığı əkin yarpağına döndərdi.

Sual 9: Qureyş surəsini oxu və onu təfsir et.

Cavab: Qureyş surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «لِإِيلَافِ قُرَيْشٍ» [Li-iləfi qurayş] ﴾Qureyşin birliyi xatirinə,﴿. 2- «إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ» [İləfihim rihlətə-şşitə-i va-ssayf] ﴾Onların qış və yay səfər­lə­rindəki birliyi xatirinə﴿. 3- «فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ» [Fəlyə'budu Rabbə həzə-lbeyt] ﴾Qoy onlar bu Evin Rəb­bi­nə ibadət etsinlər.﴿. 4- «الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ» [Əlləzi ətaməhum min cuin va əmənəhum min xouf] ﴾(Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.﴿. (Qureyş surəsi, ayə: 1-4).
Təfsir:

🎧 1- «لِإِيلَافِ قُرَيْشٍ» [Li-iləfi qurayş] ﴾Qureyşin birliyi xatirinə,﴿. Yəni: Bu ayədə qəsd olunan, Qureyşin vərdiş etdiyi qış və yay səfərləridir.
🎧 2- «إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ» [İləfihim rihlətə-şşitə-i va-ssayf] ﴾Onların qış və yay səfər­lə­rindəki birliyi xatirinə﴿. Yəni: Əmin-amanlıqla, heç kimsədən qorxmadan, qışda Yəmənə, yayda isə Şama etdikləri səfərlər.
🎧 3- «فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ» [Fəlyə'abudu Rabbə həzə-lbeyt]﴾Qoy onlar bu Evin Rəb­bi­nə ibadət etsinlər.﴿. Yəni: Qoy onlar bu səfərləri onlar üçün asanlaşdıran və toxunulmaz evin Rəbbi olan Tək Allaha ibadət etsinlər və heç kəsi Ona şərik qoşmasınlar.
🎧 4- «الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ» [Əlləzi ətaməhum min cuin va əmənəhum min xauf] ﴾(Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.﴿. Yəni: Uca Allah digər ərəb qəbilələrinin qəlbinə Kəbə evini və Onun sakinlərini təzim etməyi salaraq, onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.

Sual 10: əl-Maun surəsini oxu və onu təfsir et.

Cavab: əl-Maun surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ» [Əra-əytə-llezi yukəzzibu bi-ddin] ﴾Dini yalan sayan o kim­sə­ni gör­dünmü?﴿. 2- «فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ» [Fəzəlikə-lləzi yədu-ul-yətim] ﴾O elə adamdır ki, yetimi qovar﴿. 3- «وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ» [Valə yəhuddu alə təami-lmiskin] ﴾və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.﴿. 4- «فَوَيْلٌ لِلْمُصَلِّينَ» [Fəvaylun lil-musallin] ﴾vay halına namaz qılanların –﴿. 5- «الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ» [Əlləzinə hum an salətihim səhun] ﴾o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar﴿. 6- «الَّذِينَ هُمْ يُرَاءُونَ» [Əlləzinə hum yuraun] ﴾Onlar riyakardırlar﴿. 7- «وَيَمْنَعُونَ الْمَاعُونَ» [Va yəmnəunə-lməun] ﴾və az bir şey verməkdən belə imtina edirlər﴿. (əl-Maun surəsi, ayə: 1-7).
Təfsir:

🎧 1- «أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ» [Əra-əytə-llezi yukəzzibu bi-ddin] ﴾Dini yalan sayan o kim­sə­ni gör­dünmü?﴿. Yəni: Qiyamət günü haqq-hesabı yalan sayan o kimsəni tanıdınmı?!
🎧 2- «فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ» [Fəzəlikə-lləzi yedu-ul-yətim] ﴾O elə adamdır ki, yetimi qovar﴿. Yəni: O, ehtiyacı olan yetimi şiddətlə qovan kimsədir.
🎧 3- «وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ» [Valə yəhuddu alə təami-lmiskin] ﴾və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.﴿. Yəni: O, nə özü fəqiri yedirdər, nə də özgəsini fəqir yedirtməyə təşviq edər.
🎧 4- «فَوَيْلٌ لِلْمُصَلِّينَ» [Fəvaylun lil-musallin] ﴾vay halına namaz qılanların –﴿. Yəni: Həlak və əzab olsun o namaz qılanların halına ki,
🎧 5- «الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ» [Əlləzinə hum an salətihim səhun] ﴾o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar﴿. Yəni: Onlar öz namazlarından qafildirlər, namazlarına laqeyid yanaşarlar, səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında deyil, əksinə, vaxtı çıxdıqdan sonra qılarlar.
🎧 6- «الَّذِينَ هُمْ يُرَاءُونَ» [Əlləzinə hum yuraun] ﴾Onlar riyakardırlar﴿. Yəni: Onlar namazlarını və əməllərini ixlaslı olaraq Allah üçün deyil, insanlar görsün deyə edərlər.
🎧 7- «وَيَمْنَعُونَ الْمَاعُونَ» [Va yəmnəunəl-məun] ﴾və az bir şey verməkdən belə imtina edirlər﴿. Yəni: Özləri üçün heç bir zərər və ya əziyyət olmadıqda belə, başqalarına yardım edilməsinə məne olarlar.

Sual 11: əl-Kövsər surəsini oxu və onu təfsir et.

Cavab: əl-Kövsər surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ» [İnnə əataynəkə-l-kəusər] ﴾Həqiqətən, Biz Kovsəri sənə bağışladıq﴿. 2- «فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ» [Fəsalli lirabbikə vanhər] ﴾Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!﴿. 3- «إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ» [İnnə şəni-əkə huva-l-əbtər] ﴾Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur﴿. (əl-Kovsər surəsi, ayə: 1-3).
Təfsir:

🎧 1- «إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ» [İnnə əataynəkə-l-kəvsər] ﴾Həqiqətən, Biz Kovsəri sənə bağışladıq﴿. Yəni: Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Cənnətdəki Kövsər irmağı olmaqla bol-bol nemətlər verdik!
🎧 2- «فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ» [Fəsalli lirabbikə vanhər] ﴾Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!﴿. Yəni: Bu nemətə görə Allaha şükür et! Sən müşriklərin qurban kəsib öz bütlərinə yaxınlaşması əməlinə müxalif olaraq, yalnız Allah üçün namaz qıl və yalnız Onun üçün qurban kəs!
🎧 3- «إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ» [İnnə şəni-əkə huva-l-əbtər] ﴾Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur﴿. Yəni: Doğrusu sənə qəzəb bəsləyən kimsə özü bütün xeyrilərdən məhrum və unudulmuş bir kimsədir. Əgər o, insanlar arasında yad edilərsə, o zaman pisliklərlə yad edilər.

Sual 12: əl-Kafirun surəsini oxu və onu təfsir et.

Cavab: əl-Kafirun surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ» [Qul yə əyyuhə-l-kəfirun] ﴾De: “Ey kafirlər!﴿. 2- «لَا أَعْبُدُ مَا تَعْبُدُونَ» [Lə ə'budu mə tə'budun] ﴾De: “Ey kafirlər!".Mən sizin ibadət etdik­lə­rinizə iba­dət etmərəm﴿. 3- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. 4- «وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ» [Valə ənə abidummə abədtum] ﴾Mən sizin ibadət etdik­lə­rinizə iba­dət edən deyiləm﴿. 5- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. 6- «لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ» [Ləkum dinukum valiyə din] ﴾Sizin dininiz sizə, mənim dinim də mənədir!﴿. (əl-Kafirun surəsi, ayə: 1-6).
Təfsir:

🎧 1- «قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ» [Qul yə əyyuhə-l-kəfirun] ﴾De: “Ey kafirlər!﴿. Yəni: Ey Peyğəmbər! De: Ey Allaha küfr edən kafirlər!
🎧 2- «لَا أَعْبُدُ مَا تَعْبُدُونَ» [Lə ə'budu mə tə'budun] ﴾De: “Ey kafirlər!".Mən sizin ibadət etdik­lə­rinizə iba­dət etmərəm﴿. Yəni: Mən nə indi, nədə ki, gələcəkdə sizin Allahı qoyub ibadət etdiyiniz bütlərə ibadət etmərəm.
🎧 3- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. Yəni: Siz də mənim ibadət etdiyim, Tək olan Allaha ibadət edən deyilsiniz.
🎧 4- «وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ» [Valə ənə abidummə abədtum] ﴾Mən sizin ibadət etdik­lə­rinizə iba­dət edən deyiləm﴿. Yəni: Mən də sizin ibadət etdiyiniz bütlərə ibadət edən deyiləm.
🎧 5- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ» [Valə əntum abidunə mə ə'bud] ﴾Siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz﴿. Siz də mənim ibadət etdiyim, Tək olan Allaha ibadət edən deyilsiniz.
🎧 6- «لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ» [Ləkum dinukum valiyə din] ﴾Sizin dininiz sizə, mənim dinim də mənədir!﴿. Yəni: Sizin özünüzdən ixtira etdiyiniz dininiz var, mənim də Allahın mənə nazil etdiyi dinim vardır.

Sual 13: ən-Nasr surəsini oxu və onu təfsir et.

Cavab: ən-Nasr surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ» [İzə cə-ə nasruAllahi val-fəth] ﴾Allahın köməyi və qələbə gəldiyi zaman﴿. 2- «وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا» [Va raəytə-nnəsə yədxulunə fi dinilləhi əfvacə] ﴾insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə﴿. 3- «فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا» [Fəsəbbih bihəmdi Rabbikə vastəğfirhu innəhu kənə təuvvəbə] ﴾həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!﴿. (ən-Nasr surəsi, ayə: 1-3).
Təfsir:

🎧 1- «إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ» [İzə cə-ə nasruAllahi val-fəth] ﴾Allahın köməyi və qələbə gəldiyi zaman﴿. Yəni: Ey Peyğəmbər! Sənin dininə Allahın köməyi və izzəti gəldiyi, həmçinin Məkkənin fəthi baş verdiyi zaman,
🎧 2- «وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا» [Va raəytə-nnəsə yədxulunə fi dinilləhi əfvacə] ﴾insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə﴿. Yəni: İnsanların dəstə-dəstə İslamı qəbul etdiklərini gör­düyün zaman".
🎧 3- «فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا» [Fəsəbbih bihəmdi Rabbikə vastəğfirhu innəhu kənə təuvvəbə] ﴾həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!﴿. Yəni: Bil ki, bu sənin göndərildiyin peyğəmbərlik risalətinin sona yetməsinin yaxınlaşdığına işarə edən bir əlamətidir. Elə isə bu qələbəyə və zəfərə şükr edərək, həmd ilə Rəbbinə təriflər et və Ondan bağışlanmanı dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir. O, qullarının tövbəsini qəbul edib onları bağışlayandır.

Sual 14: əl-Məsəd surəsini oxu və onu təfsir et.

Cavab: əl-Məsəd surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ» [Təbbət yədə əbi ləhəbin vatəbb] ﴾Əbu Ləhəbin əlləri quru­sun, qu­rudu da!﴿. 2- «مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ» [Mə əğnə anhu məluhu vamə kəsəb] ﴾Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək﴿. 3- «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ» [Səyaslə nəran zətə ləhəb] ﴾O, alovlanan oda atılacaqdır﴿. 4- «وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ» [Vamraətuhu həmmələtə-l-hətab] ﴾Onun odun şələsi daşıyan arvadı da﴿. 5- «فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ» [Fi cidihə hablun min məsəd] ﴾Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır﴿. (əl-Məsəd surəsi, ayə: 1-5).
Təfsir:

🎧 1- «تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ» [Təbbət yədə əbi ləhəbin vatəbb] ﴾Əbu Ləhəbin əlləri quru­sun, qu­rudu da!﴿. Yəni: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi Əbu Ləhəb bin Abdul-Muttəlibin Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) əziyyət verdiyinə görə səyləri boşa çıxdı və hər iki əli qurudu.
🎧 2- «مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ» [Mə əğnə anhu məluhu vamə kəsəb] ﴾Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək﴿. Yəni: Ona topladığı hansı var-dövləti və ya hansı oğul-uşağı fayda verdi? Əksinə, topladığı nə var-dövləti, nədə ki, oğul-uşağı fayda vermədi və bunların heç bir onu Allahın rəhmətinə müvəffəq etmədi.
🎧 3- «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ» [Səyaslə nəran zətə ləhəb] ﴾O, alovlanan oda atılacaqdır﴿. Yəni: O, Qiyamət günü hərarətindən əzab çəkəcək alovlu atəşə girəcəkdir.
🎧 4- «وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ» [Vamraətuhu həmmələtə-l-hətab] ﴾Onun odun şələsi daşıyan arvadı da﴿. Yəni: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yolunun üzərinə tikanlar atmaqla Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) əziyyət verən Əbu Ləhəbin arvadı Ummu Cəmil də, əri ilə birgə Cəhənnəm oduna girəcəkdir.
🎧 5- «فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ» [Fi cidihə hablun min məsəd] ﴾Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır﴿. Yəni: Arvadı Ummu Cəmilin boynunda xurma liflərindən möhkəm kəndir olacaq və o, həmən kəndirlə Cəhənnəmə sürüklənəcəkdir.

Sual 15: əl-İxlas surəsini oxu və onu təfsir et.

Cavab: əl-İxlas surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhir-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» [Qul huvallahu əhəd] ﴾De: “O Allah Təkdir!﴿. 2- «اللَّهُ الصَّمَدُ» [Allahu-s-saməd] ﴾Allah Möhtac deyildir﴿. 3- «لَمْ يَلِدْ وَلَمْ يُولَدْ» [Ləm yəlid valəm yuləd] ﴾O, nə doğub, nə doğulub,﴿. 4- «وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ» [Valəm yəkun ləhu kufuvan əhəd] ﴾Onun bənzəri də yoxdur”﴿. (əl-İxlas surəsi, ayə: 1-4).
Təfsir:

🎧 1- «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» [Qul huvallahu əhəd] ﴾De: “O Allah Təkdir!﴿. Yəni: Ey Peyğəmbər! De: O Allah Təkdir və Ondan başda heç bir ilah yoxdur.
🎧 2- «اللَّهُ الصَّمَدُ» [Allahus-saməd] ﴾Allah Möhtac deyildir﴿. Yəni: Bütün məxluqatın ehtiyacı Ona tərəf qaldırılır.
🎧 3- «لَمْ يَلِدْ وَلَمْ يُولَدْ» [Ləm yəlid valəm yuləd] ﴾O, nə doğub, nə doğulub,﴿. Yəni: Uca Allahın nə övladı, nədə ki, atası vardır.
🎧 4- «وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ» [Valəm yəkun ləhu kufuvan əhəd] ﴾Onun bənzəri də yoxdur”
﴿. Yəni: Məxluqatından Ona bənzər kimsə yoxdur.

Sual 16: əl-Fələq surəsini oxu və onu təfsir et.

Cavab: əl-Fələq surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhir-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ» [Qul əuzu birabbi-l-fələq] ﴾De: Sığınıram sübhün Rəb­binə!﴿ 2- «مِنْ شَرِّ مَا خَلَقَ» [Min şərri mə xaləq] ﴾Məxluqatının şərindən﴿ 3- «وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ» [Vamin şərri ğasiqin izə vaqab] ﴾Çökən zülmətin şərindən﴿ 4- «وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ» [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴾Düyünlərə üfürən (cadugər) qa­dın­la­rın şərindən﴿ 5- «وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» [Vamin şərri həsidin izə həsəd] ﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿ (əl-Fələq surəsi: 1-5).
Təfsir:

🎧 1- «قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ» [Qul əuzu birabbi-l-fələq] ﴾De: “Sığınıram sübhün Rəb­binə!﴿. Yəni: Ey Peyğəmbər! De: "Pənah aparıram sübhün Rəbbinə və Ondan kömək diləyirəm!
🎧 2- «مِنْ شَرِّ مَا خَلَقَ» [Min şərri mə xaləq] ﴾Xəlq etdiklərinin şərindən﴿. Yəni: Zərər verən məxluqatının şərindən.
🎧 3- «وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ» [Vamin şərri ğasiqin izə vaqab] ﴾Çökən zülmətin şərindən﴿. Yəni: Gecələr zühur edən heyvanlar, oğrular və s. bu kimi zərərli məxluqların şərindən Allaha sığınıram.
🎧 4- «وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ» [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴾Düyünlərə üfürən (cadugər) qa­dın­la­rın şərindən﴿. Yəni: Düyünlərə üfürən sehribaz qadınların şərindən Allaha sığınıran.
🎧 5- «وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» [Vamin şərri həsidin izə həsəd] ﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿. Yəni: Allahın insanlara bəxş etdiyi nemətlərə görə onlara həsəd edib, qəzəblənən, Allahın onlara bəxş etdiyi nemətlərdən məhrum olunmalarını və onların başlarına pis bir şeyin gəlməsini istəyən, paxılların şərindən Allaha sığınıram.

Sual 17: ən-Nəs surəsini oxu və onu təfsir et.

Cavab: ən-Nəs surəsi və onun təfsiri:
«بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴿.
1- «قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ» [Qul əuzu birabbi-n-nəs] ﴾De: “Sığınıram insanların Rəbbinə,﴿. 2- «مَلِكِ النَّاسِ» [Məliki-n-nəs] ﴾insanların Hökmdarına,﴿. 3- «إِلَهِ النَّاسِ» [İləhi-n-nəs] ﴾insanların məbuduna!﴿. 4- «مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ» [Min şərri-l-vasvasi-l-xannəs] ﴾Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴿. 5- «الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ» [Əlləzi yuvasvisu fi suduri-n-nas] ﴾(O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır,﴿. 6- «مِنَ الْجِنَّةِ وَالنَّاسِ» [Minə-l-cinnəti va-n-nəs] ﴾cinlərdən də (olur), insanlardan da!﴿. (ən-Nəs surəsi: 1-6).
Təfsir:

🎧 1- «قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ» [Qul əuzu birabbi-n-nəs] ﴾De: “Sığınıram insanların Rəbbinə,﴿. Yəni: Ey Peyğəmbər! De: "Pənah aparıram insanların Rəbbinə və Ondan kömək diləyirəm!
🎧 2- «مَلِكِ النَّاسِ» [Məliki-n-nəs] ﴾insanların Hökmdarına,﴿. Yəni: İnsanları, Öz istəyinə müvafiq olaraq idərə Edənə və insanların Ondan başqa ixtiyar sahibi olmayana.
🎧 3- «إِلَهِ النَّاسِ» [İləhi-n-nəs] ﴾insanların məbuduna!﴿. Yəni: İnsanların haqq olan məbuduna. Çünki insanların Ondan başqa haqq məbudu yoxdur.
🎧 4- «مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ» [Min şərri-l-vasvasi-l-xannəs] ﴾Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴿. Yəni: İnsanlara vəsvəsəsini verən Şeytanın şərindən.
🎧 5- «الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ» [Əlləzi yuvasvisu fi suduri-n-nas] ﴾(O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır﴿. Yəni: Vəsvəsini insanların qəlblərinə atan şeytanın şərindən.
🎧 6- «مِنَ الْجِنَّةِ وَالنَّاسِ» [Minə-l-cinnəti va-n-nəs] ﴾cinlərdən də (olur), insanlardan da!﴿. Yəni: Vəsvəsə verən o şeytan, cinlərdən də olur, insanlardan da.

Hədis bölümü14

Sual 1: «Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır ...» hədisini tamamla və bu hədisin bəzi faydalarını zikr et!

Cavab: Möminlərin əmiri Əbul-Həfs Ömər ibn əl Xattab (Uca Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah və Onun Rəsulu üçündürsə, onun hicrəti Allaha və Onun Rəsuluna aiddir. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti, hicrət etdiyi şeyə aiddir". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan faydalar:

1- Əməllərin: namaz, oruc, həcc və s. bu kimi hansı əməl olmasından aslı olmayaraq, hər bir əməli etmək üçün niyyət lazımdır.
2- Niyyət, ixlasla, Uca Allahın rızasını qazanmaq üçün olmalıdır.
İkinci hədis:

Sual 2: «Kim bizim bu işimizdə (dinimizdə) olmayan bir yenilik edərsə ...» hədisini tamamla və bu hədisin bəzi faydalarını zikr et!

Cavab: Möminlərin anası Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: «Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan faydalar:

1- Dində bidət - yenilik çıxarmağın qadağan olması.
2- Bidət əməllər rədd olunar, qəbul edilməz.
Üçüncü hədis:

Sual 3: «Bir gün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzurunda oturmuşduq ...» hədisini tamamla və bu hədisin bəzi faydalarını zikr et!

Ömər ibn Xəttab (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzuruda oturmuşduq, bu zaman paltarı ağappaq, saçları zil qara, üzərində heç bir səfər əlaməti olmayan və aramızda heç kəsin tanımadığı bir adam gəlib, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında oturub, iki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyub dedi: «Ey Muhəmməd! Mənə İslam haqqında xəbər ver». Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «İslam, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, ramazan orucunu tutmağın, imkan olduqda isə Allahın evi - Kəbəni ziyarət edərək həcc etməyindir» deyə buyurdu. (Adam:) «Doğru söylədin» dedi. (Ömər) dedi ki, biz o adama təəccüb etdik. Həm sual verir, həm də onun söylədiklərinin doğru olduğunu təsdiqləyirdi. O yenə: «Mənə iman haqqında xəbər ver» deyərək soruşdu. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «(İman) Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və şərinin Allahdan olmasına inanmağındır» deyə buyurdu. (Adam:) «Doğru söylədin. Mənə ehsan haqqında xəbər ver» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «(Ehsan) Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən də, O, səni görür» deyə buyurdu. (Adam:) «Mənə Qiyamət haqqında xəbər ver!» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «Bu haqda soruşulan soruşandan çox bilmir» deyə buyurdu. (Adam:) «Onda mənə onun əlamətləri haqqında xəbər ver» dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «Qul qadının öz ağasını doğduğunu, ayaq yalın, çılpaq çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışdıqlarını görəcəksən» deyə buyurdu. (Ömər) dedi ki, sonra o adam çıxıb getdi. Bir müddətdən sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: «Ey Ömər! O sual verənin kim olduğunu bilirsənmi?». Mən: Allah və Rəsulu daha yaxşı bilir deyə cavab verdim. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): «O Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdir» dedi. Bu hədisi Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- İslamın beş əsasının qeyd edilməsi. Bunlar aşağıdakılardır:
Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək.
Namaz qılmaq.
Zəkat vermək.
Ramazan orucunu tutmaq.
Allahın evi - Kəbəni həcc etmək.
2- İmanın əsaslarının zikr olunması. Onların sayı altıdır:
Allaha iman.
Mələklərinə iman.
Kitablarına iman.
Elçilərinə iman.
Axirət gününə iman.
Qədərin xeyrinə və şərinə iman.
3- Ehsanın rükununu say. Ehsanın bir rükunu vardır, bu, sənin, Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsəndə, O, səni görür.
4- Qiyamət saatının qopacaq vaxtını Uca Allahdan başqa kimsə bilmir.
Dördüncü hədis:

Sual 4: «Möminlərin ən kamil iman sahib olanı ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et!

Cavab: Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Möminlərin ən kamil imana sahib olanı, gözəl əxlaqa sahib olanlarıdır». Hədisi ət-Tirmizi rəvayət etmiş və hədisə "Həsən Səhih" hökmü vermişdir.
Hədisdən çıxan faydalar:

1- Gözəl əxlaqlı olmağa təşviq etmək.
2- Kamil əxlaq kamil imandandır.
3- İman artır və azalır.
Beşinci hədis:

Sual 5: «Kim Allahdan başqasına and içərsə ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et!

Cavab: İbn Ömər (Allah ondan və atasından razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Kim Allahdan başqasına and içərsə, atrıq küfür etmiş yaxud şərik qoşmuşdur». Hədisi ət-Tirmizi rəvayət etmişdir.
Hədisdən çıxan faydalar:

1- Uca Allahdan başqasına and içmək icazəli deyil.
2- Uca Allahdan başqasına and içmək kiçik şirkdir.
Altıncı hədis:

Sual 6: «Sizdən biri məni çox sevmədikcə, iman gətirmiş olmaz ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et!

Cavab: Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Sizdən biri məni, valideynindən, övladından və bütün insanlardan çox sevmədikcə, iman gətirmiş olmaz». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün insanlardan çox sevməyin vacib olması.
2- Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün insanlardan çox sevmək imanın kamilliyindəndir.
Yeddinci hədis:

Sual 7: «Sizdən biri özü üçün istədiyini qardaşı üçün istəmədikcə ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et!

Cavab: Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Sizdən biri özü üçün istədiyini qardaşı üçün istəmədikcə iman etmiş olmaz». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- Mömin bir kimsəyə özü üçün istədiyi xeyri diğər möminlər üçün də istəməsi vacibdir.
2- Və bu imanın kamilliyindəndir.
Səkkizinci hədis:

Sual 8: «Nəfsim əlində Olana and olsun ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et!

Cavab: Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Nəfsim əlində Olana and olsun ki, İxlas surəsi Quranın üçdə birinə bərabərdir». Hədisi əl-Buxari rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- İxlas surəsinin fəziləti.
2- Və onun Quranın üçdə birinə bərabər olması.
Doqquzuncu hədis:

Sual 9: «Lə həulə və lə quvvətə illə billəh ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et!

Cavab: Əbu Musa (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Ləə həulə və ləə quvvətə illə billəh [Qüdrət və güc yalnız Allahdadir!] (zikri) Cənnət xəzinə­lərindən bir xəzinədir». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- «Lə həulə və lə quvvətə illə billəh» kəlməsinin fəziləti və onun Cənnət xəzinələrindən bir xəzinə olması.
2- Qul, öz güc və qüvvətinə deyil, yalnız Tək olan Uca Allaha etimad etməsi.
Onuncu hədis:

Sual 10: «Agah olun! İnsan bədəndə bir ət parçası var ki, ...» hədisini tamamla və bu hədisin bəzi faydalarını zikr et!

Cavab: Nu'mən bin Bəşir (Allah ondan və atsından razı olsun) rəvayət edir ki, Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: «Agah olun! İnsan bədəndə bir ət parçası var ki, əgər o
islah edilərsə, bütün bədən islah olar, yox, əgər o korlanarsa, bütün
bədən korlanar. Bilin ki, bu ət parçası qəlbdir»
. Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- Qəlbin islahı, insanın xaricinin və daxilinin islah olması deməkdir.
2- Qəlbin islahına diqqət vermək. Çünki qəlbin islah olmasının, insanın islah olmasına təsiri vardır.
On birinci hədis:

Sual 11: «Kimin dünyada sonuncu kəlməsi Ləə iləhə illə-l-lah olarsa ...» hədisini tamamla və bu hədisin bəzi faydalarını zikr et!

Cavab: Muaz bin Cəbəl (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Kim sonuncu kəlməsi Ləə iləhə illə-l-lah olarsa Cənnətə girər". Hədisi Əbu Davud rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- Ləə iləhə illə-l-lah kəlməsinin fəziləti və qulun bu kəlmə səbəbi ilə Cənnətə girməsi.
2- İnsanın dünyada sonuncu kəlməsinin Lə iləhə illə-l-lah kəlməsi olmasının fəziləti.
On ikinci hədis:

Sual 12: «Mömin tənə etməz, lənət etməz ...» hədisini tamamla və bu hədisin bəzi faydalarını zikr et!

Cavab: Abdullah ibn Məs'ud (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Mömin tənə etməz, lənət etməz, pis və ədəbsiz sözlər söyləməz». Hədisi ət-Tirmizi rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- Hər bir batil və nəlayiq söz söyləməkdən çəkinmək.
2- Mömin kimsənin batil və nəlayiq söz söyləməkdən çəkinməsi, onun dilində olan mömin sifətlərindəndir.
On üçüncü hədis:

Sual 13: «İnsanın İslamının gözəlliyindəndir ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et!

Cavab: Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «İnsanın, özünə aid olmayan şeyləri tərk etməsi, onun İslamının gözəlliyindəndir». Hədisi ət-Tirmizi və başqaları rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- İnsanın, ona aid olmayan, başqasının dini və dünya işlərini tərk etməsi.
2- İnsanın, özünə aid olmayan şeyləri tərk etməsi, onun İslamının kamilliyindəndir.
On dördüncü hədis:

Sual 14: «Kim Allahın kitabından bir hərf oxuyarsa ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et!

Cavab: Abdullah ibn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: «Kim Allahın kitabından bir hərf oxuyarsa ona bir həsənə (savab, yaxşılıq) vardır. Hər bir həsənə üçün isə, on mislində savab vardır. Mən demirəm ki, "Əlif, Ləm, Mim" bir hərfdir! Lakin "Əlif" bir hərf, "Ləm" bir hərf və "Mim" bir hərfdir». Hədisi ət-Tirmizi rəvayət etmişdir.
Hədisdən çıxan bəzi faydalar:

1- Quran oxumağın fəziləti.
2- Qurandan oxuduğun hər bir hərf üçün sənə savablar vardır.

İslam ədəbləri bölümü26

Sual 1: Uca Allaha qarşı olan ədəb necə olur?

Cavab 1: Uca Allahı təzim etməklə.
2- Ona heç bir şeyi şərik qoşmadan yalnız Ona ibadət etməklə.
3- Ona itaət etməklə.
4- Asilikləri tərk etməklə.
5- Uca Allahın insana bəxş etdiyi saymaqla tükənməz olan lütfünə və nemətlərinə görə Ona şükür və həmd-səna etməklə.
6- Uca Allahın insan üçün yazdığı qədərə səbr etməklə.

Sual 2: Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) qarşı olan ədəb necə olur?

Cavab 1: Ona tabe olmaq və onun ardınca getməklə.
2- Ona itaət etməklə.
3- Ona asi olmağı tərk etməklə.
4- Onun verdiyi xəbərləri təsdiqləməklə.
5- Onun sünnətinə ziyadələr edərək bidətə yol verməməklə.
6- Onu öz nəsfindən və bütün insanlardan çox sevməklə.
7- Ona hörmət etməklə və həmçinin, ona və onun sünnətinə yardım etməklə.

Sual 3: Valideyinlər qarşı olan ədəb necə olur?

1- Asilik olmayan işlərdə valideyinlərə itaət etməklə.
2- Valideyinlərin xidmətində durmaqla.
3- Onlara yardım etməklə.
4- Onların ehtiyaclarını ödəməklə.
5- Onlar üçün dua etməklə.
6- Onlarla mülayim davranmaq və hətta onlara sözlərin ən kiçiyini olan"Uf" sözünü də olsa belə deməmək.
7- Valideyinlərin üzünə təbəssüm etmək və onlarla qaşqabaqlı olmamaqla.
8- Səsimi valideyinlərin səsindən yüksək qaldırmıram, onları diqqətlə dinləyirəm, onlar danışarkən sözlərini kəsmirəm, onları adları ilə çağırmıram, əksinə, onlara: "Atam", "Anam" deyərək müraciət edirəm.
9- Əgər atam və anam otaqdadırsa bu zaman onlardan icazə almadan otağa daxil olmuram.
10- Valideyinlərin əlindən və başından öpmək.

Sual 4: Qohumluq əlaqələrini necə birləşdirim?

Cavab: 1- Qardaş, bacı, əmi, bibi, dayı, xala və s. qalan qohumları ziyarət etmək.
2- Onlara söz və əməllə yaxşılıq və kömək etmək.
3- Onlarla telefon və ya başqa vasitələrlə əlaqə saxlamaq və onlarla hal-əhval tutmaq.

Sual 5: Qardaşlarım və dostlarımla necə olmalıyam?

Cavab: 1- Onları sevirəm və nümunəvi dostlarla yoldaşlıq edirəm.
2- Pis dostları tərk edib, onlardan uzaq oluram.
3- Qardaşlarıma salam verib, onlarla əl ilə görüşürəm.
4- Onlar xəstələndikləri zaman onları ziyarət edib, onların şəfa tapmaları üçün dua edirəm.
5- Asqırdıqları zaman onlara «يرحمك الله» "Yərhəmuk Allah" deyirəm.
6- Məni onu ziyarət etməyə çağırdıqda, dəvətinə icabət edirəm.
7- Ona nəsihət edirəm.
8- Ona zülm olunduqda yardım edirəm və onun da başqalarına zülm etməsinə mane oluram.
9- Özüm üçün istədiyimi müsəlman qardaşım üçün də istəyirəm.
10- Köməyimə ehtiyacı olduqda, ona yardım edirəm.
11- Ona söz və ya əməlimlə əziyyət vermirəm.
12- Onun sirrini qoruyuram.
13- Onu söymürəm, onun qeybətini etmirəm, onu alçatmıram, ona həsəd aparmıram, onun eyiblərini axtarmıram və onu aldatmıram.

Sual 6: Qonşuluq ədəbləri hansılardır?

Cavab: 1- Qonşuma söz və əməllə yaxşılıq edirəm, köməyimə ehtiyacı olduqda isə ona yardım edirəm.
2- Bayram, evlilik və s. bu kimi sevincli günlər münasibəti ilə onu təbrik edirəm.
3- Xəstələndikdə onu ziyarət edirəm, ölüm və ya bədbəxt hadisə baş verdikdə isə ona başsağlığı verirəm.
4- Hazırladığım yeməklərdən imkan daxilində ona da göndərirəm.
5- Ona söz və ya əməlimlə əziyyət vermirəm.
6- Səsi yüksəyə qaldıraraq qonşumu narahat etmirəm, onun eyiblərini axtarmıram və onda xoşlamadığım bir şey gördükdə isə səbir edirəm.

Sual 7: Qonaqlıq və qonaq ədəbləri hansılardır?

Cavab: 1- Məni qonaqlığa dəvət edənin dəvətinə icabət edirəm.
2- Bir kimsəni ziyarət etmək istədikdə, əvvəlcədən ondan icazə alır və nə zaman gələcəyimi qabaqcadan ona bildirirəm.
3- Onun yanına daxil olmazdan öncə icazə alıram.
4- Onu ziyarət etdikdə (evində) çox oturmuram.
5- Evinə daxil olduqda, gözlərimi ailəsinin fərdlərinə baxmaqdan qoruyuram.
6- Evimə qonaq gəldikdə isə onu gözəl şəkildə, gülər üzlə və gözəl bir tərzdə salamlayaraq qarşılayıram.
7- Qonağı evimin ən yaxşı yerində əyləşdirirəm.
8- Qonağa yemək və içmək təklif edərək ona ehtiram göstərirəm

Xəstə və xəstələri ziyarət etmə ədəblərini zikr et:

Cavab: 1- Ağrı hiss etdikdə, əlimi bədənimin ağrıyan yerinə qoyub üç dəfə: «بسم الله» [Bismilləh!] "Allahın adı ilə!", sonra isə, yeddi dəfə: «أعوذ بعزة الله وقدرته من شر ما أجد وأحاذر» [Əuzu bi izzətilləhi və qudratihi min şərri mə əcidu və uhaziru] "Duyduğum və həzər etdiyimin şərindən Allaha və Onun qüdrətinə sığınıram!" deyirəm.
2- Allahın mənim üçün təqdir etdiyindən razı qalıb, səbir edirəm.
3- Xəstə qardaşımı ziyarət etməyə tələsirəm, ziyarət etdikdə onun üçün dua edirəm və onu ziyarət etdikdən sonra yanında çox oturmaqla ona əziyyət vermirəm.
4- Məndən tələb etmədən onun üçün ruqiyyə (ovsun) oxuyuram.
5- Ona səbirli olmağı, Allaha dua etməyi, namazı və bacardığı qədər təharətli olmağı tövsiyə edirəm.
6- Xəstə üçün edilən dua: «أسأل الله العظيم رب العرش العظيم أن يشفيك» [Əs'əlullahəl-aziymə Rabbəl-arşil-aziymi ən yəşfiyəkə] "Böyük Ərşin Rəbbi olan Əzəmətli Allahdan sənə şəfa verməsini diləyirəm!" (bu dua yeddi dəfə edilir).

Sual 9: Elm öyrənmək ədəblərini zikr et!

1- Elmi xalis niyyətlə Uca Allah üçün öyrənmək.
2- Öyrəndiyim elmə əməl edirəm.
3- Müəllimin yanında və ya ondan uzaqda olduqda ona hörmət və ehtiram edirəm.
4- Onun qarşısında ədəblə otururam.
5- Onu diqqətlə dinləyirəm və dərs əsnasında sözünü kəsmirəm.
6- Ona sual verdikdə, sualı ədəblə verirəm.
7- Onu adı ilə çağırmıram.

Sual 10: Məclis ədəbləri hansılardır?

1- Məclis əhlinə salam verirəm.
2- Məclisə gəldikdə, bir kimsəni yerindən qaldırıb onun yerində və ya icazə almadan iki nəfərin arasında əyləşmirəm, əksinə, məclisin gəlib çatdığım bitdiyi yerində əyləşirəm.
3- Başqasının əyləşməsi üçün yer təşkil etməyə çalışıram
4- Öz müdaxiləmlə məclisdə danışanın sözünü kəsmirəm.
5- Məclidən qalxıb getmək istədikdə, məclis əhlindən icazə almadan və onlarla sağollaşmadan getmirəm.
6- Məclis bitdikdə isə məclisin kəffarə duasını oxuyuram. «سبحانك اللهم وبحمدك، أشهد أن لا إله إلا أنت، أستغفرك وأتوب إليك» [Subhanəkə Allahummə və bihəm­dik, əşhədu ən lə ilahə illə ənt, əstəğfirukə və ətubu ileyk] "Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun! Mən şahidlik edirəm ki, Sən­dən başqa məbud yoxdur. Səndən bağışlan­ma diləyir və Sənə tövbə edirəm!".

Sual 11: Yatmaq ədəblərini zikr et!

Cavab: 1-Tez yatıram.
2- Dəstəmazlı olaraq yatıram.
3- Üzü üstə yatmıram.
4- Sağ tərəfim üzərində və sağ əlimi sağ yanağımın altına qoyaraq yatıram.
5- Çarpayıma daxil olmazdan əvvəl çarpayımı əlim ilə təmizləyirəm.
6- Kürsü ayəsini bir dəfə, İxlas, Fələq və Nəs surələrini isə üç dəfə oxuyaraq yatağa girərkən edilən zikrləri oxuyuram və «باسمك اللهم أموت وأحيا» [Bismikə, Allahummə əmutu va əhyə] "Allahım! Sənin adınla ölür və dirili­rəm!" deyirəm.
7- Fəcr namazına oyanıram.
8- Yuxudan oyandıqdan sonra bu zikri edirəm: «الحمد لله الذي أحيانا بعدما أماتنا وإليه النشور» [Əlhəmdulilləhi-l-ləzi əhyənə bə'də mə əmətənə və ileyhi-n-nuşur] "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayı­dış Onadır".

Sual 12: Yemək ədəbləri hansılardır?

Cavab:
1- Yemək və içməyimlə, Uca Allaha ibadət etməyə taqətim olsun deyə niyyət edirəm.
2- Yeməkdən öncə əllərimi yuyuram.
3- Yeməyə başlayarkən: «بسم الله» [Bismilləh] "Allahın adı ilə" deyib, qabın ortasından və ya başqasının qabağından deyil, əksinə, yeməyin mənə yaxın olan hissəsindən yeyirəm.
4- Əgər yeməyin əvvəlində: [Bismilləh] deməyi unutsam, yemək əsnasında xatırladığım zaman: «بسم الله أولَه وآخرَه» [Bismilləh əvvləhu va əxirahu] deyirəm.
5- Mövcud olan yeməyə qane oluram, yeməyi pisləmirəm, yemək xoşuma gələrsə yeyirəm, xoşuma gəlmədikdə isə tərk edirəm.
6- Yeməkdən çox deyil, əksinə, bir neçə tikə yeməklə kifayətlənirəm.
7- Yemək və içməyə üfürmürəm, əgər istidirsə soyuyana qədər gözləyirəm.
8- Yeməyi tək yemirəm, ailə və ya qonaqla birgə yeyirəm.
9- Əgər yanımda əyləşən insan yaşda məndən böyükdürsə, əlimi ondan qabağ yeməyə uzatmıram.
10- Su və ya başqa halal içkilərdən içdiyim zaman [Bismilləh] deyərək, oturaq vəziyyətdə, üç dəfəyə içirəm.
11- Yemək yeyib qurtardıqdan sonra «الحمد لله» [Əlhəmdulləh] "Allaha həmd olsun" deyirəm.

Sual 13: Geyim ədəblərini say.

1- Paltarımı sağ tərəfdən geyinməklə başlayıram və bu libası mənə bəxş etdiyinə görə Allaha həmd edirəm.
2- Paltarımı iki topuqdan aşağı düşənə qədər uzatmıram.
3- Oğlan uşaqları qız paltarları, qız uşaqlarıda oğlan paltarları geyinməməlidir.
4- Paltar geyindikdə kafirlərə və ya fasiqlərə oxşamamaq.
5- Paltar çıxardıqda isə [Bismilləh] demək.
6- Ayaqqabın sağ ayaqdan başlayaraq geyinmək, çıxartdıqda isə sol ayaqdan başlayaraq çıxarmaq.

Sual 14: Minik ədəblərini zikr et!

Cavab: 1- Bunları deyirəm: «بسم الله، الحمد لله» [Bismilləh, Əlhəmdulləh] "Allahın adi ilə, Allaha həmd olsun". «سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ» [Subhənə-lləzi saxxara lənə həzə vamə kunnə ləhu muqrinin] ﴾Bunu bizə tabe edən [Allah] pak və müqəd­dəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı﴿. «وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ» [Va-innə ilə Rabbinə ləmunqalibun] ﴾Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq﴿. (əz-Zuxruf: 13 - 14).
2- Müsəlman yanından keçdikdə ona salam verirəm.

Sual 15: Yolun ədəblərini zikr et!

Cavab: 1- Gəzərkən təvazokarlıqla gəzirəm və yolun sağ tərəfi gedirəm.
2- Qarşıma çıxan insanlara salam verirəm.
3- Gözlərin naməhrəmə baxmaqdan qoruyuram və kimsəyə əziyyət vermirəm.
4- Yaxşılığı əmr edib, pislikdən çəkindirirəm.
5- Yolda insanlara əziyyət verən maneələri yoldan uzaqlaşdırıram.

Sual 16: Evə daxil olma və evdən çıxma ədəblərini zikr et!

Cavab: 1- Evdən sol ayağımla çıxıb və: «بسم الله، توكلت على الله، لا حول ولا قوة إلا بالله، اللهم إني أعوذ بك أن أَضلَّ أو أُضلَّ، أو أَزلَّ أو أُزلَّ، أو أَظلمَ أو أُظلمَ، أو أَجهلَ أو يُجهل علي». [Bismilləh, təvakkəltu aləllahi va lə havlə va lə quvvatə illə billəh. Allahummə inni əuzu bikə ən ədıllə, av udallə, av əzillə, av uzəllə, av azlimə, av uzləmə, av əchələ, av yuchələ aleyyə] "Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir! Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaq­dan, çaşmaqdan və ya çaşdırılmaq­dan, zülm etməkdən və ya zülmə məruz qal­maq­dan, cahil olmaqdan və ya mənə qarşı ca­hillik edilməsindən Sənə sığınıram" zikrini deyirəm. 2- Evə sağ ayağımla daxil olub və: «بسم الله ولجنا، وبسم الله خرجنا، وعلى ربنا توكلنا» [Bismilləhi valəcnə va bismilləhi xaracnə va alə Rabbinə təvakkəlnə] "Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəb­bimizə təvəkkül etdik!" zikrini deyirəm.
3- Evə daxil olduqda ilk öncə misvakdan istifadə edirəm və sonra isə ev əhlinə salam verirəm.

Ayaqyolu ədəblərini zikr et!

Cavab: 1- Ayaqyoluna sol ayağımla daxil oluram:
2- Və daxil olmazdan əvvəl belə deyirəm: «بسم الله، اللهم إني أعوذ بك من الخبث والخبائث» [Bismilləh, Allahummə inni əuzu bikə minəl-xubsi val-xabəisi] "Allahın adı ilə, Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!".
3- Ayaqyoluna üzərimdə Allahın adı olan bir şeylə daxil olmuram.
4- Zəruri ehtiyacımı ödədiyim zaman özümü insanların məni görməsindən qoruyuram.
5- Zəruri ehtiyacımı ödədiyim zaman danışmıram.
6- Böyük və kiçik təharətə etdiyim zaman ön və arxamı qibləyə tərəf çevirmirəm.
7- Nəcasətdən təmizləndiyim zaman sağ əlimlə deyil, əksinə, sol əlimlə təmizlənirəm.
8- Zəruri ehtiyacımı insanların yolu üzərində və ya istirahət etdikləri kölgəliklərdə etmirəm.
9- Zəruri ehtiyacımı ödədikdən sonra əllərimi yuyuram.
10- Ayaqyolundan çıxarkən sağ ayağımla çıxıb: «غفرانك» [Ğufranəkə] "(Allahım!) Məni bağışla!" deyirəm.

Sual 18: Məscid ədəblərini zikr et!

Cavab: 1- Məscidə sağ ayağımla daxil olaraq belə deyirəm: «بسم الله، اللهم افتح لي أبواب رحمتك» [Bismilləh, Allahumməftəh liy əbvabə rahmətik] "Allahın adı ilə! Allahım! Öz mərhəmət qapılarını mənim üçün aç!".
2- Oturmazdan öncə iki rükət namaz qılıram.
3- Namaz qılanın qarşısından keçmirəm, itmiş əşyaları məsciddə axtarmıram və həmçinin məsciddə alış-veriş etmirəm.
4- Məsciddən sol ayağımla çıxıb: «اللهم إني أسألك من فضلك» [Allahummə inni əsəlukə min fadlikə] "Allahım! Sənin lütfündən di­ləyirəm!" deyirəm.

Sual 19: Salam ədəblərini zikr et!

Cavab: 1- Hər hansı bir müsəlmanla qarşılaşdığım zaman, onunla ilk öncə: «السلام عليكم ورحمة الله وبركاته» [Əssələmu aleykum və rahmətullahi va bərakətuh] deyərək salam ilə başlyıram, onunla salamlaşdıqda, bu salamdan başqa salamla və həmçinin yalnız əl ilə işarə edərək salamlaşmıram.
2- Salam verdiyim kimsənin üzünə təbəssüm edirəm.
3- Onunla sağ əlimlə görüşürəm.
4- Bir kimsə mənə salam verdiyi zaman onu salamını daha gözəl şəkildə alıram və ya eynilə sahibinə qaytarıram.
5- Kafirə salam verməklə başlamıram, əgər o mənə salam verməklə başlayarsa, bu zaman verdiyi salamın eynilə cavabını qaytarıram.
6- Kiçik böyükə, minikdə olan piyadaya, gedən oturana və az da çoxa salam verir.

Sual 20: İcazə alma ədəblərini zikr et!

Cavab: 1- Bir yerə daxil olmazdan öncə icazə alıb sonra daxil oluram.
2- Bir yerə daxil olmaq üçün yalnız üç dəfə icazə alıram, əgər üç dəfə icazə aldıqdan sonra icazə verməsələr, geri dönürəm.
3- Qapını asta döyürəm, qapının qabağında deyil, əksinə, qapının sağ və ya sol tərəfində dayanıram.
4- Ata, anamın və ya hər hansı evə icazə almadan daxil olmuram, xüsusəndə fəcr namazından öncə və zöhr və işa namazından sonra.
5- Xəstəxana və ya ticarət mərkəzi kimi daimi yaşayış yerləri olmayan məkanlara icazəsiz daxil olmaq olar

Heyvanla mülayim davranmağın ədəblərini zikr et!

Cavab: 1- Heyvana yemək və içmək verirəm.
2- Heyvana qarşı rəhmli və şəfqətli olmaq və heyvanı taqəti çatmayan şeylə yükləməmək.
3- Heç bir əzab və əziyyət növü ilə heyvana əziyyət vermirəm.

Sual 22: İdman ədəblərini zikr et!

Cavab: 1- İdman edərkən, Allaha itaət etməyə və Onun razılığını qazanmağa güclü bir müsəlman olmaq üçün niyyət edirəm.
2- Namaz vaxtı idmanla məşğul olmuram.
3- Oğlanlar qızlarla birlikdə idmanla məşğul olmurlar.
4- İdman edərkən övrət yerini örtən paltarlardan istifadə edirəm.
5- Üzə vurmaq və ya övrət yerləri açılan idman növləri kimi haram olan idman növlərindən çəkinirəm.

Sual 23: Bəzi zarafat ədəblərini zikr et!

1- Zarafat etdikdə yalanla deyil, əksinə, doğru bir şeylə zarafat ertmək.
2- Zarafat: ələ salmaq, istehza etmək, əziyyət vermək və qorxutmaq kimi başqasını aşağılayan əməllərdən uzaq olmalıdır.
3- Zarafatı çoxaltmamaq.

Sual 24: Asqırmaq ədəblərini zikr et!

Cavab: 1- Asqırdıqda ağzı əl, dəsmal və ya paltar ilə tutmaq.
2- Asqırdıqdan sonra «الحمد لله» [Əlhəmdulləh] "Allaha həmd olsun!" demək.
3- Qardaşı və ya dostu isə ona: «يرحمك الله» [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" desin.
O da [Yərhəmukəllah] deyənə: «يهديكم الله ويصلح بالكم» [Yəhdiykumullahu və yuslihu bəələkum] "Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!" desin.

Sual 25: Əsnəmək ədəbləri hansılardır?

Cavab: 1- Əsnəməyin qarşısını almağa çalışmaq.
2- Əsnədikdə "Ah" deyərək səsi qaldırmamaq.
3- Əsnəyərkən ağzı əl ilə tutmaq.

Sual 26: Tilavət ədəblərini zikr et!

Cavab: 1- Quran oxuyarkən dəstəmazlı olmaq.
2- Quran oxuyarkən ədəbli və vüqarlı (təmkinli) halda oturmaq.
3- Quran oxumaqa başlamazdan əvvəl "isitiazə" - «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minş-şeytanir-racim] "Daşlanmış şeytanın şərindən Allaha sığınıram!" demək.
4- Quran oxuyarkən ayələri tədəbbür edirəm.

Əxlaq bölümü30

Sual 1: Gözəl əxlaqın fəzilətini zikr et!

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır". Bu hədisi ət-Tirmizi və İmam Əhməd rəvayət etmişdir.

Sual 2: Biz özümüzü nə üçün İslam əxlaqı ilə tərbiyə etməliyik?

Cavab: 1- Çünki İslam əxlaqı, Uca Allahın məhəbbətini qazanmağa səbəbdir.
2- Həmçinin insanların məhəbbətini qazanmağa səbəbdir.
3- Gözəl əxlaq qiyamət günü tərəzidə ən ağır gələn əməllərdən olacaqdır.
4- Gözəl əxlaq sayəsində insanın savab və əcri qat-qat artır.
5- Gözəl əxlaq - kamil imanın əlamətidir.

Sual 3: Biz əxlaqı haradan öyrənməliyik?

Cavab: Qurani-Kərimdən. Uca Allah buyurur: ﴾Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir﴿. (əl-İsra surəsi, ayə: 9). Biz əxlaqı həmçinin Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətindən öyrənirik. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Mən, gözəl əxlaqı tamamlamaq üçün göndərildim". Hədisi İmam Əhməd rəvayət etmişdir.

Sual 4: Ehsan əxlaqı nədir və onun növləri hansılardır?

Cavab: Ehsan: Daima Uca Allahın səni gördüyünü bilmək və məxluqata xeyir və yaxşılıq etməkdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Allah hər bir şeydə ehsanı əmr etmişdir". Hədisi Müslim rəvayət etmişdir.
Ehsanın bəzi növləri:

- Allaha ibadət etdikdə olan ehsan. Bu, ibadəti ixlasla Uca Allaha etməklə olur.
- Valideyinlərə söz və əməl ilə olan ehsan.
- Qohum-əqrabaya olan ehsan.
- Qonşuya olan ehsan.
- Yetimlərə və miskinlərə olan ehsan.
- Sənə pislik edən kimsəyə qarşı olan ehsan.
- Danışıqda olan ehsan.
- Mübahisə edərkən olan ehsan.
- Heyvana qarşı olan ehsan.

Sual 5: Ehsanın ziddi nədir?

Cavab: Ehsanın ziddi pislikdir.
Bu pisliklərdən biridə:
- Uca Allaha ixlasla ibadət etməyi tərk etmək.
- Valideyinlərin üzünə ağ olmaq.
- Qohumluq əlaqələrini kəsmək.
- Qonşu ilə pis münasibətdə olmaq.
- Fəqirlərə və yoxsullara ehsanı tərk etmək və onlara qarşı pis münasibətdə olmaq.

Sual 6: Əmanətin növləri hansılardır və bunu misal çəkərək izah et?

Cavab:
1- Uca Allahın haqlarını qorumaqda olan əmanət.
Buna misal:
Namaz, zəkat, oruc, həcc və s. bu kimi Uca Allahın bizə vacib etdiyi ibadətləri lazımı qaydada yerinə yetirmək.
2- Məxluqatın haqlarını qorumaqda olan əmanət. Buna misal olaraq aşağıdakıları çəkmək olar:
- İnsanların namus və heysiyyatını qorumaq.
- İnsanların mallarını qorumaq.
- İnsanların qanlarını qorumaq.
- İnsanların sirlərini və həmçinin sənə əmanət etdikləri hər bir şeyi qorumaq.
Uca Allah nicat tapan kimsələrin sifətlərini vəsf edərək belə buyurur:
﴾O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar﴿. (Muminun surəsi, ayə: 8).

Sual 7: Əmanətin ziddi nədir?

Cavab: Əmanətin ziddi xəyanətdir. Xəyanət: Uca Allahın və insanların hüquqlarını zay etməkdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Vəd verdiyi zaman (vədinə) xilaf çıxar. Ona əmanət verildikdə isə əmanətə xəyanət edər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 8: Sadiq olmağın əxlaqı nədir?

Cavab: Sadiq olmağın əxlaqı: Baş vermiş bir hadisəni və ya hər hansı bir şeyi olduğu kimi xəbər verməkdir.
Buna aşağıdakıları misal çəkmək olar:

- İnsanlarla danışdıqda doğru danışmaq.
- Vəd verdikdə vədə sadiq qalmaq.
- Hər bir söz və əməldə dürüst olmaq.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Doğruluq (insanı) yaxşı işlərə yönəldər. Yaxşı işlər isə (insanı) Cənnətə aparar. Kişi o qədər doğru danışar ki, (Allah yanında) doğru danışanlardan olar". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 9: Sadiqliyin ziddi nədir?

Cavab: Sadiqliyin ziddi, yalandır. Yalan: Həqiqətin əksidir. Buna misal olaraq: İnsanlara yalan danışmağı, onları aldatmağı, verdiyi vədlərə xilaf çıxmağ, yalandan şahidlik etməyi və s. bu kimi əməlləri misal çəkmək olar.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Yalan isə (insanı) günah işlərə yönəldər. Günah işlər də (insanı) Cəhənnəmə aparar. İnsan o qədər yalan danışar ki, (Allah yanında) yalan danışanlardan olar". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir: "Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Vəd verdiyi zaman (vədinə) xilaf çıxar. Ona əmanət verildikdə isə əmanətə xəyanət edər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 10: Səbrin növləri hansılardır?

Cavab: Səbrin üç növü vardır. Bunlar aşağıdakılardır: 1- Uca Allaha itaətdə səbr etmək.
2- Asiliklərə səbr etmək.
3- Allahın acı qədərlərinə səbr etmək və hər bir halda Allaha həmd-səna etmək.
Uca Allah buyurur:
﴾Allah səbr edənləri sevir!﴿ (Ali-İmran surəsi, ayə: 146). Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir: "Möminin işi təəccüblüdür. Çünki hər işi onun üçün bir xeyirdir. Bu, başqasına deyil, yalnız möminə aiddir. Əgər ona razı qaldığı şey gəlsə, şükür edər, bu onun üçün xeyirli olar. Əgər bir zərər gələrsə səbr edər, bu da onun üçün xeyirli olar". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 11: Səbrin ziddi nədir?

Cavab: Səbirin ziddi: Həm itaətdə, həm də asiliklərə qarşı səbrsizlik etmək və Allahın qədərlərinə qarşı söz və əməl ilə qəzəblənmək.
Səbrin ziddinin növlərindən bəziləri aşağıdakılardır:

- Ölümü arzulamaq.
- Üzə vurmaq.
- Paltarı cırmaq (yırtmaq).
- Saçı yolmaq.
- Özünə bəd dua etmək.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Cəzanın böyüklüyü, bəlanın böyüklüyünə görədir. Əgər Allah bir qövmü sevərsə, onları imtahana çəkər. Kim razı olarsa, onun üçün razılıq vardır. Kim də qəzəblənərsə, onun üçün qəzəb vardır". Hədisi ət-Tirmizi və İbn Məca rəvayət etmişdir.

Sual 12: Yardımlaşmağın əxlaqını zikr et!

Cavab: Bu, insanların öz aralarında haqq və xeyir işlərdə yardımlaşmasıdır.
Buna nümunə olaraq aşağıdakıları misal çəkmək olar:

- Haqqları yerinə yetirmək üçün yardımlaşmaq.
- Məzluma kömək etmək üçün yardımlaşmaq.
- İnsanların və miskinləri ehtiyaclarını ödəmək üçün yardımlaşmaq.
- Hər bir xeyir əməldə yardımlaşmaq.
- Günah, əziyyət və düşmənçilik etmək kimi işlərində yardımlaşmamaq
Uca Allah buyurur:
﴾Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.﴿ (əl-Maidə surəsi, ayə: 2). Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Möminlər bina kimidir. Biri, digərini gücləndirər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir: "Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı sıxıntıdan qurtararsa, Allah da onun Qiyamət gününün sıxıntılarından qurtarar. Kim bir müsəlmanın eybini örtərsə, Allah da Qiyamət günü onun eyiblərini örtər". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 12: Həyanın növləri hansılardır?

Cavab: Həyanın növləri aşağıdakılardır: 1- Allahdan həya etmək. Bu, Uca Allaha qarşı asilik etməməklə olur.
2- İnsanlardan həya etmək. Bu, insanlarla pis və ədəbsiz sözlərlə danışmağı tərk etməklə və insanlar yanında övrət yerini açmamaqla olur.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "İman yetmişdən çox şöbədən ibarətdir. İmanın ən yüksək mərtəbəsi - Lə iləhə illəllah sözüdür. Ən aşağı dərəcəsi isə yolda əziyyət verən maneəni uzaqlaşdırmaqdır. Həya da imanın şöbəsin­dəndir". Başqa bir hədis­də isə: «İman altmışdan artıq şöbədən ibarətdir". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 14: Mərhəmətin növlərini zikr et!

Cavab: Mərhəmətin növləri aşağıdakılardır: -Yaşlı insanlara mərhəmət göstərmək və hörmət etmək.
- Kiçiklərə mərhəmət və şəfqət göstərmək.
- Yoxsullara və ehtiyac sahibi insanlara mərhəmət göstərmək.
- Heyvana yemək vermək və ona əziyyət verməməklə mərhəmət etmək.
Bu Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Sən möminlərin bir-birilərinə mərhəmət göstərməkdə, bir-birilərini sevməkdə və bir-birilərinə can yandırmaqda bir bədən kimi olduğunu görürsən. Belə ki, (bədənin) bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir. Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Rəhm edənlərə(mərhəmətli olanlara), Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin". Hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişdir.

Sual 15: Sevginin növləri hansılardır?

Cavab: Uca Allaha qarşı olan sevgi.
Uca Allah buyurur:
﴾İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür﴿. (əl-Bəqərə surəsi, ayə: 165).
Allahın Elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) qarşı olan sevgi.
Bu barədə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, sizdən biri məni atasından və övladından çox sevmədikcə iman gətirmiş olmaz". Hədisi əl-Buxari rəvayət etmişdir.
Möminlərə qarşı olan sevgi. Bu, öz nəfsinə xeyri istədiyin kimi möminlərə də istəməklə olur.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Sizdən biri öz nəfsinə istədiyini qardaşına istəmədikcə iman gətirmiş olmaz". Hədisi əl-Buxari rəvayət etmişdir.

Sual 16: Təbəssümün tərifi nədir?

Cavab: Təbəssüm: Gülərüz olmaqla yanaşı insanlarla qarşılaşdıqda onları fərəh, mehribanlıq və sevinclə qarşılamaqdır.
Təbəssüm - insanların nifrətinə səbəb olacaq dərəcədə insanları qaşqabağlı bir halda qarşılamağın tam əksidir.
Təbəssüm barədə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi hədislər varid olmuşdur. Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Yaxşı əməllərdən heç birini küçümsəmə, hətta qardaşınla qarşılaşdığın zaman onun gülərüz qarşılamağını belə". Bu hədisi Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur: "Qardaşının üzünə təbəssüm etməkdə sənin üçün bir sədəqə vardır". Hədisi ət-Tirmizi rəvayət etmişdir.

Sual 16: Həsəd nədir?

Cavab: Həsəd: Başqasında olan hər hansı bir nemətin getməsini arzulamaq yaxud da hər hansı bir nemətin başqasında olmasını istəməmək.
Uca Allah buyurur:
﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿. (əl-Fələq surəsi, ayə: 5).
Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: "Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 18: İstehza nədir?

Cavab: İstehza: müsəlman qardaşını ələ salmaq və onu aşağılamaqdır. Bu əməl, qadağan olunan əməldir.
Uca Allah bunun qadağan olunması barədə belə buyurur:
﴾Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır﴿. (əl-Hucurat surəsi, ayə: 11).

Sual 19: Təvazökarlığın tərifi nədir?

Cavab: Təvazökarlıq - İnsanın özünü başqalarından üstün görməməsi, insanları alçaltmaması və haqqı inkar etməməsidir.
Uca Allah buyurur:
﴾Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər﴿. (əl-Furqan surəsi, ayə: 63). Yəni: Yer üzündə təvazökarlıqla gəzərlər. Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə buyurur: "Kim Allah üçün təvazökarlıq edərsə Allah onu ucaldar". Bu hədisi Müslim rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: "Allah mənə vəhy edərək buyurmuşdur ki, təvazökar olun, bir-birinizə qarşı öyünməyin və bir-birinizə qarşı azğınlıq etməyin". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 20: Haram olan təkəbbürlüyün növləri hansılardır?

Cavab: 1- Haqqa qarşı təkəbbürlü olmaq. Bu, haqqı inkar etmək və haqqı qəbul etməməklə olur.
2- İnsanlara qarşı təkəbbürlü olmaq. Bu, insanlara xor, alçaq nəzərlə, saymazcasına davranmaqla olur.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Qəlbində misqal zərrəsi qədər kibir olan kimsə Cənnətə girməyəcəkdir". Bu zaman bir kişi Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun): "İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəyir" dedi. Bunun cavabında Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə dedi: "Allah gözəldir, gözəlliyi sevər. Kibir, haqqı inkar etmək və insanlara xor baxmaqdır". Bu hədisi Müslim rəvayət etmişdir.
- Haqqı inkar etmək, yəni: haqqı qəbul etməməkdir.
- İnsanlara xor baxmaq, yəni: İnsanlara alçaq nəzərlə, saymazcasına müamilə etməkdir.
- İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəməsi, heç də insanın təkəbbürlü olması anlamında deyil.

Sual 21: Haram olan aldatmanın bəzi növlərini zikr et!

Cavab: Alış-verişdə insanları aldatmaq. Bu, malın qüsurunu gizlətməklə olur.
Tədris zamanı aldatmaq. Burada, tələbələrin imtahanlarda köçürmələrini misal çəkmək olar.
Sözdə aldatmaq. Məsələn: Yalandan şahidlik etmək.
Dediyin sözə vəfalı olmamaq və insanlarla bağladığın əhdi yerinə yetirməmək.
Alış-verişdə insanları aldatmaq barədə rəvayət edilən hədisdə rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bazarda bir buğda yığımının yanından keçərkən əlini o buğda yığımının içinə saldı. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) barmaqları yaş olduqda: "Ey buğda sahibi bu nədir?"- deyə soruşdu. Buğda sahibi də: "Ey Allahın Elçisi, yağışa görə islanmışdır"- deyə cavab verdi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona: "İslanmış buğdanı insanların görmələri üçün üstə qoya bilməzdin? Bizi aldatan bizdən deyildir"- dedi. Bu hədisi Müslim rəvayət etmişdir.
Hədisdə keçən الصُّبْرَة sözü, buğda yığımı və ya topası mənasını verir.

Sual 22: Qeybət nədir?

Cavab: Qeybət: Qardaşın yanında olmadığı zaman onun barəsində xoşlamadığı bir şeyi danışmağındır.
Uca Allah buyurur:
﴾... bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir﴿ (əl-Hucurat surəsi, ayə: 12).

Sual 23: Nəmmamlıq nədir?

Cavab? Nəmmamlıq: İnsanların arasını vurmaq məqsədi ilə arada söz gəzdirmək.
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Nəmmam Cənnətə girməz". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 24: Tənbəllik nədir?

Cavab: Tənbəllik: Xeyir işi etməyə və ya insanın etməsi vacib olan bir əməli etməyə səhlənkar yanaşmasıdır.
Buna, Uca Allahın vacib etdiyi əməllərə tənbəlliklə yanaşmağı misal çəkmək olar.
Uca Allah buyurur:
﴾Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər﴿. (ən-Nisa surəsi, ayə: 142).
Mömin:
tənbəllikdən, səhlənkarlıqdan, hərəkətsizlikdən və s. bu kimi xoşagəlməz sifətlərdən uzaq olmalı və bu dünyada Uca Allahın razı qalacağı işlərdə ciddi olaraq səy göstərməlidir.

Sual 25: Qəzəbin növlərini zikr et!

Cavab: Qəzəbin iki növü vardır. 1- Təqdirəlayiq qəzəb. Bu, kafirlərin, münafiqlərin və onlardan qeyrilərinin Uca Allahın haram etydiyi əməlləri edərkən, Allah üçün qəzəblənməkdir.
2- Məzəmmət olunan (qınalınan) qəzəb. Bu qəzəb, insanı deyilməsi və edilməsi qadağan olan sözü deməyə və qadağan olan əməli etməyə vadar edən qəzəbdir.
Məzəmmət olunan qəzəbin müalicəsi:

1- Dəstəmaz almaq.
2- Ayaq üstədirsə oturmaq, oturmuş haldadırsa uzanmaq.
3- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə olan "Qəzəblənmə" vəsiyyətinə əməl etmək.
4- Qəzəbləndikdə öz nəfsinə hakim olmaq.
5- «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-ra­cim] "Lənətlənmiş şeytandan Allaha sığını­ram!" deyərək, şeytandan Allaha sığınmaq.
6- Susmaq.

Sual 26: Cəsusluq etmək nədir?

Cavab: Cəsusluq etmək, insanların ayıblarını və sirlərini axtarıb araşdırmaq.
Cəsusluğun haram olan növlərindən bəziləri aşağıdakılardır:

- İnsanların evlərində olan eyibləri axtarıb araşdırmaq.
- Bir toplumun onlardan xəbərsiz danışıqlarına qulaq asmaq.
Uca Allah buyurur:
﴾Bir-birinizi güdməyin﴿. (əl-Hucurat surəsi, ayə: 12).

Sual 27: İsrafçılıq, xəsislik və səxavət nədir?

Cavab: İsrafçılıq: Malı lazımsız yerə xərcləməkdir.
Bunun əksi isə xəsislik. Xəsislik: Malı lazım olan yerə xərcləməməkdir.
Doğru mövqe isə bunların arasında orta bir yol tutmaqdır, belə ki, müsəlman səxavətli olmalıdır.
Uca Allah buyurur:
﴾Onlar (mallarını )xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar﴿. (əl-Furqan surəsi, ayə: 67).

Sual 28: Qorxaqlıq və şücaət nədir?

Cavab: Qorxaqlıq, qoxulması lazım olmayan bir şeydən qorxmaqdır.
Məsələn:
Haqq sözü deməkdən və pisliyi inkar etməkdən qorxmaqdır.
Şücaət:
Haqqı müdafiə etməkdir. Məsələn: İslamı və müsəlmanları müdafə etmək məqsədi ilə cihad meydanlarına atılmaq.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) duasında belə deyərdi: «اللَّهُمَّ إنِّي أعوذُ بكَ من الجُبنِ...» [Allahummə, inni əuzu bikə minəl-cubni] "Allahım, qorxaqlıqdan Sənə sığınıram!" Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Qüvvətli mömin, zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Hər ikisində də xeyir vardır". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 29: Bəzi haram olan sözləri zikr et!

Cavab: Məsələn: Lənət etmək və söyüş söymək.
Başqasına "heyvan" yaxud buna oxşar kobud sözlər demək.
Ayıb yerləri bildirən əxlaqsız və ədəbsiz sözlər söyləmək.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün bunlardan çəkindirərək belə demişdir: «Mömin tənə etməz, lənət etməz, pis və ədəbsiz sözlər söyləməz» Hədisi ət-Tirmizi və İbn Hibbən rəvayət etmişdir.

Sual 30: Müsəlmana gözəl əxlaqa sahib olmağa yardım edən bəzi səbəbləri zikr et!

Cavab: 1- Dua etmək. Belə ki, insan, Allaha, onu gözəl əxlaqla nemətləndirməsi və bu işdə ona yardımçı olması üçün dua etməlidir.
2- İnsan hər zaman Uca Allahın onu gördüyünü, daima ondan agah olduğunu və onu eşidib halından xəbərdar olduğunu bilməsi.
3- Uca Allahın gözəl əxlaq sahibinə verəcəyi savabı və gözəl əxlaqın Cənnətə girmək üçün bir səbəb olmasını xatırlamaq.
4- Pis əxlaqın pis sonluqla bitəcəyini və pis əxlaqa sahib olmağın Cəhənnəmə girmək üçün bir səbəb olmasını xatırlamaq.
5- Gözəl əxlaq, Uca Allahın və insanların məhəbbətini, pis əxlaq isə Uca Allahın və insanların qəzəbini qazanmağa səbəbdir.
6- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatını oxumaq və Onu özünə nümunə götürmək.
7- Yaxşı insanlarla dostluq etmək, pis insanlardan uzaq olmaq.

Dualar və zikrlər qismi43

Sual 1: Zikrin fəziləti nədir?

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Rəbbini zikr edənlə zikr etməyənin məsəli, diri ilə ölünün məsəlinə bənzəyər". Hədisi əl-Buxari rəvayət etmişdir.
Çünki insan həyatının qimyəti, onun Uca Rəbbini zikr etdiyi miqdarı qədərdir.

Sual 2: Zikrin bəzi faydalarını söylə.

Cavab: 1- ər-Rəhman Olan Allahın razılığı qazanılır.
2- Şeytanı qovur.
3- Müsəlmanı şərlərdən qoruyur.
4- Çoxlu əcr və savab hasil olur.

Sual 3: Ən əfzəl zikr hansıdır?

Cavab: «لا إله إلا الله» [Lə iləhə illə-l-lahu] "Allah­dan başqa ibadətə layiq haqq məbud yoxdur". Hədisi ət-Tirmizi və İbn Məca rəvayət etmişdir.

Sual 4: Yuxudan oyanarkən nə deyirsən?

Cavab: «الحمد لله الذي أحيانا بعدما أماتنا وإليه النشور» [Əlhəmdulilləhi-l-ləzi əhyənə bədə mə əmətənə və ileyhi-n-nuşur] "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayı­dış Onadır". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 5: Paltarını geyinərkən nə deyirsən?

Cavab: «الحمد لله الذي كساني هذا الثوب ورزقنيه من غير حول مني ولا قوة» [Əlhəmdulilləhi-l-ləzi kəsəni həzə (əs soubə) va razəqanihi min ğayri havlin minni va lə quvvətin] "Bunu (bu paltarı) mənə geyindirən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!". Hədisi Əbu Davud, ət-Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 6: Paltarı çıxartdığın zaman nə deyirsən?

Cavab: «بسم الله» [Bismilləh] "Allahın adı ilə!". Hədisi ət-Tirmizi rəvayət etmişdir.

Sual 7: Təzə paltar geyinərkən edilən dua hansıdır:

Cavab: «اللهم لك الحمد أنت كسوتنيه، أسألك خيره وخير ما صنع له، وأعوذ بك من شره وشر ما صنع له» [Allahummə, ləkə-l-həmdu əntə kə­sovtənihi, əs'əlukə min xayrihi va xayri mə sunia ləhu va əuzu bikə min şərrihi va şərri mə sunia ləhu] "Allahım, Həmd Sənədir! Bunu mənə Sən geyindirdin. Onun xeyrini və onun istifadə­si­nin xeyrini Səndən dilə­yirik! Onun şərindən və onun istifadəsinin şərindən Sənə sığınırıq!". Hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişdir.

Sual 8: Təzə paltar geyinən üçün edilən dua hansıdır?

Cavab: Təzə paltar geyinən bir kimsə gördükdə onun üçün dua edib, belə deyirsən: «تُبْلِي ويُخلف الله تعالى» [Tubli və yuxlifullahu təalə] "(Bunu) köhnəldəsən, Uca Allah da yeni­sini versin!". Hədisi Əbu Davud rəvayət etmişdir.

Sual 9: Ayaqyoluna girərkən edilən dua hansıdır?

Cavab: «اللهم إني أعوذ بك من الخبث والخبائث» [Allahummə inni əuzu bikə minə-l-xubsi va-l-xabəis] "Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 10: Ayaqyolundan çıxarkən edilən dua hansıdır?

Cavab: «غفرانك» [Ğufranəkə] "(Allahım!) Məni bağışla!". Hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişdir.

Sual 11: Dəstəmazdan öncə nə deyirsən?

Cavab: «بسم الله» [Bismilləh] "Allahın adı ilə!". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.

Sual 12: Dəstəmazdan sonra edilən zikr hansıdır?

Cavab: «أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله» [Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu] "Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yox­dur, O təkdir, Onun şəri­ki yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir!". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 13: Evdən çıxarkən edilən zikr hansıdır?

Cavab: «بسم الله، توكلت على الله، ولا حول ولا قوة إلا بالله» [Bismilləh, təvakkəltu aləllahi va lə havlə va lə quvvatə illə billəhi] "Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir!". Hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişdir.

Sual 14: Evə daxil olarkən edilən zikr hansıdır?

Cavab: «بسم الله ولجنا، وبسم الله خرجنا، وعلى الله ربنا توكلنا» [Bismilləhi valəcnə va bismilləhi xaracnə va alə Rabbinə təvakkəlnə] "Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəb­bimizə təvəkkül etdik!" (Bu zikri etdikdən) sonra (evə daxil olan şəxs) ailəsinə salam versin". Hədisi Əbu Davud rəvayət etmişdir.

Sual 15: Məscidə daxil olarkən edilən dua hansıdır?

Cavab: «اللهم افتح لي أبواب رحمتك» [Allahumməftəh liy əbvabə rahmətikə] "Allahım! Öz mərhəmət qapılarını mənim üçün aç!". Hədisi Müslim rəvayət etmişdir.

Sual 16: Məsciddən çıxarkən edilən duanı zikr et!

Cavab: «اللهم إني أسألك من فضلك» [Allahummə inni əsəlukə min fadlıkə] "Allahım! Sənin lütfündən di­ləyirəm". Hədisi Müslim rəvayət etmişdir.

Sual 17: Azan səsini eşitdikdə nə deyirsən?

Cavab: Azan səsini eşitdikdə müəzzinin dedikləri təkrarlayıram. Yalnız: «حي على الصلاة» و«حي على الفلاح» [Hayyə alə-s-saləti! Hayyə alə-l-fələhi] "Namaza tələsin!», «Nicat tapmağa tələsin!" sözlərinin əvəzinə: «لا حول ولا قوة إلا بالله» [Lə həulə va lə quvvətə illə billəhi] "Qüdrət və güc yalnız Allahdadir!» deyirəm. Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 18: Azan bitdikdən sonra nə deyirsən?

Cavab: Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) sala­vat gətirirəm. Bu hədisi Müslim rəvayət etmişdir. və «اللهم رب هذه الدعوة التامة، والصلاة القـائـمـة، آت محـمـدًا الـوسـيلة والفـضـيلـة، وابـعثه مقامًا محمودًا الذي وعدته» [Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəbashu məqa­mən məhmudəni-l-ləzi va'adtəhu] "Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə­qama çatdır" deyirəm. Hədisi əl-Buxari rəvayət etmişdir.
Azanla iqamə arasında dua edirəm. Çünki azanla iqamə arasında edilən dua geri çevrilməz.

Sual 19: Səhər və axşam zikrlərdən hansılarını edirsən?

Cavab: 1- Kürsü ayəsini oxuyuram: «اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ» [Allahu lə iləhə illə huva-l-hayyu-l-Qayyum lə təxuzuhu sinətun va lə naum ləhu mə fi-s-səməvati va mə fi-l-ardı mən zə-l-ləzi yəşfəu indəhu illə bi iznihi yaləmu mə beynə əydihim va mə xalfəhum va lə yuhıtunə bişeyin min ilmihi illə bimə şəə vasia kursiyyuhu-s-səməvati va-l-ardı va lə yəuduhu hıfzıhumə va huva-l-Aliyyul-Azım] ﴾Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur﴿. (əl-Bəqərə surəsi, ayə: 255). «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 1- «قُلْ هُوَ اللَّهُ أَحَدٌ» [Qul huvallahu əhəd] ﴾De: “O Allah Təkdir!﴿. 2- «اللَّهُ الصَّمَدُ» [Allahu-s-saməd] ﴾Allah Möhtac deyildir﴿. 3- «لَمْ يَلِدْ وَلَمْ يُولَدْ» [Ləm yəlid valəm yuləd] ﴾O, nə doğub, nə doğulub,﴿. 4- «وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ» [Valəm yəkun ləhu kufuvan əhəd] ﴾Onun bənzəri də yoxdur”﴿. Üç dəfə. «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 1- «قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ» [Qul əuzu birabbi-l-fələq] ﴾De: Sığınıram sübhün Rəb­binə!﴿ 2- «مِنْ شَرِّ مَا خَلَقَ» [Min şərri mə xaləq] ﴾Məxluqatının şərindən﴿ 3- «وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ» [Vamin şərri ğasiqin izə vaqab] ﴾Çökən zülmətin şərindən﴿ 4- «وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ» [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴾Düyünlərə üfürən (cadugər) qa­dın­la­rın şərindən﴿ 5- «وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» [Vamin şərri həsidin izə həsəd] ﴾Və həsəd apardığı zaman pa­xı­lın şə­rindən!﴿ Üç dəfə. «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] ﴾Mərhəmətli və Rəhmli Allahın adı ilə﴿. 1- «قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ» [Qul əuzu birabbi-n-nəs] ﴾De: “Sığınıram insanların Rəbbinə,﴿. 2- «مَلِكِ النَّاسِ» [Məliki-n-nəs] ﴾insanların Hökmdarına,﴿. 3- «إِلَهِ النَّاسِ» [İləhi-n-nəs] ﴾insanların məbuduna!﴿. 4- «مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ» [Min şərri-l-vasvasi-l-xannəs] ﴾Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴿. 5- «الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ» [Əlləzi yuvasvisu fi suduri-n-nas] ﴾(O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır,﴿. 6- «مِنَ الْجِنَّةِ وَالنَّاسِ» [Minə-l-cinnəti va-n-nəs] ﴾cinlərdən də (olur), insanlardan da!﴿. Üç dəfə. «اللهم أنت ربي لا إله إلا أنت، خلقتني وأنا عبدك، وأنا على عهدك ووعدك ما استطعت، أعوذ بك من شر ما صنعت، أبوء لك بنعمتك علي، وأبوء بذنبي، فاغفر لي، فإنه لا يغفر الذنوب إلا أنت» [Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni va ənə abdukə, va ənə alə ah­dikə va vadikə mə-s-tətatu, əuzu bikə min şərri mə sanə'tu. Əbuu ləkə bini'məti­kə aleyyə, va əbuu bizənbi. Fəğfir li fə­ innə­hu lə yəğfiru-z-zunubə illə əntə] "Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacardıqca yerinə yetirəcəyəm. Sənin yaratdıqlarının şərindən Sənə sığınıram. Mənə verilən neməti Sənə qaytarıram və öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur!". Hədisi əl-Buxari rəvayət etmişdir.

Sual 20: Yatmazdan öncə nə deyirsən?

Cavab: «باسمك اللهم أموت وأحيا» [Bismikə, Allahummə əmutu va əhyə] "Allahım! Sənin adınla ölür və dirili­rəm!". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 21: Yeməkdən əvvəl nə deyirsən?

Cavab: «بسم الله» [Bismilləh] "Allahın adı ilə!".
Əgər yeməyin əvvəlində deməyi unutsan:

«بسم الله في أوله وآخره» [Bismi-l-ləh fi əvvalihi va əxirihi] "Əvvəlində də, axırında da Allahın adı ilə!" de. Hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişdir.

Sual 22: Yeməkdən sonra hansı duanı edirsən?

Cavab: «الحمد لله الذي أطعمني هذا، ورزقنيه، من غير حول مني ولا قوة» [Əlhəmdu lilləhi-l-ləzi ət'aməni həzə va razəqanihi min ğayri havlin min­ni va lə quvvatin] "Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!". Hədisi Əbu Davud və İbn Məca rəvayət etmişdir.

Sual 23: Qonağın ona yemək verən üçün etdiyi dua hansıdır?

Cavab: «اللـهم بـارك لهـم فيما رزقتهـم، واغـفر لهم وارحمهم» [Allahummə bərik ləhum fimə ra­zəqtəhum vəğfir ləhum vərhəmhum] "Allahım! Onlara verdiyin ruzini bərəkətli et, onları bağışla və onlara rəhm et!" Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 24: İnsan asqırdığı zaman nə deməlidir?

Cavab: «الحمد لله» [Əlhəmdulilləh] "Allaha həmd olsun".
Qardaşı və ya dostu isə, ona: «يرحمك الله» [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" deməlidir.
O da, [Yərhəmukəllah] deyənə: «يهديكم الله ويصلح بالكم» [Yəhdiykumullahu və yuslihu bələkum] "Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!" deməlidir. Hədisi əl-Buxari rəvayət etmişdir.

Sual 25: Məclisdən qalxdıqda və ya məclis sona çatdıqda edilən "Məclisin kəffarəsi" duası hansıdır?

Cavab: "Məclisin kəffarəsi" duası aşağıdakldır: «سبحانك اللهم وبحمدك، أشهد أن لا إله إلا أنت، أستغفرك وأتوب إليك» [Subhanəkə Allahummə və bihəm­dik, əşhədu ən lə ilahə illə ənt, əstəğfirukə və ətubu ileyk] "Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun! Mən şahidlik edirəm ki, Sən­dən başqa ibadətə layiq məbud yoxdur. Səndən bağışlan­ma diləyir və Sənə tövbə edirəm!". Hədisi Əbu Davud, ət-Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 26: Minik vasitəsinə minərkən edilən dua hansıdır?

Cavab: بسم الله، والحمد لله ﴿سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ. وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ﴾، «الحمد لله، الحمد لله، الحمد لله، الله أكبر، الله أكبر، الله أكبر، سبحانك اللهم إني ظلمت نفسي فاغفر لي؛ فإنه لا يغفر الذنوب إلا أنت» [Bismilləh. Əlhəmdulilləh. Subha­nəl-ləzi səxxara lənə həzə və mə kunnə lə­hu muqrinin. Və innə ilə Rabbinə ləmun­qalibun. Əlhəmdulilləh, əlhəmdulilləh, əl­həmdulilləh. Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər. Subhanəkə Allahummə in­niy zaləmtu nəfsiy fəğfir liy, fəinnəhu lə yəğfiruz-zunubə illə ənt] "Allahın adı ilə! Allaha həmd olsun! ﴾Bunu bizə tabe edən [Allah] pak və müqəd­dəsdir. [Yoxsa] bizim ona gücümüz çat­mazdı. Şübhəsiz ki, biz Rəbbimi­zə qayıdacağıq﴿. Allaha həmd olsun! Allaha həmd olsun! Allaha həmd olsun! Allah ən Böyükdür, Allah ən Böyükdür, Allah ən Böyükdür. Allahım, Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan". Hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişdir.

Sual 27: Səfər duasını zikr et!

Cavab: الله أكبر، الله أكبر، الله أكبر ﴿سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ. وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ﴾، اللهم إنا نسألك في سفرنا هذا البر والتقوى ومن العمل ما ترضى، اللهم هون علينا سفرنا هذا، واطو عنا بعده، اللهم أنت الصاحب في السفر، والخليفة في الأهل، اللهم إني أعوذ بك من وعثاء السفر، وكآبة المنظر، وسوء المنقلب، في المال والأهل» [Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər. ﴾Subhanəl-ləzi səxxara lənə həzə və mə kunnə ləhu muqrinin. Və innə ilə Rabbinə ləmunqalibun﴿ Alla­hummə in­nə nəs­əlukə fi səfərinə həzə əl-birra vət-təqva, və minəl aməli mə tərda. Allahum­mə həvvin aleynə səfəranə həzə vətvi an­nə budəhu. Allahummə əntəs-sahibu fis-səfəri vəl-xaliyfətu fil-əhli. Allahummə inniy əuzu bikə min vəsais-səfəri və kə­a­bətil-mənzari və suil-munqaləbi fil-mali vəl-əhl] "Allah ən Böyükdür, Allah ən Böyük­dür, Allah ən Böyükdür. «Bunu bizə tabe edən [Allah] pak və müqəd­dəsdir. [Yoxsa] bizim ona gücümüz çat­mazdı. Şübhəsiz ki, biz Rəb­bimi­zə qayıdacağıq». Allahım! Bu səfərimiz­də Səndən yaxşı­lıq, Allah qorxusu və razı qalaca­ğın əməl diləyirik. Alla­hım! Bu səfərimizi bi­zim üçün rahat et və onun uzaq­lığını bizə ya­xın et. Allahım! Səfərdə dost və ailə­miz üçün hami Sənsən. Allahım! Səfərin ağırlığın­dan, məyus edən mənzərədən, malda və ailədə xo­şa­gəl­məz dəyişik­likdən Sənə pənah aparıram".
Səfərdən qayıdanda isə, həmin duanı oxuyub aşağıdakı sözləri də buna əlavə etmək lazım­dır:
«آيبون، تائبون، عابدون، لربنا حامدون» [Ayibunə, taibunə, abidunə, li Rabbinə hamidun] "(Biz) geri dönənlər, tövbə edənlər, ibadət edənlər, Rəbbimizə həmd edənlərik!". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 28: Vidalaşdıqda müsafirin sakinlər üçün etdiyi dua hansıdır?

Cavab: «أستودعكم الله الذي لا تضيع ودائعه» [Əstəudiukumu-llahəl-ləzi lə tə­dıyu vədaiuhu] "Sizi (Özünə həvalə edilmiş) əmanətləri itməyən Allaha əmanət edirəm!". Hədisi ət-Tirmizi və İbn Məca rəvayət etmişdir.

Sual 29: Vidalaşdıqda sakinlərin müsafir üçün etdiyi dua hansıdır?

Cavab: «أستودع الله دينك، وأمانتك، وخواتيم عملك» [Əstəudiu-llahə diynəkə və əmanə­təkə və xavatiymə aməlikə] "Sənin dinini, sədaqətini və əməllərinin aqibətini Allaha əmanət edirəm!". Hədisi İmam Əhməd, ət-Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 15: Bazara girərkən edilən dua hansıdır?

Cavab: «لا إله إلا الله وحده لا شريك له، له الملك، وله الحمد، يحيي ويميت، وهو حي لا يموت، بيده الخير، وهو على كل شيء قدير» [Lə ilahə illəllahu vəhdahu lə şəri­kə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumiytu və huvə həyyun lə yə­mutu, biyədi­hil-xayru və huvə alə kulli şeyin qadir] "Allahdan başqa haqq məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O, diridir və ölməzdir. Xeyir onun əlindədir və O hər şeyə Qadirdir!". Hədisi ət-Tirmizi və İbn Məca rəvayət etmişdir.

Sual 31: Qəzəbləndikdə deyilən duanı zikr et!

Cavab: «أعوذ بالله من الشيطان الرجيم» [Əuzu billəhi minəş-şeytanir-ra­cim] "Lənətlənmiş şeytandan Allaha sığını­ram!". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Sual 32: Sənə yaxşılıq edən şəxsə necə dua edirsən?

Cavab: «جزاك الله خيرا» [Cəzakəllahu xayran] "Allah səni xeyirlə mükafatlandırsın!". Hədisi ət-Tirmizi rəvayət etmişdir.

Sual 33: Minik vasitəsi büdrədikdə edilən dua hansıdır?

Cavab: «بسم الله» [Bismilləh] "Allahın adı ilə!". Hədisi Əbu Davud rəvayət etmişdir.

Sual 34: Sevindirici hal ilə rastlaşdıqda nə deyirsən?

Cavab:«الحمد لله الذي بنعمته تتم الصالحات» [Əlhəmdu-lilləhil-ləzi bini'mətihi tətim­mus-salihat] "Neməti sayəsində yaxşı işlər tamamlanan Allaha həmd olsun!". Hədisi Hakim və başqaları rəvayət etmişdir.

Sual 35: Xoşagəlməyən hadisə ilə rastlaşdıqda nə deyirsən?

Cavab: «الحمد لله على كل حال» [Əlhəmdulilləhi alə kulli hal] "Hər bir halda Allaha həmd olsun!". Səhihul-Cəmi.

Sual 36: Salam vermək və salam qaytarmaq qaydası necədir?

Cavab: Müsəlman deyir: «السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ» [Əssələmu aleykum va rahmətullahi va bərakətuhu] "Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun!".
Qardaşı da ona cavab verərək buyurur:
«وَعَلَيْكُمُ السَّلَامُ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ» [Va aleykum-s-sələm və rahmətullahi va bərakətuhu] "Sizin də üzərinizə Allahın salamı, rəhməti və bərəkəti olsun!". Hədisi Əbu Davud, ət-Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 37: Yağış yağarkən edilən dua hansıdır?

Cavab: «اللهم صيباً نافعاً» [Allahummə sayyibən nafi'an] "Allahım! (Bu yağışı) bol, faydalı et!". Hədisi əl-Buxari rəvayət etmişdir.

Sual 38: Yağış yağdıqdan sonra edilən dua hansıdır?

Cavab: «مطرنا بفضل الله ورحمته» [Mutirnə bi fadli-l-ləhi va rahmətihi] "Allahın lütfü və mərhəməti ilə bizə yağmur endirildi". əl-Buxari və Müslim.

Sual 39: Külək əsərkən edilən dua zikr et!

Cavab: «اللهم إني أسألك خيرها وأعوذ بك من شرها» [Allahummə inniy əs'əlukə xayrahə və əuzu bikə min şərrihə] "Allahım! Səndən onun (küləyin) xeyri­ni diləyirəm və onun şərindən Sənə sığını­ram!". Hədisi Əbu Davud və İbn Məca rəvayət etmişdir.

Sual 40: Göy guruldayarkən edilən dua hansıdır?

Cavab: «سبحان الذي يسبح الرعد بحمده والملائكة من خيفته» [Subhənə-l-ləzi yusəbbihu-r-r'adu bi­həmdihi va-l-mələikətu min xiyfətihi] "Göy gurultusunun həmd edərək, məl­əklərin isə qorxusundan şəninə təriflər dediyi (Allah) pak və müqəddəsdir!". Hədisi İmam Malik "Muvatta" kitabında rəvayət etmişdir.

Sual 41: Müsibətə düçar olmuş kimsəni görərkən edilən dua hansıdır?

Cavab: «الحمد لله الذي عافاني مما ابتلاك به، وفضلني على كثيراً ممن خلق تفضيلاً» [Əlhəmdu lilləhi-lləzi afəniy mim­məbtəlakə bihi və fəddaləniy alə kəsiyrin mimmən xaləqa təfdiylən] "Sənə üz vermiş müsibətdən məni sala­mat edən və məni yaratdıqlarının çoxun­dan fə­zilətli edərək üstün tutan Allaha həmd olsun!". Hədisi ət-Tirmizi rəvayət etmişdir.

Sual 42: Özünün göz dəyməsi ilə bir kimsəyə zərər toxunmasından qorxan kimsə hansı duanı oxumalıdır?

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: "Sizdən biriniz qardaşında, özündə yaxud malında xoşuna gəldiyi bir şey gördüyü zaman onun mübarəkli olması üçün dua etsin (maşallah, Bərəkallah kimi sözlər söyləsin). Cünki göz dəyməsi haqqdır". Hədisi İmam Əhməd, İbn Məcə və başqları rəvayət etmişdir.

Sual 43: Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) necə salavat oxuyursan?

Cavab: Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat aşağıdakı kimi oxuyuram: «اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ» [Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbra­himə va alə əəli İbrahimə, innəkə həmi­dun məcid. Allahummə bərik alə Muhəm­mədin va alə əəli Muhəmməd, kəmə bərak­tə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid] "Allahım! İbrahimə və İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Müxtəlif məsələlər bölümü:21

Sual 1: Beş təklifi hökm hansılardır?

Cavab:
1- Vacib.
2- Müstəhəb.
3- Haram.
4- Məkruh.
5- Mübah.

Sual 2: Beş təklifi hökmü şərh et.

Cavab:
1- Vacib. Buna misal: Beş vaxt namaz, ramazan orucu, valideyinlərə yaxşılıq etmək.
- Vacibin hökmü. Vacibi edən kimsə savab, tərk edən kimsə isə günah qazanır.
2- Müstəhəb. Buna misal: Fərz namazlardan əvvəl və sonra qılınan ratibə olan sünnət namazları, gecə namazları, yemək yedizdirmək və salam vermək. Bunlara həm sünnət, həm də məndub deyilir.
- Müstəhəbin hökmü. Müstəhəbi edən kimsə savab qazanır, tərk edən kimsə isə günah qazanmır.
Mühüm qeyd:

Müsəlman bir kimsə şəri əhkamlardan hər hansı bir əməlin sünnət və ya müstəhəb olduğunu eşitdikdə, bu zaman o, Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) tabe olaraq o əməli etməyə tələsməlidir.
3- Haram. Buna misal: Spirtli içki içmək, valideyinlərin üzünə ağ olmaq və qohumluq əlqələrini kəsmək.
- Haramın hökmü. Haramı tərk edən kimsə savab, edən kimsə isə günah qazanır.
4- Məkruh. Buna misal: Sol əl ilə almaq-vermək və namazda paltarı qatlamaq.
- Məkruhun hökmü: Məkruhu tərk edən kimsə savab qazanır, məkruhu edən kimsə isə günah qazanmır.
5- Mübah. Buna misal: Alma yemək, çay içmək. Bunlara həm caiz, həm də halal deyilir.
- Mübahın hökmü: Mübahı tərk edən savab, edən isə, günah qazanmır.

Sual 3: Alış-verişin və müamilələrin hökmü nədir?

Cavab: Uca Allahın bəzi haram etdiyi alış-veriş və müamilələr müstəsna olmaqla, hər bir alış-verişin və müamilələrin əsli halaldır.
Uca Allah buyurur:
﴾Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir﴿. (əl-Bəqərə surəsi, ayə: 275).

Sual 4: Bəzi haram olan alış-verişlərin və müamilələrin növlərini zikr et!

Cavab:
1- Aldatmaq. Bura həmçinin müştəridən malın eyibini gizlətmək də daxildir.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bazarda bir buğda yığımının yanından keçərkən əlini o buğda yığımının içinə saldı. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) barmaqları yaş olduqda: "Ey buğda sahibi bu nədir?"- deyə soruşdu. Buğda sahibi də: "Ey Allahın Elçisi yağışa görə islanmışdır"- deyə cavab verdi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona: "İslanmış buğdanı insanların görmələri üçün üstə qoya bilməzdin? Bizi aldatan bizdən deyildir"- dedi. Bu hədisi Müslim rəvayət etmişdir.
2- Sələm (faiz) almaq. Bura həmçinin bir insandan min dinar borc alıb, iki min dinar qaytarmaq da daxildir.
Qaytardıqda artıq verilən pul, haram olunan sələmdir.
Uca Allah buyurur:
﴾Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir﴿. (əl-Bəqərə surəsi, ayə: 275).
3- Aldanmaq və cəhalət. Bura qoyunun sağılmamış südünü satmaq, ovlanmamış, suda üzən balığı satmaqda daxildir.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) "Əldə olmayan malı satmağı qadağan etmişdir". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 5: Allahın sənə bəxş etdiyi bəzi nemətlərini zikr et!

Cavab: 1- İslam neməti və sənin küfr əhlindən olmamağın.
2- Sünnət neməti və sənin bidət əhlindən olmamağın.
3- Eşitmək, görmək, gəzmək və s. bu kimi, sağlam səhhət və can sağlığı neməti.
4- Yemək, içmək və libas neməti.
Uca Allahın üzərimizdə olan nemətləri çoxdur və bu nemətlərin saydıqca qurtarmaz.
Uca Allah buyurur:
﴾Əgər Allahın nemətlə­ri­ni saymalı olsanız, onları sa­yıb qur­ta­ra bil­məz­si­niz. Həqi­qə­tən, Allah Bağışlayandır, Rəhm­­li­dir﴿. (ən-Nəhl surəsi, ayə: 18).

Sual 6: Bizə bəxş edilən nemətlərə görə üzərimizə vacib olan nədir və bu nemətlərə görə Uca Allaha necə şükür etməliyik?

Cavab: Bizə bəxş edilən nemətlərə görə üzərimizə vacib olan, dil ilə yalnız Uca Allaha həmd-sənalar və şükür etmək və bu nemətləri Uca Allaha asiliklərdə deyil, əksinə, Onun sevib razı qaldığı yerlərə sərf etməkdir.

Sual 7: Müsəlmanların bayramları hansılardır?

Cavab: Ramazan bayramı və Qurban bayramı.
Ənəs bin Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gəldikdə Mədinə əhlinin əylənib oynadıqları iki günləri vardı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Bu nə iki gündür?" deyə soruşdu. Onlar: Biz cahiliyyə dövründə bu iki gündə əylənirdik dedilər. Bunun üzərinə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Şüphəsiz ki, Allah sizə bu iki günün yerinə daha xeyirlisini, Qurban ve Fitr günlərini (Qurban və Ramazan Bayramlarını) verdi" buyurdu. Hədisi Əbu Davud rəvayət etmişdir.
Bu iki bayramdan başqa olan bayramlar bidət bayramlardır.

Sual 8: Ayların ən fəzilətlisi hansıdır?

Cavab: Ramazan ayı.

Sual 9: Günlərin ən fəzilətlisi hansıdır?

Cavab: Cümə günü.

Sual 10: İlin ən fəzilətli günü hansıdır?

Cavab: Ərafa günü.

Sual 11: İlin ən fəzilətli gecəsi hansıdır?

Cavab: Qədir gecəsi.

Sual 12: Əcnəbi qadınla rastlaşdıqda vacib olan nədir?

Cavab: Əcnəbi qadınla rastlaşdıqda vacib olan, gözü qadına baxmaqdan qorumaqdır. Bu barədə Uca Allah belə buyurur: ﴾Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər﴿. (ən-Nur surəsi, ayə: 30).

Sual 13: İnsanın düşmənləri kimlərdir?

Cavab: 1- Pislikləri əmr edən nəfs. Bu, insanın, Uca Allaha ası olmaqda nəfsinin istəklərinə və öz havasına tabe olduqda baş verir. Uca Allah bu barədə belə buyurur: ﴾Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhm­­lidir﴿. (Yusuf surəsi, ayə: 53). 2- Şeytan - Adəm övladının düşmənidir. Onun məqsədi - insanı azdırmaq, şər işlərdə ona vəsvəsə vermək və onu Cəhənnəmə salmaqdır. Uca Allah bu barədə belə buyurur: ﴾Şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir﴿. (əl-Bəqərə surəsi, ayə: 168). 3- Pis yoldaşlar: O kəslərdir ki, insanı şər əməllərə təhrik edir və xeyir əməllərə mane olur. Uca Allah buyurur: ﴾O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər﴿. (əz-Zuxruf surəsi, ayə: 67).

Sual 14: Tövbə nədir?

Cavab: Tövbə, Uca Allaha qarşı asilik etməkdən əl çəkib, Uca Allahın itaətinə qayıtmaqdır. Uca Allah buyurur: ﴾Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram﴿. (Ta ha surəsi, ayə: 82).

Sual 15: Düzgün tövbənin şərtləri hansılardır?

Cavab: 1- Günahı tərk etmək.
2- Etdiklərindən peşman olmaq.
3- Gələcəkdə bir daha həmin günaha qayıtmayacağına qətiyyətlə əzm etmək.
4- Haqq sahiblərinin və zülm etdiyi kimsələrin haqqlarını qaytarmaq.
Uca Allah buyurur:
﴾O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər﴿. (Ali-İmran surəsi, ayə: 135).

Sual 16: Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirmək sözünün mənası nədir?

Cavab: Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirmək sözünün mənası, sənin, Uca Allaha, Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) ali səmada mələklər yanında öyüb tərifləməsi üçün dua etməyindir.

Sual 17: «سبحان الله» [Sübhənallah] sözünün mənası nədir?

Cavab: «سبحان الله» [Sübhənallah] sözünün mənası, Uca Allahın bütün naqislik və eyib sifətlərdən uzaq və uca olmasıdır.

Sual 18: «الحمد لله» [Əlhəmdulilləh] sözünün mənası nədir?

Cavab: Mənası: Uca Allaha həmd-sənalar etmək və Onu bütün kamillik sifətləri ilə vəsf etməkdir.

Sual 19: «الله أكبر» [Allahu Əkbər] sözünün mənası nədir?

Cavab: Yəni: Pak Olan Allahın hər bir şeydən böyük olduğu, Onun hər bir şeydən əzəmətli və hər bir şeydən izzətli olduğu deməkdir.

Sual 20: «لا حول ولا قوة إلا بالله» [Lə haulə va lə quvvatə illə billəh] sözünün mənası nədir?

Cavab: Onun mənası: qul, Allahın güc və qüvvəti olmadan, ozünü bir haldan başqa bir hala əsla dəyişə bilməz.

Sual 21: «أستغفر الله» [Əstəğfirullah] sözünün mənası, nədir?

Cavab: Yəni: Qulun, Uca Rəbbindən onun günahlarının silinməsini və Ondan eyiblərinin üstünü örtməsini diləməsidir.